Nərgiz İsmayılova vəzifəsindən GETDİ .....                     “Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                     Paşinyana qarşı Zəngəzur iddiası .....                     Rubio və Fransa XİN başçısı .....                     Günahı İranda görə Pezeşkian... .....                     Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki .....                     Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA .....                     “Kinostudiya bərpa olunmalıdır” .....                     “Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır .....                     Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                     Günün fotosu: Etirazın beləsi... .....                     Bakı və Ankaranın dostuna pis xəbər .....                     "Az-çox qazandığınız etimadı alt-üst etdiniz" .....                     ABŞ konqresmeni: .....                     Bu il sülh ÇƏTİN GÖRÜNÜR... .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək .....                     Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır .....                     Azərbaycanda 21 illik xarici şirkət .....                     Kremlin şantajları nə qədər davam edəcək? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Deputatdan Prezidentə şikayət olundu .....                     Turizmin anasını özümüz AĞLADIRIQ .....                     Ruslar Qarabağda: Bunu görmüşük axı... .....                     "Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" .....                 

Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Tarix: Bu gün, 07:13 | Çap et

Azərbaycan və Ermənistan bu həftə Vaşinqtonda sülhə dair niyyətlərini rəsmi şəkildə bəyan etməyə hazırlaşırlar. Bu barədə ABŞ-də yaşayan jurnalist, “Foreign Press” və “Kyiv Post” nəşrlərinin müxbiri Aleks Raufoğlu öz sosial media hesabında məlumat yayıb.

Məlumata görə, avqustun 9-da ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşü baş tuta bilər.

Hazırda bu barədə rəsmi təsdiq verilməsə də, jurnalistin iddiası regional və beynəlxalq medianın diqqətini cəlb edib. Raufoğlunun yazdığına görə, tərəflər Vaşinqtonda sülh prosesinin yeni mərhələsinə keçmək niyyətindədir və bu təşəbbüs Trampın vasitəçiliyi ilə həyata keçirilə bilər.

Qeyd edək ki, diplomatik mənbələr Pressklub.azın sorğusuna cavab olaraq bu görüşün reallaşacağını istisna etməyiblər. Ermənistan rəsmiləri və mediası isə bu barədə hələ ki, susur. Hökumətə yaxın teleqram kanalları Aleks Raufoğlunun yaydığı məlumatı paylaşmaqla kifayətləniblər.

Daha əvvəl ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında danışıqların dəstəklənməsində maraqlı olduğunu bəyan etmişdi. Həmçinin Trampın son aylarda Cənubi Qafqaza artan marağı və seçkiqabağı xarici siyasət fəallığı bu görüşün Vaşinqtonda reallaşmasını mümkün edir.

Tərəflər son dəfə iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə birbaşa danışıqlar aparıblar. Həmin görüşdə sülh sazişi mətninin paraflanması, yəni imzalanmadan ilkin razılaşmanın əldə olunması müzakirə olunub. Azərbaycanın mövqeyinə görə, yekun sazişin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli, Qarabağa dair iddialardan imtina olunmalı, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması sənədə daxil edilməlidir.

Lakin Ermənistan Konstitusiyasında qısa müddətdə dəyişikliklərin edilməsi real görünmür. Buna görə də rəsmi Bakı mart ayında razılaşdırılmış sənədin paraflanması variantını irəli sürüb. Hazırda məlum deyil ki, Əliyev və Paşinyan Vaşinqtona paraflama üçün, yoxsa yekun sülh sazişini imzalamaq üçün dəvət olunublar.

Son günlər ABŞ rəsmiləri verdikləri açıqlamalarda Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu bildirirlər. ABŞ Senatının respublikaçı üzvü Stiv Deyns The Wall Street Journalda dərc olunan məqaləsində Tramp administrasiyasının bu prosesdə ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülh sazişi bağlamağa çox yaxındır. Bu, region və beynəlxalq sabitlik üçün böyük uğur, həm də iqtisadi faydaları uzaq coğrafiyalara qədər uzanan əlamətdar hadisə olar”, - deyə Deyns qeyd edib.

Senator əlavə edib ki, hər iki ölkə hazırda Rusiyanın bölgədəki dominant rolunun təsirindən çıxmağa çalışır və ABŞ-nin də prioritetlərinə uyğun olan müstəqil gələcək qurmaq istəyir.

Prezident Tramp da iyulun 18-də bildirib ki, tərəflər sülhə çox yaxındır: “Biz orada möcüzə yaratdıq. Saziş, demək olar ki, hazırdır”.

Bundan başqa, Vaşinqtonun təşəbbüsü ilə təqdim olunan Zəngəzur dəhlizi planı da masadadır. Plana əsasən, Ermənistan ərazisindən keçən 42 kilometrlik kommunikasiya xətləri ABŞ özəl şirkəti tərəfindən idarə olunacaq. Ermənistan tərəfi bu təklifi qəbul etməyə hazır görünür. Bu səbəbdən Ağ Evin həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı elan edə biləcəyi ehtimal olunur.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını həftələr öncə bəyan ediblər. Bu isə, onun sözlərinə görə, paraflamanın imzalanacağı tarixi və məkanı müəyyənləşdirmək məsələsinin qaldığını göstərir.

Elxan Şahinoğlu qeyd etdi ki, vaxtilə Qarabağ məsələsi ilə məşğul olan üç həmsədrdən ikisi - Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Ona görə də, görünür ki, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır.

Politoloq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq” ifadəsini işlədib. Bu sözlərlə Tramp sülh sazişinin hazırlanmasında və tərəfləri yaxınlaşdırmaqda öz administrasiyasının payı olduğunu vurğulamaq istəyib.

Elxan Şahinoğlu bildirib ki, Bakı və İrəvan indiyədək əldə etdikləri razılaşmaların böyük hissəsini birbaşa dialoq və müzakirələr nəticəsində əldə ediblər. Buna baxmayaraq, tərəflər Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ Ev sahibinin rolunu kiçildən açıqlamalar verməyiblər.

Politoloq həmçinin qeyd edib ki, Tramp, verdiyi vədlərin əksinə olaraq, Rusiya-Ukrayna müharibəsində və Yaxın Şərq sülh prosesində uğur qazana bilməyib, belə bir vəziyyətdə fərqli uğur hekayəsinə ehtiyac var. Bu hekayə isə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər.

Elxan Şahinoğlu vurğulayıb ki, Bakının iki əsas tələbi - Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk Qrupundan imtina gündəmdə öz əhəmiyyətini qoruyur.

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 08:43
Deputatdan Prezidentə şikayət olundu - NARAZILIQ VAR...
Bu gün, 07:37
Turizmin anasını özümüz AĞLADIRIQ - MÖHTƏKİR TƏFƏKKÜRÜ
Bu gün, 07:32
Ruslar Qarabağda: Bunu görmüşük axı... - Onlara sülhməramlı deyənin...
Bu gün, 07:27
"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - ETİRAZ VAR!
Bu gün, 07:23
SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? - GƏLİŞMƏ
Bu gün, 07:20
Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Bu gün, 07:15
Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Bu gün, 07:13
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Bu gün, 07:09
"Bu, Amerikanın qlobal gücünü göstərir" - ŞƏRH
Bu gün, 07:07
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:04
Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... - BU DA FAKT...
Bu gün, 06:46
Naxçıvandan gedənlərə RUS ZÜLMÜ - BU NƏDİ BELƏ?
Bu gün, 06:38
"Əgər qadın yalnızlıq çəkərsə..." - FOTO
Bu gün, 06:22
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidir
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru