“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                     Paşinyana qarşı Zəngəzur iddiası .....                     Rubio və Fransa XİN başçısı .....                     Günahı İranda görə Pezeşkian... .....                     Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki .....                     Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA .....                     “Kinostudiya bərpa olunmalıdır” .....                     “Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır .....                     Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                     Günün fotosu: Etirazın beləsi... .....                     Bakı və Ankaranın dostuna pis xəbər .....                     "Az-çox qazandığınız etimadı alt-üst etdiniz" .....                     ABŞ konqresmeni: .....                     Bu il sülh ÇƏTİN GÖRÜNÜR... .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək .....                     Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır .....                     Azərbaycanda 21 illik xarici şirkət .....                     Kremlin şantajları nə qədər davam edəcək? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Deputatdan Prezidentə şikayət olundu .....                     Turizmin anasını özümüz AĞLADIRIQ .....                     Ruslar Qarabağda: Bunu görmüşük axı... .....                     "Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" .....                     SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? .....                 

Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Tarix: Bu gün, 07:15 | Çap et

110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) yekun nəticələr açıqlanıb.
Ən yüksək nəticəni Çin komandası göstərib, 6 qızıl medal ilə lider olub. ABŞ və Cənubi Koreya da qızıl və gümüş medallarla yüksək yerləri tutublar.
Ölkələr arasında regionumuzdan Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Gürcüstan və Azərbaycan da iştirak edib.
Azərbaycan komandasının nəticələri çox zəif olub və medal qazana bilməyib. Komandamız yalnız bir həvəsləndirici mükafatla kifayətlənib ki, bu da nəticələrdəki geriləmənin açıq göstəricisidir. Bu nəticə gələcəkdə daha sistemli hazırlıq işlərinə ehtiyac olduğunu göstərir.
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, olimpiada da bir yarışdır. Burada udan və uduzan olur: “İki gün öncə elə İMO ilə eyni çəkidə olan Beynəlxalq İnformatika Olimpiadasında çox böyük uğur qazanmışdıq. Lakin tendensiyaya nəzər salanda görmək olur ki, İnformatika üzrə nəticələr yüksəlməyə doğru gedir, amma Riyaziyyat üzrə nəticələr azalmağa doğru gedir. Ötən il bu mövzuda yazarkən İMO-da əvvəlki illərdən fərqli olaraq yalnız 1 bürünc medal qazanmağımızı ən uğursuz nəticə olaraq qeyd etmişdik. Bu il isə daha zəif nəticə əldə olunub.
2022-ci ildə 1 gümüş və 4 bürüc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc əldə edən, çoxsaylı həvəsləndirici mükafatlar qazanan məktəblilər, yaxud onların təmsil olunduğu komanda məntiqlə birdən-birə belə zəif nəticə göstərməli deyil. Bütün bunlar da çox düşündürücüdür.
Düşünürəm ki, ETN, Olimpiadaya hazırlıq mərkəzi məhz bunun səbəblərini araşdırmalıdır”.
O.Gündüzün sözlərinə görə, Respublika Riyaziyyat Olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Respublika və Beynəlxalq olimpiadalar arasındakı məzmun fərqini xeyli daraltmaq doğru olardı: “Respublika Riyaziyyat Olimpiadasının iştirakçısı olaraq qeyd etmək istərdim ki, əvvəlki dövrlərdə hətta rayon və respublika olimpiadaları arasındakı məzmun hədsiz fərqli olurdu.
Respublika Olimpiadasının qaliblərinin beynəlxalq olimpiadalara hazırlığı üçün peşəkar mütəxəssislər yetişdirmək lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki, indi də onlar bizə yardım edərlər. Respublika Olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı. Biz fərqində olmalıyıq ki, mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir. İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, onun səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə, demək, məktəbli ilə bağlı da problem var. Mövcud qaydalara görə, olimpiadada bir dəfə uğur qazanan şagird artıq ali məktəb problemini həll etmiş olur. Elə mexanizm qurulmalıdır ki, bir dəfə uğur qazanan şagirddə arxayınlıq yaranmasın və öz üzərində işləsin”.
Forum Prezindetinin sözlərinə görə, idmanda qaliblərə və onların məşqçilərinə dövlət səviyyəsində olan münasibət fənlər üzrə beynəlxalq olimpiada qaliblərinə də şamil olunmalıdır. ETN bununla bağlı səylərini gücləndirməlidir və hökumətə təkliflərini təqdim etməlidir: “ETN beynəlxalq olimpiadalara hazırlıq məsələsini xüsusi nəzarətə götürməlidir. Bura resurslar ayrılmalıdır. Metodiki vəsaitlər hazırlanmalıdır. Olimpiadaya hazırlıq mərkəzinin statusunu qaldırmalıdır, bu mərkəz problemin həllinə sistemli yanaşma sərgiləməlidir və s”.
Təhsil eksperti Etibar Əliyev isə bu nəticəni “Təhsil menecerlərinin daha bir “möhtəşəm uğuru” kimi dəyərləndirib və riyaziyyyat geridədirsə, bütün fənlər geridədir deyib. E.Əliyev həmçinin qeyd edib ki, riyaziyyat və fizika bacarıqları uşaqlarda erkən yaşlarda büruzə verilən kimi həmin uşaqları nəzarətə götürüb yetişdirmək lazımdır. Almanlar, yəhudilər və çinlilər bunu bacarırlar. Məktəb, valideyn və müəllim bu işdə bir- birilərinə dəstək durmalıdırlar:
“Boliviyada keçirilən Beynəlxalq İnformatika Olimpiadasında çinli uşaqlar 4 qızıl medal, Avstraliyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında isə çinli uşaqlar 6 qızıl medal qazandılar. Bu ölkənin təhsil sistemini təhlil etdikdə çox mətləblər agah olur. Bu ölkədə şagirdləri fənlər üzrə Olimpidalara hazırlamaq üçün xüsusi düşərgələr fəaliyyət göstərir. Çinin Orta təhsil sistemi bütün dünyaya örnək ola biləcək bir sistemdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi “Şagird nəaliyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir. Çin məktəblilərinin biliyi dünyada birinci sayılır. Onlar artıq Sinqapur məktəblilərini də ötürlər. Çində məktəblərə kənar şəxslərin daxil olması qadağandır. Valideynlər yalnız yığıncaqlar və “Açıq qapı” günlərində məktəbə gələ bilərlər. Çində məktəblilərin dərs yükü yüksəkdir. Bu, Çin məktəblərinin əsas xarakterik xüsusiyyətlərindən biridir. Çin məktəbləri özünün əsas vəzifəsini uşaqların tərbiyəsində və xoşbəxtliyin başa düşülməsində görür. Bunun üçün müxtəlif pedaqoji strategiyalar hazırlanıb. Siz istənilən Çin məktəbinə daxil olsanız, görərsiniz ki, divarlarda bir qarış boş yer yoxdur. Hər yerdə uşaqların şəkilləri və onların uğurları haqqında informasiyalar verilir. Hər məktəbin yaxınlığındakı lövhədə lider uşaqlar barədə məlumatlara rast gəlmək olur və bunlar daimi olaraq yenilənirlər. Hər tədris günü yarışa bənzəyir və günün qalibləri müəyyənləşir. Əsl xoşbəxtlik çətinlikləri dəf etməkdir. Bütün müəllimlər bir məsələni önə çəkir: hər bir uşaq unikal və istedadlıdır. Pedaqoqun vəzifəsi uşaqlardakı qabiliyyətləri, yaxud onda ən yaxşıları açmaqdır. Məsələn, uşaq riyaziyyatı bilmirsə, dil haqqında biliklərində problem varsa, onun idmanda, yaxud peşədə qabiliyyəti barədə düşünürlər. Müəllim istedadı aşkar edib, mahiyyəti başa düşdükdən sonra uşağın uğurunu sinif yoldaşlarına və məktəbə bəyan edir.
Çin məktəblərində şagirdlərin nailiyyətləri qiymətləndirilmir. Ancaq müəllim səhvləri dəftərdə mütləq qırmızı qələmlə qeyd edir. Əgər məktəbli işi səhvsiz yerinə yetirərsə, müəllim ona fərqləndirici işarəli möhür vurur. Çində uşaqlar birinci sinifdən başlayaraq 2 dəfə imtahandan keçirlər. Onların bilikləri 3 fəndən yoxlanılır: çin dili, ingilis dili, riyaziyyat. İmtahanların nəticələri 100 ballı sistemlə qiymətləndirilir. Bütün imtahanları uşaqlar öz məktəblərində verirlər və nəzarəti onlara dərs deməyən müəllimlər həyata keçirirlər. Başqa sözlə, uşaqlar 1-ci sinifdən etibarən imtahanlara-testlərə adaptasiya olunurlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 08:43
Deputatdan Prezidentə şikayət olundu - NARAZILIQ VAR...
Bu gün, 07:37
Turizmin anasını özümüz AĞLADIRIQ - MÖHTƏKİR TƏFƏKKÜRÜ
Bu gün, 07:32
Ruslar Qarabağda: Bunu görmüşük axı... - Onlara sülhməramlı deyənin...
Bu gün, 07:27
"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - ETİRAZ VAR!
Bu gün, 07:23
SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? - GƏLİŞMƏ
Bu gün, 07:20
Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Bu gün, 07:15
Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Bu gün, 07:13
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Bu gün, 07:09
"Bu, Amerikanın qlobal gücünü göstərir" - ŞƏRH
Bu gün, 07:07
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:04
Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... - BU DA FAKT...
Bu gün, 06:46
Naxçıvandan gedənlərə RUS ZÜLMÜ - BU NƏDİ BELƏ?
Bu gün, 06:38
"Əgər qadın yalnızlıq çəkərsə..." - FOTO
Bu gün, 06:22
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidir
Bu gün, 06:20
Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi - ƏMR
Bu gün, 00:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru