İnnovasiya və Təchizat Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən həyata keçirilən iki vacib satınalma proseduru üzrə qalib şirkətlər müəyyən olunub və tenderlərə yekun vurulub.
"DİA-AZ" xəbər verir ki, birinci tender çərçivəsində “Tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıq, cihaz və tibbi inventarlar”ın satın alınması üzrə keçirilən müsabiqənin qalibi “Medsol” MMC olub. Müqavilə məbləği 919.679,73 AZN təşkil edir. Qalib şirkətin VÖEN-i 1502350481-dir.
İkinci tender isə daha iri həcmli müqavilə ilə yekunlaşıb. “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması üzrə tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub. Müqavilənin ümumi dəyəri 15.259.043,98 AZN-dir. Şirkətin VÖEN-i 1701688171 göstərilib.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.