Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                     Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... .....                     İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir .....                     Xəyal Rzaya ağır itki üz verib .....                     “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU .....                     Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... .....                     Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU .....                     Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... .....                     İsrail-İran SAVAŞI BİTDİMİ? .....                     Eldar Quliyevə qarşı ŞOK İTTİHAM .....                     "Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." .....                     Kremlin `K` variantı... .....                     Bu, dələduzluq deyil... BƏS NƏDİR? .....                     KONTAKT HOME hamını BOĞAZA YIĞIB .....                     Referendum üçün gerisayım BAŞLADI .....                     Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış .....                 

Kremlin `K` variantı... - Görünəni odur ki...
Tarix: Bu gün, 09:00 | Çap et

“Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın Ermənistanda həbsi Avropa İttifaqına sərfəlidir. Bu fikri RT-yə müsahibəsində Qlobal Siyasət İnstitutunun baş elmi işçisi Corc Samueli deyib.

Samueli deyib ki, iş adamına qarşı ittihamlara Brüsseldə müsbət baxılır, çünki o, İrəvanla Moskva arasında sıx iqtisadi əlaqələr yaratmağa çalışır və bu, Avropa İttifaqının maraqlarına zidd idi. “Həbs açıq şəkildə Ermənistanın baş naziri Paşinyanın Avropa İttifaqına rəğbət qazandırmağa və ənənəvi müttəfiqi Rusiyadan uzaqlaşmağa yönəlmiş səylərinə uyğundur”, - ekspert bildirib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter “Sputnik İnternational”a bildirib ki, Karapetyanın həbsi və Erməni Apostol Kilsəsinə hücumlar ölkədəki daxili siyasi münaqişənin tərkib hissəsidir.

Onun sözlərinə görə, İrəvan Avropa İttifaqının təsiri altında Rusiyadan uzaqlaşmağa çalışıb və NATO-ya üzv olmaq imkanlarını müzakirə edib.

Öz növbəsində, “Əl-Farabi” Misir Strateji və Siyasi Araşdırmalar Mərkəzinin baş katibi Muxtar Qubaşi “RİA Novosti”yə deyib ki, Karapetyan Ermənistanın ən böyük investoru kimi cəmiyyətdə ciddi çəkiyə malikdir və yəqin ki, hakimiyyəti narahat edən də budur.

Samvel Karapetyan həftəsonu bəyanat yayıb. Bəyanatda o ittihamları rədd edərək “biz məhkəmələri müstəqil edəcəyik” deyib. Azərbaycanın barəsində axtarış elan etdiyi biznesmen həbsdə xeyli günahsız gəncin olduğunu iddia edib və vəd edib ki “hüquqşünas komandası hər bir erməninin pozulmuş hüquqları uğrunda mübarizə aparmağa hazır olan müstəqil vəkilləri prosesə cəlb edəcək və bunun üçün lazım olan vəsaiti ayırmağa hazırdır. Tezliklə ədalət və ədalət bərpa olunacaq. Biz mübarizə aparacağıq. Davamı olacaq...”, - deyə müraciətdə bildirilir.

Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə İrəvanda iki ay müddətinə həbs edilib. Cinayət işi onun bir gün əvvəl Erməni Apostol Kilsəsinin müdafiəsi üçün açıq çıxışından sonra açılıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva da Rusiya vətəndaşlığını daşıyan Karapetyan ətrafında vəziyyəti diqqətlə izləyir. Ekspertlərə görə, hazırda Moskva ilə İrəvan arasında müəyyən istiləşmə olduğundan, Rusiya tərəfi çox güman ki, ictimaiyyət qarşısında bu vəziyyətə ehtiyatlı reaksiya verəcək. Eyni zamanda yəqin ki, ictimai olmayan danışıqlar çərçivəsində bu mövzuya daha fəal toxunacaq.

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Samvel Karapetyanın həbs müddəti uzadılacaq: “Samvel Karapetyan uzun illər Rusiyada iqtisadi "qara qutu"lardan hesab olunub. Hətta bir müddət onun adı silah qaçaqmalçılığı və kriminal aləmdə bəzi erməni əsilli şəxslərin maliyyələşdirilməsi işində hallanırdı. Kreml zaman keçdikcə media vasitəsilə bu şəxsdən ağ fiqur düzəltməyə çalışdı. Onu tapşırıq əsasında Rusiyadan Ermənistana göndərdi. Amma onun fəaliyyəti və niyyətini çox güman ki, digər milyonçu Qagik Sarukyan ələ verdi. Çünki bu iki şəxs arasında uzun müddətdir ki, iqtisadi ədavət və qeyri-sağlam rəqabət mövcuddur. Karapetyanın sürətlə İrəvandakı siyasi dairələrə nüfuz etməyə çalışdı. Hətta Nikol Paşinyan əleyhinə bir sıra aksiyaları, mitinqləri təşkil etdi. Daha sonra mediada öz piarı üçün xeyli vəsait xərclədi. Bu da Ermənistandakı ABŞ və Qərb kəşfiyyatının gözündən yayınmadı. Məhz Qərb kəşfiyyatının Karapetyan haqqında dolğun dosyesinin Paşinyanın qarşısına qoyulmasından sonra onun həbsi labüdləşdi. Hətta bu işdə Karapetyana Ermənistan xüsusi xidmət orqanlarının da dəstək verdiyi iddia edildi. Ona görə də Nikol Paşinyan 7 il yol gəldiyi DTK sədrini işdən çıxardı. Bütün bunlar onu göstərir ki, Kremlin İrəvanda hakimiyyət dəyişikliyi ilə bağlı növbəti planı suya düşdü. Samvel Karapetyanın həbs müddətinin uzadılacağı istisna deyil. Hazırda Ermənistanda kəşfiyyat döyüşündə Qərbin Rusiyadan bir addım öndə olduğunu son hadisələr bir daha sübut edir".

Politoloq Əli Orucov hesab edir ki, Rusiya Ermənistanda seçki qabağı fəallaşaraq arsenalında olan bütün vasitə və alətlərdən istifadə etməkdədir: “Paşinyanın hakimiyyətdə qalması Moskva üçün müəyyən xoş olmayan ovqat yaradır və sistemli şəkildə onu öz kadrları ilə əvəzləməkdə qərarlı görünür. Ancaq problem ondadır ki, Paşinyan zəif olmasına baxmayaraq onu rusiyapərəst alternativləri-sabiq prezidentlər Köçəryan və Sərkisyan ondan qat-qat zəifdirlər. Cəmiyyətdə dayaqları yoxdur, özlərinə mənfi imic formalaşdırıblar. Ona görə Rusiya daha təsirli fiqurları meydana buraxıb. Erməni Apastol kilsəsi və rusiyalı iş adamı, "Taşir" Şirkətlər Qrupunun rəhbəri çirkli pulların dövriyyəsinə böyük qazanclar götürən Samvel Karapetyan baş plana gətirilib. Erməni Qriqoryan kilsəsi erməni xalqı və cəmiyyəti üzərində təsirə malikdir və əsrlər boyu erməni kimliyinin bir növ simvoluna, maraqlarının müdafiəçisinə çevrilib. Lakin kilsədə uzun müddət gizli saxlanılan neqativ hallar və katolikos barədə ciddi kompromatların üzə çıxması Qaregeni çıxılmaz duruma saldı və onun üzərindən qurulan proyekt iflasa uğramaqdadır. Alternativ variant kimi mafioz iş adamı təşəbbüsə yiyələnməklə Paşinyana problem yaratmaq mexanizmləri işə salındı. Göründüyü kimi, artıq o da həbsdədir.

Paşinyan gələn ilin parlament seçkilərinə daha hazırlıqlı və təhlükəsiz getməyi planladığından hər nə varsa ona qarşı bir-bir sıradan çıxarır. Təbii ki, Qərbin dəstəyini almaqla. Son dövrlər İrəvanın Moskva ilə münasibətləri də həlimləşir. Kremldən gələn basqıları və təhlükələri azaltmağa çalışır. Konfrontasiyadan qəti surətdə qaçır. Belə görünür ki, Taşurin rəhbəri sövdələşmələrin qurbanına çevrilir və onun iddialı bəyanatları əhəmiyyət kəsb etməyəcək. İndiki dönəmdə də mən zənn etmirəm ki, Kreml öz forpostunda ciddi qarşıdurmada, xaos və toqquşmalarda maraqlı olsun. Paşinyan Bakı və Ankara ilə də kompromislərdə maraqlı ola bilər. Çünki onun taleyi hər iki paytaxtın münasibətlərindən bilavasitə asılıdır. Ona görə də Paşinyan Ankaraya səfəri və verdiyi mesajlar daha çox özünü qorumaq və dəstək almaq kimi də yozula bilər. Məncə, Karapetyan mövzusu artıq qapanmış mövzu da ola bilər. Bu proseslərin gedişi ilə də özünü açıq büruzə verəcək".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04
"Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" - FAKT BUDUR!
Bu gün, 07:00
Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... - TƏFƏRRÜAT
Bu gün, 06:57
Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət
Bu gün, 06:55
"Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52
İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru