Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                 

“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Tarix: 25-06-2025, 12:34 | Çap et

İsraillə İran arasında davam edən müharibə 12 gündən sonra atəşkəslə yekunlaşdı. Ötən gün ABŞ Prezidenti Donald Tramp elan etdi ki, tərəflər atəşkəsə razılaşıblar və bu, alqışlanmalı haldır. Amerika lideri atəşkəsi “sülh” kimi təqdim edib. Tramp gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirib. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır. İsrailin Baş naziri Benyamin Netanyahu da bəyan edib ki, İsraillə İran atəşkəsə razılaşıb, amma “Tehran bunu pozsa, nəticələri ağır olacaq”.

Dünən İran mediası məlumat yayıb ki, İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 04:30) dayandırdığını yazıb. Nazxir həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.

Atəşkəsdən sonra hər iki tərəf – həm İran, həm də İsrail qalib gəldiklərini elan ediblər. Rəsmi Təl-Əviv məqsədinə çatdığını, lazımi hədəfləri vurduğunu, Tehran isə İsrailin məqsədinə çata bilmədiyini, “şər hücuma layiqli cavab” verdiyini iddia edib.

Ekspertlər isə “raket müharibəsi” adlandırılan bu savaşda tərəflərin yox, müharibəyə bir neçə saatlıq qoşulan, İrandakı üç nüvə mərkəzini vuran və atəşkəsə nail olduğunu açıqlayan ABŞ-ın qalib gəldiyi qənaətindədirlər. Bununla belə, analitiklər hesab edirlər ki, Yaxın Şərqdə sülhün bərqərar olacağını iddia etmək olmaz.

Atəşkəs və bundan sonrakı proseslərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, bu müharibədə hər iki ölkənin infrastrukturuna ciddi ziyan dəydi:

- Həmçinin tərəflərin hərbi arsenalına, potensialına zərbə vuruldu. Amma mənə elə gəlir ki, hibrit müharibələrin içərisində psixoloji baxımdan eyni suala cavab axtarılır: kim uddu? 12 gündən sonra atəşkəsin əldə edilməsindən sonra tərəflərin bəyanatlarına baxmaq lazımdır. Tehran dərhal bəyanat verdi ki, İran qalib gəldi. İranın xarici işlər naziri Abbas Əraqçi bildirdi ki, İran ordusu sonadək savaşdı və qalib gəldi. Eyni zamanda, israil də iddia edir ki, savaşda qalib gəlib. Hesab edirəm ki, savaşın qalibi olmasa da, atəşkəsin əldə olunması müsbət haldır. Müharibənin isti fazasından sonra nəticələr yeni nəticələr doğuracaq. Bu, ideoloji müstəvidə, ictimai müstəvidə, iqtisadi müstəvidə baş verəcək. Beləlikləı, yeni davranışlar ortaya çıxacaq. Əlbəttə, siyasi və ictimai proseslərdə həm də yönləndirmə prosesləri baş verəcək.

- Belə iddialar var ki, atəşkəs tezliklə pozulacaq. Dediyiniz dəyişikliklər tezliklə olacaq, yoxsa zaman keçdikcə?

- İsrail tərəfi hücumun ilk günündə bəyan etmişdi ki, iki həftə ərzində hədəfləri zərərsizləşdirib dayanacaq. Əslində bu gün baş verən də məhz budur. Bu gün Tramp atəşkəsi yenilik kimi təqdim etsə də, görünən odur ki, əvvəlcədən müəyyənləşdirilən planın birinci mərhələsi başa çatdı. Yəqin ki, qarşıda növbəti mərhələlər var və biz o mərhələlərə nə zaman start veriləcəyini dəqiq deyə bilmərik.

- Bu savaşda İsrailin və İranın qazancı nə oldu, itirdiyi nə?

- Əslində qazanan tərəf əvvəlcədən bəlli idi. 90 milyon əhalisi, 1 milyon 600 min kvadrat kilometr ərazisi olan İranla cəmi 22 min kvadrat kilometr ərazisi, 10 milyon əhalisi olan ölkənin qarşıdurmasında nəticələrə baxmaq lazımdır. Müharibənin ilk gününün nəticələrinə baxsaq, qalib bəllidir. İkincisi, hərb tarixində qeyri-proporsional savaşlara şahidlik etmişik. Yəni demək istəyirəm ki, belə hallar olur. Əgər bir ölkə 15 raket atır, nəticədə bir avtobusa dəyir, beş nəfər xəsarət alırsa, raket atanın qalib olmasını iddia etmək doğru deyil. Söhbət İrandan gedir. Qarşı tərəf, yəni İsrail isə illərlə sərmayə qoyulan, işlənən nüvə obyektlərini məhv etdi. Bir gecədə İran ordusu elitasını demək olar ki, itirdi. Obyektiv olsaq, deməliyik ki, müharibədə üstün tərəf bəllidir. Amma yenə də deyirəm, bütün müharibələrdə qalib tərəf sülh olmalıdır.

- Bəziləri deyir ki, bu münaqişənin bir qalibi var – ABŞ və onun lideri Tramp. Bu fikirlə razısınız?

- Əsl qalib məhz ABŞ və Trampdır. Doğrudan da ABŞ bir güllə ilə birdən çox hədəfi vurmağı bacardı. Birincisi, müharibənin başlama səbəbkarı kimi görünmədi, halbuki savaşda Vaşinqtonun əli var. İkincisi, Tramp seçki kampaniyası vaxtı verdiyi vədi, “dünyaya sülh gətirəcəyəm” vədini reklam etməyi bacardı. Doğrudan da, göründü ki, ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olundu. Üçüncüsü, Avropaya bir daha göstərdi ki, NATO-nun bazalarına, gücünə ehtiyac olmadan birbaşa ABŞ istədiyi yerdə istədiyi hədəfləri vura bilir. Eyni zamanda, ABŞ əzəli rəqiblərinə - Rusiya və Çinə göstərdi ki, hər şeyə qadir ölkədir. Hegemon olduğunu iddia edən ABŞ bir daha nümayiş etdirdi ki, onun iradəsinin üzərində iradə yoxdur və dünyanın istənilən yerində istənilən hədəfi vura bilir, heç kimdən də kömək almır.

Həmçinin bu prosesdə bəzi ölkələrin “toxunulmazlığı” aradan qalxdı. Yaxın Şərqdə bəzi ölkələr İsraili hər şeyə qadir bir ölkə kimi təqdim edirdilər və Yaxın Şərqin tək güclü aktoru kimi qəbullandırmaq istəyirdilər. Amma bəlli oldu ki, İsrail heç də toxunulmaz ölkə deyil. Yəni İranın İsrailə cavabı kifayət qədər güclü oldu və heç kim belə gözləmirdi. Əlbəttə, ümumi qiymətləndirmə aparanda, İran məğlub, İsrail istəyinə çatmış, ABŞ isə qalibdir.

- Bu atəşkəsdən sonra bölgəyə sülhün gəlməsi mümkün olacaqmı?

- Əlbəttə, sülh mümkün deyil. Bu toqquşma ilə tərəflər bir-birlərinin güclü və zəif tərəflərini yenidən kəşf etdilər. Məsələn, İsrailə aydın oldu ki, “Dəmir Qübbə kompleksi heç də deyildiyi potensialda deyilmiş. İrana bəlli oldu ki, belə ordu ilə ölkəni qorumaq, məqsədə çatmaq olmaz. Bir də Yaxın Şərq kimi mürəkkəb bölgədəki digər aktorlar da müharibəni kənardan müşahidə etdilər və özlərinin potensiallarına baxdılar. Bütün bunlar gələcəkdə Yaxın Şərqdə müharibənin alovlanacağı proqnozuna əsas verir. Demək ki, maraqlı qüvvələr zəif yanlarını gücləndirməyə, yeni, müasir silahlarla silahlanacaqlar ki, bu, məsələnin pis tərəfidir. Yəni ki, Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil. Tezliklə toqquşma gözlənilməsə də, bir müddətdən sonra yenidən qarşıdurmanın şiddətlənməyəcəyinə zəmanət yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru