Həbsdə olan jurnalist Sənan Həsənoğlunun ailəsi prezidentə müraciət edib.
"Azərbaycan Reallığı"na müraciət edən oğlu Həsən Sənan oğlu ailə başçısı olan atasının həbsdə insult keçirdiyini bildirib.
6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Sənan Həsənoğlu bir neçə gün öncə insult keçirərək danışıq və hərəkət qabiliyyətini itirib. Məhkum həyatı yaşayan jurnalistin oğlu müraciətində bildirir:
"Atam bir neçə gün öncə insult keçirdi. 6 saylı cəzaçəkmə müəssisəsində müalicəsinə müəssisə rəhbərliyi və tibb xidməti yaxşı münasibət göstərir amma atamın hərəkət və danışıq qabiliyyətini itirib. Atam cəzasının böyük hissəsini çəkib və müəssisədə heç bir neqativ halla haqqında qeyd yazılmayıb. Hazırda atamın vəziyyəti yaxşı deyil və sağalması üçün mütləq ev şəraitində müalicəsi vacibdir.
Ali baş komandan İlham Əliyev cənablarına, vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri Fərid Əhmədova, Baş prokuror Kamran Əliyevə müraciət edərək atamın müalicəsinin ev şəraitində keçirilməsinə köməklik göstərməyinizi xaiş edirəm.