Azərbaycan və Türkiyə liderləri Hindistanla Pakistan arasındakı qarşıdurmada İslamabadın mövqeyini dəstəkləsələr də, Ankara və Bakı Hindistan əleyhinə açıqlama verməyiblər. Rəcəb Təyyub Ərdoğan və İlham Əliyev Laçındakı çıxışlarında Hindistanla Pakistan arasındakı atəşkəsi və iki dövlət arasındakı dialoqu dəstəklədiklərini vurğulayıblar. Bu mesajı Dehlidə doğru oxumalıdırlar. Hindistandakı turizm şirkətlərinin vətəndaşlarını Azərbaycan və Türkiyəyə səfər etməyi boykot çağırışları Hindistanın özünə zərər vura bilər. Rəsmi Dehli Azərbaycan və Türkiyə əleyhinə çağırışların qarşısını almalıdır. Əks halda, bu Hindistanın Türkiyə və Azərbaycanla əməkdaşlığına zərər vura bilər və bu Bakı ilə Ankaranın seçimi olmayacaq.
Orxan TUNCƏR - "DİA-AZ"