Məlum, bu gün “28 May – Respublika Günü” münasibəti ilə demək olar, hər yerdə tədbirlər və şənliklər keçirilir.
Ancaq görünür, hələ Cümhuriyyət qurulanda buna qarşı çıxanlar, istəməyənlər olduğu kimi, başqa sima ilə yenə də buna cəhd edənlər var.
Məsələn, şəhərin düz mərkəzində, özü də, Məhəmməd Əmin Rəsulzadə adına olan küçədə (Tarqovi) yerləşən restoranların biri, deyəsən, Respublika günümüzə hörmətsizlik etməyi özünə priolitet məqdəs olaraq götürüb.
Əvvəla, sual olunur:
Dilimizin də mövcud olduğu bir ölkədə “28 May” niyə Rus dilində yazılmalıdır?
Məgər bizim dövlət dilimiz Rus dilidir, bundan da xəbərimiz yoxdur?
Yoxsa, restoran öz rusdilli müştərilərin “yaltaqlanır” ?
Kimlərsə, beş-on manat artıq qazanacaq deyə, bu boyda ölkə, bu boyda dil alçaldılmalıdır?
Dövlət quran kişilər bu dil, bu ölkə üçün savaşmışdılar axı.
Onların yad olunduğu, ruhlarının şad olmalı olduğu bir gündə bu görüntü nəyə lazımdır və nəyə xidmət edir?!
Məsələn, hər yerdə, elə məhz bu küçədə olan evlərin də eyvanlarından bayraq asıldığı halda bu restoranda niyə bayraq yoxdur?
Biri var, ümumiyyətlə heç nə etməyəsən, biri də var, öz aləmində nəsə etməyə çalışasan, o da belə…
Bayraq əvəzinəmi qoyulub bu “vanna”?
Nədir məqsəd?
Nədir niyyət?
Sualllar, əlbəttə, bir az da ritorikdir. Fakt isə odur ki, açıq-aşkar “28 May Günü”-nə hörmətizlik edilir.
Gununsesi.info