BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur .....                     Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır" .....                     Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Payonix” BOKT ikinci ilində də zərərlə başa vurub .....                     Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Dollar bu tarixdən başlayaraq bahalaşacaq: Görün neçəyə olacaq .....                     Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq .....                     “Dövlətdə can qoymuşam ki, kimsə körpə uşaqları zorlasın?” .....                     Ev sahibi gecə klubuna getdi: Xadimə 10 min dollardan çox pul oğurladı .....                     Araz Musayev danışdı, adlar çəkdi .....                     31 ildir icra başçısı olan Adil Məmmədov….. .....                     Tanınmış rəssamın adından DƏLƏDUZLUQ: Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? .....                     Xalq artistindən ETİRAF: .....                     Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb .....                     Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir .....                     Azərbaycan malları erməni bazarlarında satılacaq .....                     Kommunal borclar silinəcək? .....                     “Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” .....                     Bakıda böyük söküntü işləri başladı, park salınacaq .....                     Füzuli Hüseynovdan Əli Nura cavab: Elə bir adam tanımıram .....                     Yeni dünya müharibəsi qaçılmazdır .....                     NAXÇIVANIN YENİ BƏLASI: Hamı deyinir... .....                     Okeanın o tayından gələn ELÇİ... .....                     Bığları yoxdur... amma nırxını qoyur... .....                     GDU: Rektor bura şəxsi bostanı kimi baxır .....                     BOKT “İnternational”ın dövlətə yarım milyon manata yaxın vergi borcu var .....                     Koronavirus Azərbaycana qayıdıb? .....                     Şuşada 49 milyon müqabilində 10 bina tikəcək .....                     “Məmurun villası yox, vətəndaşın alış-verişi şübhəli sayılır!” .....                     Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib .....                     Əməkdar artist Vahid Əliyevin .....                     İranın Azərbaycan qorxusu və məcburiyyəti: Rəşt-Astara dönüşü .....                     “Paşa Holdinq”ə bağlı milyonluq şirkətlər birləşir .....                     Aybəniz Haşımovanın qardaşına .....                     Rusiya kəşfiyyatı ifşa etdi: Serbiya Ukraynaya yüz minlərlə mərmi göndərir .....                     Məsud Əfəndiyev müşavir təyin olundu .....                     “50 manata görə “Lukoil”in keçmiş filial müdiri də müraciət edib” .....                     Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? .....                     Xalq artisti Əməkdar artisti polisə verdi .....                     Azərbaycanda kartof “böhranı” .....                 

Sibiqanın səfəri ətrafında “stəkanda fırtına” cəhdi - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 12:00 | Çap et

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Bakıya səfəri, gözlənildiyi kimi, Rusiyanın bir sıra dairələrində qıcıq və narahatlıq doğurub. Bu məsələdə yenə əsas canfəşanlığı anti-Azərbaycan mövqeyi ilə tanınan, artıq ölkəmizdə girişi bloklanan “tsargrad.tv” edirdi. Sibiqanın səfəri haqda yazanda da öncə qeyd olunurdu ki, Azərbaycan Kiyevə indiyədək 40 milyon dollara yaxın vəsait ayırıb və Ukraynanın enerji infrastrukturunun bərpasına fəal kömək edir. İddia olunur ki, guya bu səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana getməsinə “cavabdır”. Ukrayna XİN rəhbərlərinin müharibənin başladığı 3 ildə Cənubi Qafqaza ilk dəfə olaraq səfər etməsi və Azərbaycanı seçməsi şimal qonşumzun qarnının sancısını artırıb. Vurğulanır ki, guya Azərbaycan hakimiyyəti məlum təyyarə qəzasından sonra Rusiyaya qarşı çıxır və bu səfəri də Qərbə mesaj kimi qəbul etmək lazımdır və s.

İki ölkə arasında münasibətlərin tarixi yeni deyil və hər zaman yüksək səviyyədə olub. Burada hər iki ölkənin keçmiş SSRİ respublikası olması və keçmişdən gələn siyasi, iqtisadi, mədəni bağlar xüsusilə önəmlidir. Eyni zamanda hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib və bir-birini qarşılıqlı şəkildə dəstəkləyib. Bu məqam, eləcə də ikitərəfli münasibətlər və müxtəlif sferalarda əməkdaşlığın inkişafı Sibiqanın Bakı səfəri zamanı müzakirə olundu. Ukraynanın xarici işlər nazirinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı da yalnız ikitərəfli məsələlər gündəmdə idi. Bu o deməkdir ki, Bakı-Kiyev münasibətləri yalnız ikitərəfli xarakter daşıyır və burada hansısa üçüncü ölkə ilə bağlı məsələlər müzakirə mövzusu deyil.

Azərbaycan hər hansı bir dövlətlə münasibətlərini müstəqil şəkildə qurur və bu, onun hüququdur. Eyni zamanda Ukrayna ilə davam edən müharibədə ölkəmiz neytral mövqe nümayiş etdirib. Nazirin səfəri zamanı da səslənən fikirlərə baxsaq, burada üçüncü ölkəyə yönəlik hər hansı bəyanat səslənməyib. Əksinə, postsovet məkanında sülh və əmin-amanlığın qurulması diqqət mərkəzində olub.

Sibiqa Haqqın.az-a müsahibəsində Ukraynaya dəstəyə görə Azərbaycan xalqına, humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdar olduqlarını deyib: “Bizim üçün ən çətin vaxtda, sərt qış dövründə Azərbaycan qardaş kömək əlini uzadıb. Bizi elektrik avadanlıqları ilə təmin etdilər. Azərbaycan minaların təmizlənməsi prosesində, ukraynalı uşaqların sağlamlığında və reabilitasiyasında böyük rol oynayıb. Biz çox ümid edirik ki, Azərbaycan gələcəkdə Ukraynanın bərpasında ən fəal iştirak edəcək”.

Nazir deyib ki, Bakıda Prezident İlham Əliyevlə ilk dəfə nazir kimi görüşüb, bundan əvvəl iki dövlət başçısı arasında aparılan danışıqlarda iştirak edib. “Siz Zelenskidən Əliyevə hansısa şəxsi və ya xüsusi mesajla gəlmisiniz” sualına nazir belə cavab verib: “Təbii ki, bəzi siqnalları çatdırmağa gəlmişəm. Prezident Zelenskinin göstərişi ilə. Bakıya getməzdən əvvəl bu səfərin xüsusi əhəmiyyətini nəzərə alaraq, prezident Zelenski ilə uzun söhbət oldu. Mən lazım olan hər şeyi birbaşa prezident Əliyevə çatdırdım. İlham Əliyevin müdrik məsləhətlərinə, geosiyasi vəziyyətə, regionda və dünyada vəziyyətə verdiyi qiymətə qulaq asmaq bizim üçün çox vacib idi. Bir daha deyirəm, bu, çox vacib görüş idi”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın xarici siyasətində məntiq siyasi münasibətlərin üçüncü tərəfə şamil olunmamasına hesablanıb: “Yəni hər hansı başqa bir dövlətlə əlaqələr, əməkdaşlığın inkişafı heç vaxt üçüncü dövlətə qarşı yönəlmir. Tam əksinə, ikitərəfli münasibətlərin üçtərəfli-dördtərəfli formatlara keçməsi hadisəsi Azərbaycanın xarici siyasətində mövcuddur. Amma ikitərəfli münasibətlərdən üçüncü dövlətə qarşı aqressiya və ya cavab kimi təqdim olunması tamamilə yanlışdır. Ona görə də Ukrayna xarici işlər nazirinin Azərbaycana səfərinin heç bir şəkildə başqa istiqamətdə yozulması mümkün deyil. Çünki Azərbaycanın diplomatik təcrübəsində belə bir hadisə yoxdur. Düşünürəm ki, sadəcə, Azərbaycanın beynəlxalq hüquqa söykənən və beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünə söykənən xarici siyasət kursunu bəzi aqressiv ölkələr öz maraqları kontekstində şərh edərək belə nəticəyə gəlirlər. Kimin necə düşünməsindən və ya kimin bunu necə qarşılamasından asılı olmayaraq Azərbaycan müstəqil dövlətdir. İstənilən üçüncü ölkə ilə münasibətləri qurmaq da Azərbaycanın hüququdur. Ukrayna xarici işlər nazirinin Azərbaycana səfərinin başqa kontekstə yozulması regiona qarşı siyasi iddiaları olan mərkəzlərin işidir. Ukrayna-Azərbaycan münasibətlərinin yaxınlaşması regionda sülhə xidmət edir”.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyadakı anti-Azərbaycan qüvvələr və onlara bağlı media Azərbaycan-Rusiya münasibətlərini tamam pozmaq üçün çalışırlar: “Rusiya Prezidenti Vladimir Putin 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Rusiya-Azərbaycan münasibətlərinin dostluq, müttəfiqlik xarakteri daşıdığını qeyd edib. Vladimir Putin əminliyini ifadə edib ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Rusiya lideri həmçinin vurğulayıb ki, bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur - Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir. Rusiya Prezidentinin bu fikirləri müsbətdir. Ancaq Rusiya mediasının və bir sıra siyasətçilərinin, deputatlarının Azərbaycanla bağlı isterikası ilə bu yazılanlar təzad təşkil edir. Belə çıxır ki, Azərbaycana qarşı olan dairələr prezident Putinin mövqeyini belə nəzərə almırlar. Onlar bütün imkanlarını səfərbər ediblər ki, Azərbaycan-Rusiya münasibətləri pozulsun. Ukrayna xarici işlər nazirinin Azərbaycana səfərinin guya Rusiya xarici işlər nazirinin Ermənistan səfərinə cavab olaraq təşkil edildiyini iddia eləmələri də münasibətlərə zərbə vurmağa hesablanıb. Ona görə də əgər Prezident Putin təbrik məktubundakı fikirlərində səmimidirsə, həmçinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqda 2022-ci ildə imzalanmış sənədə sadiqdirlərsə, Rusiyada anti-Azərbaycan təbliğatını alovlandıran qüvvələr susdurulmalıdır”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan-Ukrayna münasibətləri, Ukrayna xarici işlər nazirinin Bakıya səfəri üçüncü ölkəyə qarşı deyil: “Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti beynəlxalq konfranslarda fürsət düşən kimi Volodimir Zelenski ilə ikitərəfli görüş keçirir. Xatırlatmaq yerinə düşər ki, Volodimir Zelenski prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bu, Zelenskinin Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir.

İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb. Dövlət başçısı aprel ayında ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı da “biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik” ifadəsini işlədib. Ukrayna ilə münasibətlər Rusiyaya və ya başqa hansısa ölkəyə qarşı deyil".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
Bu gün, 18:09
Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır" - TAM MƏTN
Bu gün, 18:07
Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb
Bu gün, 18:02
“Payonix” BOKT ikinci ilində də zərərlə başa vurub - HESABAT
Bu gün, 18:01
Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 17:59
Dollar bu tarixdən başlayaraq bahalaşacaq: Görün neçəyə olacaq - Lenta.ru
Bu gün, 17:57
Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq
Bu gün, 17:54
“Dövlətdə can qoymuşam ki, kimsə körpə uşaqları zorlasın?” - Yevlaxdakı dəhşətli qətldə hökm dəyişdi
Bu gün, 17:52
Ev sahibi gecə klubuna getdi: Xadimə 10 min dollardan çox pul oğurladı - TƏFƏRRÜAT
Bu gün, 17:47
Araz Musayev danışdı, adlar çəkdi - “Killer göndərib...”
Bu gün, 17:44
31 ildir icra başçısı olan Adil Məmmədov….. - DOSYE
Bu gün, 17:42
Tanınmış rəssamın adından DƏLƏDUZLUQ: Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? – FOTOFAKT
Bu gün, 17:37
Xalq artistindən ETİRAF: - “Məscidlərdə mərsiyə deyirdim”
Bu gün, 17:32
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
Bu gün, 17:26
Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir - TƏFƏRRÜAT
Bu gün, 17:24
Azərbaycan malları erməni bazarlarında satılacaq – Simonyan
Bu gün, 17:21
Kommunal borclar silinəcək? – “Qaz işlətmisən, su işlətmisən, pulunu ver də!”
Bu gün, 17:17
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
Bu gün, 17:14
Bakıda böyük söküntü işləri başladı, park salınacaq - TƏFƏRRÜAT
Bu gün, 17:11
Füzuli Hüseynovdan Əli Nura cavab: Elə bir adam tanımıram - "HAZIRDA İSTİNTAQ GEDİR..."
Bu gün, 17:09
Yeni dünya müharibəsi qaçılmazdır - SORĞU
Bu gün, 17:08
NAXÇIVANIN YENİ BƏLASI: Hamı deyinir... - Ayaq uydurmuruq... YOXSA NƏ?
Bu gün, 17:02
Okeanın o tayından gələn ELÇİ... - ƏGƏR GƏLİBSƏ...
Bu gün, 16:59
Bığları yoxdur... amma nırxını qoyur... - Belousovun abartdığı MƏNZƏRƏ...
Bu gün, 16:57
GDU: Rektor bura şəxsi bostanı kimi baxır - Müəllimlər DEYİR Kİ...
Bu gün, 16:53
BOKT “İnternational”ın dövlətə yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 16:51
Koronavirus Azərbaycana qayıdıb? - RƏSMİ CAVAB
Bu gün, 16:49
Şuşada 49 milyon müqabilində 10 bina tikəcək - ŞİRKƏT AXTARILIR
Bu gün, 16:47
“Məmurun villası yox, vətəndaşın alış-verişi şübhəli sayılır!” - Hüquqşünasdan SƏRT SÖZLƏR
Bu gün, 16:44
Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
Bu gün, 16:43
Əməkdar artist Vahid Əliyevin SON VƏZİYYƏTİ
Bu gün, 16:41
İranın Azərbaycan qorxusu və məcburiyyəti: Rəşt-Astara dönüşü - AKTUAL
Bu gün, 16:38
“Paşa Holdinq”ə bağlı milyonluq şirkətlər birləşir
Bu gün, 16:36
Aybəniz Haşımovanın qardaşına - Hökm oxundu
Bu gün, 16:33
Rusiya kəşfiyyatı ifşa etdi: Serbiya Ukraynaya yüz minlərlə mərmi göndərir - KİV
Bu gün, 16:32
Məsud Əfəndiyev müşavir təyin olundu - FOTO
Bu gün, 16:30
“50 manata görə “Lukoil”in keçmiş filial müdiri də müraciət edib” - REALLIQ
Bu gün, 15:17
Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? - AÇIQLAMA
Bu gün, 15:15
Xalq artisti Əməkdar artisti polisə verdi - BUNA GÖRƏ...
Bu gün, 15:12
Azərbaycanda kartof “böhranı” – Səbəb nədir?
Bu gün, 13:06
"AzDrama"da dava, istintaq, HÜCUM! – Xalq artisti Əli Nur hər şeyi etiraf etdi
Bu gün, 13:03
Zeynəb Xanlarovanın adından dələduzluq - FOTO
Bu gün, 12:53
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
Bu gün, 12:44
Bakı rus turistlər üçün niyə cazibəsini itirib? - SƏBƏBLƏRİ
Bu gün, 12:37
Elgün 5-ci mərtəbədən yıxılıb ölüb - Prokurorluqdan RƏSMİ AÇIQLAMA
Bu gün, 12:34
Yalan iddialara gerçək cavab: Ərdoğan Laçında kimlərin səsini kəsdi?! - AKTUAL
Bu gün, 12:31
Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir - FOTO
Bu gün, 12:29
“Azərkosmos”un gəlirləri azaldı
Bu gün, 12:14
“Bank of Baku”nun İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru