“Bərdə Broyler” ASC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, broyler şirkəti ötən il 5,6 min manata yaxın xalis mənfəət əldə edib. 2023-ci ilə nisbətən şirkətin xalis mənfəətində təqribən 1,2 min manat (3,5%) artım qeydə alınıb.
Hesabat dövründə şirkət tərəfindən 1,9 min manat mənfəət vergisi ödənilib ki, bu da illik müqayisədə 0,1 min manat (5,6%) çoxdur.
“Bərdə Broyler” ASC-nin gəlirləri 2024-cü ildə dəyişməyib və 102,5 min manat təşkil edib. Xərclər isə 1,6 min manat (2,4%) azalaraq 65 min manata çatıb.
ASC-nin icarə haqqı xərcləri 12,8 min manat, audit xərcləri 1000 manat, torpaq vergisi 6,2 min manat əşkil edib və illik müqayisədə dəyişməyib.
Əmək haqqı xərcləri 100 manat (0,7%) artaraq 13,6 min manata, DSMF xərcləri 100 manat (3,7%) azalaraq 2,6 min manata, bank xidmətləri üzrə xərclər 100 manat (25%) azalaraq 300 manata, sığorta xərcləri 300 manat (2 dəfə) azalaraq 300 manata bərabər olub.
Bundan başqa şirkətin ötən poçt və rabitə xərcləri olmayıb.
Amortizasiya xərcləri 1,1 min manat (4%) azalaraq 27,4min manata düşüb.
“Bərdə Broyler” ASC ötən il 709,9 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 45,4 min manat və ya 6% azalıb.
Şirkətin öhdəlikləri 82,1 min manat (21,1%) azalaraq 309,7 min manata düşüb.
Balans kapitalı 400,2 min manata bərabər olub ki, bu da illik müqayisədə 37,1 min manat, başqa sözlə 10,2% artım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmi 37.1 min manat (32,1%) artaraq 152,7 min manata çatıb.