Çər. axşamı, 22 iyul 2025, 17:46:34  
   Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                 

Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Tarix: 20-05-2025, 23:59 | Çap et

"Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiya və İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var”.

Bu cümlələri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumundakı çıxışında deyib.


Bəlkə də bu fikir ilk baxışdan qəribə gəlir: belə bir mürəkkəb regionda xoşbəxt ölkə olmaq çox çətindir. Ancaq Azərbaycan, prezident İlham Əliyevin əvvəllər dediyi kimi, regionda sabitlik və təhlükəsizlik adasıdır. Belə olmaqda davam edir. Hikmət Hacıyevin sitat gətirdiyimiz fikirlərini də bu kontekstdə şərh etmək olar. Bu iki cümlədə əslində hər şey, ya da ən azı çox deyilib. Həm də bu fikirlər prezident İlham Əliyevin söylədiyi "təhlükəsizlik adası" sözlərinə qüvvət, o ifadənin bir növ açması, təfsiri deməkdir.


Xoşbəxt ölkə olmaq üçün ilk növbədə təhlükəsiz ölkə olmaq lazımdır. Azərbaycan bu baxımdan bir nümunədir. Bu yaxınlarda terror təhükəsi ilə bağlı nüfuzlu beynəlxalq araşdırmanın nəticələri açıqlanmışdı. Həmin nəticələrə görə Azərbaycan terror təhlükəsinin olmadığı ölkələr sırasında yer almışdı.


Məlumdur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbə və 2023-cü ildə keçirilmiş bir günlük antiterror tədbirləri Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə nəticələndi. Ölkə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Bu, Hikmət Hacıyevin də Tehranda dediyi kimi, regionda status-kvonu tamamilə dəyişdi. Cənubi Qafqazda əvvəlki status-kvo hərbi reallıqlar üzərində qurulmuşdu. Azərbaycanın tarixi qələbsindən sonra bölgədə həlledici faktor olaraq siyasi reallıqlar formalaşdı və oturuşdu.


İşğal dövründə Türkiyə, Rusiya, İran kimi böyük regional dövlətlərlə müzakirələr daha çox Ermənistanın işğalçı kimi tanınması və Azərbaycanım ərazi bütövlüyünün dəstəklənməsi üzərində gedirdi. Ancaq Azərbaycan öz gücü ilə, təkbaçına bu mövzuları bağladı. İndi artıq bu mövzular gündəmdən çıxıb. Hazırda Rusiya, İran, Türkiyə kimi iri dövlətlərin də içində yer aldığı regional təhlükəsizlik arxitekturasından və həm ikitərəfli, həm də çoxtərəfli formatlarda iqtisadi tərəfdaşlığın sürətlənməsindən söhbət gedir.


Azərbaycanın öz qonşuları ilə daha əvvəldən movcud olan regional platformalarvə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Vətən müharibəsindəki tarixi qələbədən sonra isə 3+3 platforması da meydana çıxdı və institutlaşmağa başladı. Bu, təkcə periodik olaraq toplaşıb müzakirələr aparmaqla məhdudlaşmır, hər halda Azərbaycanın yanaşmasına görə, 3+3 platforması regiona sülh, sabitlik və tərəfdaşlıq ruhu gətirir. Bunun üçün real imkanlar açır.


Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə, qovuşma nöqtəsidir. Elə Hikmət Hacıyev də bu səfərində İranlı həmkarları ilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə işlərin sürətlənməsi zərurətindən danışıb. Azərbaycan istər Şimal-Cənub, istərsə də, Şərq-Qərb dəhlizlərində üzərinə düşən hər şeyi edib və edir. Rusiyanı isti dənizlərə çıxaran Şimal-Cənub layihəsinin tamamlanması artıq İran ərazisində zəruri infrastrukturun qurulmasından asılıdır. Eynilə Şərq-Qərb layihəsinə mane olan faktorların heç biri Azərbaycandan qaynaqlanmır.


Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə vaxtında və tam həcmdə əməl etmədi, istər Zəngəzur dəhlizi, istərsə də, Azərbaycanın təklif etdiyi sülh gündəliyi üzrə qərarları yubatdı. Doğrudur, sülh sazişinin bütün bəndləri paraflandı, amma Ermənistan Konstitusiyasından qaynaqlanan maneələr hələ də qalır. Bu da Tehran Dialoq Forumu iştirakçılarının diqqətinə çatdırılıb.


Əgər söhbət dialoqdan gedirsə, Ermənistanın qeyri-konstruktiv hərəkətləri və hərəkətsizliyi bəlli ölçüdə və bəlli məsələlərdə bu dialoqu ya pozur, ya da tormozlayır. Ermənistan monoetnik bir dövlət modeli olmaqla yanaşı, həm də diplomatiyada özünəməxsus bir tərz yaradıb və bu da dialoqa yox, monoloqa köklənmiş üslubdur. Yəni Ermənistan yalnız öz narrativlərinə köklənmiş bir diplomatiya aparır; başqalarının həqiqətləri, ümumiyyətlə, reallıqlar onu sanki heç cür inandırmır, ya da, ümumiyyətlə, maraqlandırmır. Ermənistanın xarici siyasətində keçmişdən miras qalmış doqmatik bir yanaşma var. Bu, ölkəni daha çox keçmişə çəkir, onun gələcəyə doğru hərəkətini bloklayır. Bu yanlış yanaşma bütövlükdə bölgədə gedən pozitiv meyllərə, proqressiv proseslərə mənfi təsir göstərir.


Hikmət Hacıyevin əvvəldə göstərdiyimiz fikirləri kontekstində baxsaq, Azərbaycan bu baxımdan da xoşbəxt ölkədir; öz narrativləri, öz siyasəti ilə bölgəyə, hətta bölgədən çox uzaqlara belə xoşbəxt perspektivlər təklif edə bilir. Ermənistan və onun kimi bir sıra aktorlar var, öz yerləşdiyi regiona müharibədən, dağıntıdan, terrordan, ölümdən başqa heç bir şey təklif edə bilmir. Nəticədə özü də bədbəxt olur, başqalarını da öz ardınca sürükləməyə çalışır. Azərbaycan isə bütün bunların əksini təklif edir. Təkcə təklif etmir, yaradıcı, qurucu, birləşdirici, uzlaşdırıcı təşəbbüslər də irəli sürür. Bu təşəbbüslər konkret anlaşmalara, sazişlərə, layihələrə, əməli işə çevrilir.


Bu baxımdan Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərini belə şərh etmək olar: Azərbaycan Avrasiya bölgəsində təkcə özü inkişaf etməklə də qalmayan, regionun inkişafında əsas faktorlardan, aparıcı aktorlardan birinə çevrilən xoşbəxt ölkədir. Çünki hər cür xoşbəxtliyin əsasında sabitlik, təhlükəsizlik, tərəqqi və firavanlıq amilləri dayanır. Elə insanlar var, ətrafına yalnız pozitiv enerji saçır. Dövlətlər də bu anlamda insanlar kimidir. Hikmət Hacıyevin məlum cümlələri də məhz bunu ifadə edir.

Bahəddin Həzi, bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Bu gün, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Bu gün, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Bu gün, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Bu gün, 17:55
Peskov DEYİR Kİ...
Bu gün, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Bu gün, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Bu gün, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Bu gün, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Bu gün, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru