Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                 

Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Tarix: Bu gün, 09:10 | Çap et

Belçika Nümayəndələr Palatasının ötən həftəsonu qəbul etdiyi birtərəfli və qərəzli qətnamənin Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkdi. “Yeni Müsavat” xatırladır ki, həftənin əvvəlində də Paşinyan Brüsseldə Avropa Şurasının və Avropa Komissiyasının sədri ilə yanaşı Belçikanın baş naziri Bart de Veverlə də görüşüb. Paşinyan İrəvana qayıdan kimi isə Belçika parlamenti ölkəmizə qarşı əsassız ittihamlar irəli sürən qətnamə qəbul edib.

“Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar. Qətnamədə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ əslində inkar edilir.

2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Belçika parlamenti üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır". Milli Məclisin Belçika parlamentinin qətnaməsinə etiraz olaraq qəbul etdiyi bəyanatda belə deyilir.

“Qətnamənin "qanunsuz həbslərlə" bağlı hissəsinə gəlincə, xatırlatmaq yerinə düşər ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil", - deyə bəyanatda bildirilir.

Nümayəndələr Palatası Belçika hökumətinə qarşı da tələblər irəli sürüb. Belə ki, hökumət hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasını dəstəkləməli, Ermənistanda konsulluq mövcudluğunu artırmalı, rəsmi İrəvanla humanitar və hərbi əməkdaşlığı daha da dərinləşdirməlidir. Həmçinin Aİ insan hüquqlarını pozanlara qarşı hədəfli sanksiyalar tətbiq etməlidir. Aydındır ki, bu tezislər Azərbaycana qarşıdır və ölkəmizə sanksiya tətbiqi çağırışıdır.

Təəccüblü deyil ki, sülhdən dəm vuran Ermənistan parlamentinin sədri Alen Simonyan qərəzli və təxribat xarakterli sənədin müəllifləri El Van Xufa və Mişel de Maeqeyə təşəkkürlərini çatdırıb. Simonyan qondarma sənədin qəbulunda iştirak edən bütün deputatlara minnətdarlığını izhar etməyi də unutmayıb.

O zaman ölkəmizə qarşı sanksiya tələbinin arxasında kimlər durur: erməni lobbisi, Avropadakı anti-Azərbaycan qüvvələr, yoxsa özlərini barışcıl göstərən, əslində isə Bakıya yeni təzyiq rıçaqları yaratmaq istəyən İrəvan hakimiyyəti?

Siyasi şərhçi Azər Həsrətin “Yeni Müsavat”a bildirdiyinə görə, Belçikadan bu sənədin qəbul edilməsi heç yerinə düşmür və üstəlik, ona heç bir zərurət yox idi. Onun fikrincə, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri görüşüb və görüşün nəticələri müsbətdir: “Hər iki tərəf nəticələrdən razıdır. Yəni Ermənistanla Azərbaycan arasında anlaşma mərhələsi demək olar ki, bitmək üzrədir, tərəflər razılaşma əldə edirlər. Bütün problemlər həll olunmaq üzrəykən Belçika parlamentinin birdən-birə bu müzakirəni açması heç başa düşülən deyil. Əksinə, onlar sülh prosesinə töhfə verə bilərdilər. Bu müzakirəni açmadan, tərəflərin görüşünü alqışlaya, bu cür təmasların davam etməsinə çağırış edə bilərdilər. Ancaq heç bir dəxli olmadan belə bir addım atmaları şübhə doğurur”.

Onun sözlərinə görə, bu şübhəyə əsas verən də Ermənistandakı revanşistlərdir: “Bunu Paşinyan hakimiyyətinin etdiyini o qədər də ağlabatan saymıram. Çünki Paşinyan mümkün qədər tez sülh müqaviləsinin əldə olunmasına çalışır. Bu hadisəni daha çox ortalığı qarışdırmaq istəyən üçüncü tərəf törətmiş ola bilər. Bu da təbii ki, revanşistlərdir. Onların da bir qolu hamımıza bəllidir ki, birbaşa Rusiyaya bağlıdır. İşi pozmağa cəhd edən, məncə, Rusiyadır. Əlbəttə, Azərbaycanla Ermənistan ortaq səylərlə bunun qarşısını alacaq. Bu mərhələni də keçə biləcəyik. Əsas məsələ odur ki, Belçika parlamentinə və bütövlükdə Belçika dövlətinə Azərbaycanla Ermənistan birgə şəkildə belə davranışın yersiz olduğunu desə, bu, aramızı vurmaq, sülh prosesini əngəlləmək istəyənlərə çox gözəl cavab olar”.

Siyasi təhlilçi Ramiyə Məmmədova isə Simonyanın riyakar olduğunu vurğulayıb və rəsmi İrəvanın bu əski parçası olan qətnamədən həzz aldığını bildirib. Onun qənaətinə görə, bu sənədin qəbulunda sponsorluq erməni lobbisinin, siyasi təsir Avropa İttifaqının üzərindədir: “Daha doğrusu, Makron Fransası ciddi rol oynayıb. Nəzərə almalıyıq ki, Belçika Fransanın təsirində olan ölkədir. Avropa İttifaqı Şurasının əvvəlki prezidenti Şarl Mişel də fransız idi. Bundan əlavə, Belçikada fransız dili dövlətin dillərindən biridir. Ona görə Fransanın Belçika üzərində ciddi təsirini nəzərə almalıyıq. Təbii ki, sənədin qəbulundan sonra Paşinyan hökuməti bunu dəstəkləyəcəkdi. Burada təəccüblü hal görmürəm. İrəvan qətnaməni fürsət bilir. Lakin sülh danışıqlarına zərər vurduğunu nəzərə almır”.

Təhlilçinin fikrincə, bu məsələdə Fransa, erməni lobbisi, ermənipərəst dairələr xüsusi rol oynayıblar, Ermənistandakı hakimiyyət isə xora qoşulub: “Halbuki absurd ittihamlar, mifik fikirlər səslənib, əsası olmayan tələblər irəli sürülüb. Sadəcə, bu çağırışdır və Azərbaycanı narahat etməməlidir. Cənab Prezident Şuşada keçirilən tədbirdə də qeyd etdi ki, Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır. Avropa Komissiyasının prezidenti Bakıda strateji qaz sənədi imzalayıb. Tramp da Azərbaycana məktubunda ölkəmizin əhəmiyyətini vurğulayıb. Bu baxımdan, Rusiya ilə gərginlik dönəmində, Avropa Birliyinin işğalçı ölkəyə 18-ci sanksiyalar paketini tətbiq etdiyi vaxtda Belçikadan çağırışlara uyub Azərbaycana qarşı bu addımı atmazlar”.

Real Partiyasının sədri Natiq Cəfərli isə öz sosial media hesabında yazıb ki, Nümayəndələr Palatası Azərbaycanı hədəf alan axmaq, absurd, mənasız sənəd qəbul edib, artıq həll olunmuş “Qarabağ məsələsini” yada salıb, Bakıda məhkəməsi gedən separatçı, cani və Rusiyanın birbaşa təsiri və idarəsində olan adamları müdafiə edib: “Ermənistan belə Qarabağ məsələsinin həll olunduğunu deyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini 10 dəfə bəyanat verərək tanıyıb, amma rəsmi Brüsselin bəzi siyasətçiləri bu məsələdə də qərəz nümayiş etdirir. Belçika üzdə və ritorikada Rusiyaya qarşı olsa da, Kremlin casuslarını müdafiə etməsi də bir ayrı tragikomediyadır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru