Antalyada Azərbaycan əsilli türkiyəli iş adamına qarşı hücum təşkil olunub. Onun avtomobili yandırılıb.
Musavat.com xəbər verir ki, iş adamı Bəxtiyar Muradovun avtomobili evinin qarşısında yandırılıb.
Nəzarət kameralarına baxış keçirilən zaman məlum olub ki, avtomobili yandıran şəxs sonra hadisəni telefonu ilə lentə alaraq oradan uzaqlaşıb.
Bəxtiyar Muradov Türkiyə mətbuatına verdiyi açıqlamada hadisənin konkret olaraq kimlər tərəfindən törədildiyini deməsə də, ona qarşı davam edən təxribat xarakterli hücumlardan məlumatlı olduğuna işarə edib:
“Dövlətimə, bayrağıma bağlı bir insanam. Millinin üzvü olmuş idmançıyam. Qızım da millinin üzvü olan idmançıdır. Bizi nəyin içərisinə çəkmək istəyirsiniz? Artıq bezmişik. Onların məni çəkməyə çalışdıqları tələyə düşməyəcəm. Həyatımda indiyə qədər belə bir şey yaşamamışdım. Mənim nə addım atmağımı istəyirsiniz?”
Polis kamera görüntülərinə baxdıqdan sonra şübhəli şəxsi müəyyən etməyə çalışır. Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.