Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                 

“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Tarix: 22-07-2025, 09:02 | Çap et

Prezidenti İlham Əliyev iyulun 19-da Xankəndi şəhərində keçirilən Şuşa 3-cü Qlobal Media Forumunda Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı bir sıra mühüm siyasi mesajlar verib.

Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Əbu-Dabi şəhərində keçirilən görüşündən sonra Prezident İlham Əliyevin verdiyi açıqlamalar iki ölkənin sülh sazişi üzrə bir sıra razılaşmalara yaxın olduğunu göstərib.

Dövlət başçısının çıxışında qeyd etdiyi məsələlərə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a müsahibəsində aydınlıq gətirib:

-Azərbaycan Prezidenti bildirib ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana bilər. “Biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq”,-deyə Prezident vurğulayıb. Artıq Ermənistanın konstitusiya dəyişiklik edilməsi və Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın tələblərini qəbul etdiyini söyləyə bilərikmi?

- Ermənistanın hakimiyyəti də, cəmiyyəti də başa düşür ki, bu konstitusiya ilə onların regionda gələcəyi yoxdur. Onların ərazi iddiaları yalnız Azərbaycana deyil, həm də Türkiyəyə qarşı yönəlib. Ermənistan tərəfi yeni konstitusiyanın mətninin hazırlanması ilə bağlı komissiya yaradıb. Əslində, nəticənin əldə olunması Ermənistandan asılıdır.

- Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə keçirilmiş görüşündə Ermənistan konstitusiyasının preambula hissəsinin yeni mətndən çıxarılması, həmçinin Minsk qrupunun buraxılmasına dair rəsmi İrəvanla razılaşmanın əldə edildiyini demək mümkündürmü?

- Mən bunu istisna etmirəm. Razılaşmalar konfidensial saxlanılır. Bu mövzuya cənab Prezident də toxunub. Ermənistan tərəfi bu mövzunu şərh etməyə başlayıb. Əbu-Dabi görüşündə bir sıra mövzulara dair razılaşmanın əldə olunduğu aşkar görünür. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı hansısa yaxınlaşmanın olduğu istisna edilmir.

Sənədin paraflanması şifahi şəkildə artıq mövcuddur. Çünki dövlət başçıları artıq bunu bəyan ediblər. Prosedur qaydalara görə, paraflanma müxtəlif formada ola bilər. Amma heç prosedur da tələb olunmur. Paraflama zamanı hər səhifəyə səlahiyyətli şəxs imza atır.

- Ermənistan konstitusiyasına dəyişiklik edilmədən Azərbaycan sülh sazişinin mətnini paraflayacaqmı?

- Paraflama siyasi deyil, texniki prosedurdur. Onun siyasi əhəmiyyəti o zaman yaranır ki, bu, hansısa beynəlxalq müşahidəçilərə, hazırkı mərhələdə ABŞ Prezidentinə bir mesaj olur. Yəni sənəd imzalanmaq üçün hazırdır. Görürsünüz ki, Donald Tramp bu mövzu ilə bağlı iki dəfə açıqlama verib. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında paraflama olunmuş sənəddən danışılması bunun mümkün olduğunu göstərir.

- Tramp bir növ nəticədən danışır və sülhə nail olduqlarını deyir...

- Əslində, bu sənədin mahiyyəti çərçivə sazişidir. Bu baxımdan, münaqişənin tam həlli danışıqların gedişindən asılıdır. Yəni sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalı, kommunikasiyaların açılması, Azərbaycana dəymiş ziyana görə təzminatın ödənilməsi, siyasi və hüquqi məsuliyyət mövzusu həllini gözləyir.

- Deməli, söhbət yekun deyil, çərçivə sülh sazişindən gedir....

- Bu, yekun sülh sazişi deyil, çərçivə sənədidir. Delimitasiya və demarkasiya prosesi illərlə davam edə bilər. Amma bu, sülh prosesinin bir hissəsidir. Yaxud təzminat məsələsi və s. Onlara aid danışıqlar aparılacaq. Bütün bunlar yekun bir sənəddə də öz əksini tapa bilər, müxtəlif treklər üzrə də baş verə bilər. Bu texnologiyadır.

- ABŞ sanki nəticə əldə etməyə tələsir. Siz isə deyirsiniz ki, görüləcək işlər çoxdur. Çərçivə sülh sazişinin imzalanması ilə prosesi yekunlaşmış hesab etmək olarmı?

- Yaxın Şərqdə Oslo prosesi var. Əvvəllər deyirdilər ki, sülhə nail olunub. “Oslo-1” və “Oslo-2” sazişləri var. Amma vəziyyət göz qabağaındadır. Söhbət ondan gedir ki, münaqişədə olan iki ölkə arasında ilk dəfə olaraq sənəd imzalanacaq. Bu, böyük bir siyasi hadisədir. Ona müxtəlif adlar vermək olar. Lakin münaqişənin həlli prosesi davam edəcək. Bu məqsədlə bir sənəd də qəbul oluna bilər bilər, bir neçə sənəd də.

- Azərbaycan Prezidenti bəyan edib ki, onlar, yəni Ermənistan öz ev tapşırıqlarını yerinə yetirməlidir. Ev tapşırıqları nədən ibarətdir?

- Əgər razılaşmalar varsa, hər bir tərəf öz ev tapşırığını yerinə yetirməlidir. Bu, diplomatik ifadədir və prosesi ləngidən tərəfin məsuliyyətini müəyyən edir. Hamı başa düşür ki, Ermənistan nə etməlidir. Məsələn, Tramp başa düşür ki, kimin hansı ev tapşırırğı varsa, onu icra edəcək. Yaxud sənəd hazır olanda, imzalana bilər. Bu prosesdə Trampın da iştirak etmək istəyi açıq görünür.

- Əgər Rusiya buna mane olmasa...

- Tarixə baxsaq, görərik ki, sülhə kimsə həmişə mane olur. Rusiya da, Fransa da sülhə əngəl olmaq istəyib. Amma biz davam etməli və dövlətçiliyi gücləndirməliyik. Çünki xaricdən təsir mexanizmləri azaldıqca, dövlətçilik möhkəmlənir.

- Prezident İlham Əliyev bildirib ki, separatçılığın tabutunun üzərini dəmir betonla qapadacaq sənədlər sülhə zəmanət olmalıdır. Sizcə, söhbət hansı sənədlərdən gedir?

- Ermənistanla açıq şəkildə gedən müzakirələr həmin o “tabut” məsələsinin tərkib hissəsidir. Çünki ermənilərin dövlətçiliyinin bərpası Qarabağ məsələsindən başlayıb. Onların ideoloji sütununu Azərbaycana qarşı ərazi iddiaları təşkil edir. Onların ideologiyası dəyişməlidir. Ona görə biz Ermənistan konstitusiyasından danışırıq. İşğalın müxtəlif formaları- hərbi, hüquqi, iqtisadi işğal var.

Biz hərbi işğalın nəticələrini aradan qaldırmışıq. Hüquqi baxımdan konstitusiyanı və qanunvericiliyi dəyişməyi tələb edirik. Bu da geniş siyasi proses şəklində-referendum yolu ilə olmalıdır. İndi biz baxaq görək erməni cəmiyyəti “Miatsum” ideologiyasını səhv kimi qəbul edəcək, yoxsa yox? Bizə ictimai müzakirə lazımdır.

- Zəngəzur dəhlizinin icarə əsasında açılması məsələsi gündəmə gəlib. Siz Cənubi Qafqaz Dəmir Yollarının Azərbaycanın mülkiyyətində olduğunu sübut etmisiniz. Ermənistan isə 2007-ci ildə bu dəmir yolu şəbəkəsini Rusiyanın konsessiyasına verib. İndi isə ABŞ Zəngəzur dəhlizini 100 il müddətinə autsorsinq prinsipi əsasında icarəyə götürmək istəyir. Yəni burada müxtəlif mülkiyyətçilər və icarədarların olması dəhlizin açılmasını çətinləşdirə bilərmi?

- Azərbaycan Zəngəzur dəhlizinin vacibliyi məsələsini beynəlxalq səviyyəyə çıxara bilib. Əgər Ağ Evin Oval kabinetində bu məsələ müzakirə olunursa, deməli, böyük irəliləyiş əldə olunub. Azərbaycanın maraqları nəzərə alınmadan onun həlli mümkün deyil.

Ermənistan deyə bilər ki, məsələyə son qoyulub. Amma belə məlum olur ki, məsələ öz həllini tapmalıdır. Ona görə də indi baş verənləri biz proses kimi qəbul etməliyik. Artıq birinci uğurlu addım baş verib. Bir ölkənin iki hissəsi arasında əlaqənin qurulmasının vacibliyini hamı başa düşür. Dövlətin iki hissəsi arasında eksterrirtorial bağlantı olmalıdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru