ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                 

Sülhün zamanı çatıb: İrəvan məkrlə inad etsə də... - İNCƏLƏMƏ
Tarix: 21-04-2025, 09:53 | Çap et
Sülhün zamanı çatıb: İrəvan məkrlə inad etsə də...
Qarabağ münaqişəsi otuz ildən artıq bir müddətdə Cənubi Qafqazın siyasi coğrafiyasını sarsıdan, təkcə iki xalqın yox, bütün regionun gələcəyini girov saxlayan sağalmayan sanılan yara idi.

Onun tarixi Sovet İttifaqının dağılmaqda olduğu dönəmdə alovlanan erməni etnik millətçiliyin, şovinizminin və irqçiliyinin, imperiya mərkəzinin zəiflədiyi anda yaranan boşluqların nəticəsidir. 1988-ci ildə başlayan qarşıdurmalar 1994-cü ildə atəşkəslə güya dayandı, lakin nəticədə Azərbaycan yalnız Qarabağı deyil, ətrafındakı yeddi rayonu da - yəni öz beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini - itirmiş oldu. Ermənistan tərəfi "hami"lərinin birbaşa dəstəyi nəticəsində hərbi üstünlüyü ələ keçirdikdən sonra status-kvonu qeyri-legitim yollarla qorumağa, “əbədi işğal” ümidini formal diplomatik səhnəciklərlə pərdələməyə çalışdı. ATƏT-in Minsk Qrupu bu illər ərzində bir vasitəçilik institutu kimi yox, daha çox protokol teatrına çevrildi - nəticəsiz, zəif və ədalətdən uzaq bir məzhəkəyə.

Bu dövr ərzində Azərbaycan ordusunu yenidən qurmağa başladı, iqtisadiyyatını möhkəmləndirdi, ordusunu modernləşdirdi və nəhayət, 2020-ci ildə 44 günlük müharibə ilə tarixi ədaləti bərpa etdi. Bu zəfər təkcə hərbi əməliyyatların nəticəsi deyildi - möhtəşəm və tarixi qələbə uzun illər ərzində yığılıb formalaşan siyasi iradənin, strateji səbir və milli dirənişin nəticəsi idi.

Bəlli - müharibə hədəf yox, vasitədir. Əsl dövlətçilik qarşı tərəfi danışıqlar masasına əyləşdirdikdən sonra başlayır. Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparmaqla yanaşı, bu münaqişəni hüquqi, diplomatik və institusional şəkildə əbədi olaraq qapatmaq kimi daha böyük və dərin bir çağırışla üz-üzədir.

Niyə məhz Azərbaycan sülhü ən çox istəyən tərəfdir? Bu suala cavab sadədir, lakin çoxşaxəlidir.

Rəsmi Bakının mövqeyi prinsipialdır: ədalət artıq bərpa olunub, ərazi bütövlüyü beynəlxalq ictimaiyyət - Avropa İttifaqı, ABŞ, Çin, Türkiyə və hətta zahiri ritorika səviyyəsində olsa belə, Rusiya tərəfindən tanınıb. Ancaq reallığın beynəlxalq hüquq müstəvisində bağlanması üçün hüquqi sənəd - yəni sülh sazişi - yoxdur. Belə olan halda, münaqişə formal olaraq açıq qalır.

Bu, şahmatda şah mat qoyulmadan üstün mövqedə qalmağa bənzəyir - təzyiq vasitəsi olaraq qalır, amma hüquqi qapanış yoxdur. Ermənistan isə sülh sazişindən yayınmaqla bu qeyri-müəyyənlikdən siyasi və psixoloji manevr vasitəsi kimi istifadə edir.

Sülh sazişi olmadan Azərbaycan bir çox strateji layihələri tam həcmdə reallaşdıra bilmir. Zəngəzur dəhlizinin açılması, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inteqrasiyası, Şərq-Qərb infrastrukturunun genişlənməsi - bütün məzkur təşəbbüslər qeyri-müəyyən siyasi fon səbəbilə potensiallarını tam açmır. Belə kontekstdə sülh sazişi yalnız ideoloji və ya diplomatik sənəd deyil, həm də aşağıdakı dörd sahədə mühüm zərurət kimi çıxış edir:

Birincisi - təhlükəsizlik. Sülh sazişi Ermənistan cəmiyyətində revanşizmin ritorikasına qarşı sipər ola bilər. Bu, sərhədlərin demarkasiyası üçün hüquqi əsas yaradacaq və Tavuşda, Laçında müşahidə edilən gərginlikləri aradan qaldıra biləcək sabitlik zəmini formalaşdıracaq. Eyni zamanda, sənəd gələcəkdə üçüncü dövlətlərin - xüsusilə də geosiyasi maraqları Ermənistanın illüziyalı iddialarına uyğun gələn ölkələrin - həmin iddiaları legitimləşdirməsinin qarşısını alacaq bir sığorta rolunu oynayacaq.

İkincisi - iqtisadiyyat. Yalnız sabitlik və sülh şəraitində real infrastruktur layihələri gerçəkləşə bilər. Zəngəzur dəhlizi vasitəsilə multimodal nəqliyyat şəbəkəsinin qurulması, Qarabağda kənd təsərrüfatı, turizm və sənaye sahələrinin inkişafı, beynəlxalq investisiyaların cəlbi - bütün bunlar yalnız hüquqi və siyasi sabitlik şəraitində baş verə bilər. Heç bir investor sabahı bəlli olmayan, sabitliyin zəif olduğu, atəşkəsin pozulma riski yüksək olan ərazilərə sərmayə qoymaz.

Üçüncüsü - regional sabitlik. Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında körpü olma potensialı realdır. Lakin bu yalnız xəyal olaraq qalır, əgər bölgədə davamlı sülh və inteqrasiya olmayacaqsa. Azərbaycan bu körpünün əsas dayağı, əsas aktoru olmaq istəyir. Lakin bu liderlik statusu yalnız sabitlik və qarşılıqlı razılaşma ilə mümkündür.

Dördüncüsü - beynəlxalq imic. Sülh sazişinin imzalanması Azərbaycanın diplomatik uğur hekayəsinə çevrilə bilər. Bu, ölkənin konstruktiv, yetkin və məsuliyyətli aktor kimi təqdimatına töhfə verər. Dünya miqyasında münaqişələrin, müharibələrin, böhranların artdığı bir dönəmdə Azərbaycan uğurlu deokkupasiya, reinteqrasiya, bərpa və sülh modeli təklif edə bilər - bu isə nadir və dəyərli təcrübədir.

Nəticə etibarilə, sülh sazişi tarixi zərurətdir, geosiyasi reallıqdır və strateji seçimdir. Bu sənəd təkcə iki ölkənin münasibətlərinin qapanması deyil, regionun gələcək nizamının formalaşmasıdır. Azərbaycan artıq addım atıb. İndi zaman, iradə və cəsarət tələb olunur ki, bu prosesi hüquqi çərçivəyə salmaqla tarixə nəhayət bir nöqtə qoyulsun.

Bəs sülhün tərəfində və ya əleyhinə oynayanlar kimlərdir, onlar niyə belə edirlər?

Türkiyə - Azərbaycanın əsas strateji müttəfiqi - ardıcıl olaraq sülh prosesini dəstəkləyir. Ankara üçün Zəngəzur dəhlizi Türkiyə ilə türk dünyası arasında bağlayıcı bir halqadır. NATO üzvü və Avrasiya platformalarına maraqlı olan Türkiyə üçün sülh - hərbi müdaxiləyə ehtiyac duymadan təsir imkanlarını genişləndirmək deməkdir.

Rusiya - ikili oyun aparır. Bir tərəfdən, 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, formaca normallaşma prosesini dəstəkləyir. Digər tərəfdən, “zəmanətçi” və “sülhməramlı” statusunu qorumaqda maraqlıdır - bu isə həm Ermənistan, həm də Azərbaycan üzərində təsir rıçaqlarının saxlanılması deməkdir. Sülh sazişinin Brüssel və ya Vaşinqton vasitəçiliyi ilə imzalanması Kremlə sərf etmir - çünki bu, onun təsir alətlərinin itirilməsi deməkdir.

İran - Zəngəzur dəhlizinə qarşı ilk andan sərt mövqe tutdu, pantürkizmin güclənməsindən və tranzit imkanlarının azalmasından ehtiyat edirdi. Amma son aylar Tehranın ritorikası yumşalıb - o başa düşür ki, sülh sazişi onun maraqlarına zidd deyil, xüsusən də sərhədlər Ermənistanın formal suverenliyi daxilində qalacağı təqdirdə. Amma İran hələ də “nəzarət olunan gərginlik”də maraqlıdır - bu, Tehran geosiyasətinin ənənəvi strategiyasıdır.

Aİ və ABŞ - bəyanatlarda sülh tərəfdarıdırlar, əməldə isə təsir uğrunda yarışırlar. Brüssel sülh prosesinə fəal cəlb olunub (Brüsseldə danışıqlar, Kişinyovda görüş və s.), lakin onun rolu çox zaman birtərəfli rəğbətlə müşayiət olunur. Bununla belə, Qərb anlayır: Cənubi Qafqazda sülh olmadan Xəzərdən Avropaya sabit enerji dəhlizi mümkün deyil. Bu sabitliyin açarı isə Azərbaycandır.

Çin - səssiz, amma diqqətli müşahidəçidir. O, dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir, C+C5 formatı vasitəsilə fəaliyyət göstərir və Cənubi Qafqazın İpək Yolu üzərində yeni bir münaqişə mənbəyinə çevrilməməsində maraqlıdır. Pekin sabitliyi və proqnozlaşdırıla bilənliyi təmin edən istənilən formata dəstək verəcək.

Beləliklə, Azərbaycan üçün sülh - keçmişlə haqq-hesab çəkmək yox, gələcəyi qurmaqdır. Bu, təkcə regional deyil, həm də qlobal geosiyasi məsələdir. Saziş imzalanmalıdır. Gec deyil. Amma daha gec olmamalıdır.

İki yol, iki ssenari var, yəni imzalanmış saziş və təxirə salınmış münaqişə.

Birinci ssenari - 2025-ci ildə sülh sazişinin imzalanması - real hüquqi nəticələr doğurur: Ermənistan Qarabağa dair bütün iddialarından rəsmi şəkildə və qəti olaraq əl çəkir. Sərhədlərin demarkasiyası aparılır, diplomatik nümayəndəliklər açılır, Zəngəzur üzərindən dəmir yolu işləməyə başlayır, sərhədyanı əməkdaşlığı təmin edəcək birgə komissiyalar fəaliyyətə başlayır. Azərbaycan beynəlxalq sabitliyin təminatçısı kimi tanınır, Şərqi Zəngəzura və Qarabağa iri həcmdə investisiyalar cəlb edilir, Türkiyə, Gürcüstan, Mərkəzi Asiya və hətta Avropa ilə əlaqələr güclənir. Bütün bölgə nəqliyyat və enerji mərkəzinə çevrilir, Bakı isə Brüsseldən Astanaya qədər uzanan coğrafiyada etibar olunan sülh memarı statusu qazanır.

Eyni zamanda bu, İrəvan üçün də çıxılmaz geosiyasi tuneldən bir çıxış imkanı deməkdir. İrəvan nəhayət öz iqtisadi inkişafını “qurban” imici üzərindən deyil, regiondakı real geosiyasi imkanlar əsasında qurmağa başlayır. İran, Rusiya və Qərb arasında tranzit mərkəzinə çevrilmək şansı yaranır. Ən önəmlisi isə, Ermənistan uzun illər ərzində həm xarici, həm də daxili siyasətini iflic vəziyyətinə salmış Qarabağ tələsindən xilas olur.

Əgər bu saziş imzalanmasa - ikinci ssenari baş verir: təxirə salınma, təxribatlar və xaos. Münaqişə 1994-cü ildə olduğu kimi konservləşdirilir. Ermənistan qeyri-müəyyənlik bataqlığında çabalamağa davam edir, radikal diasporanın arxasında gizlənən revanşist dairələr ölkə daxilində gərginliyi qızışdırır. Sərhəddə atəşkəsin pozulması adi hala çevrilir. Rusiya öz hərbi mövcudluğunu saxlayır və bu varlıqdan İrəvana təzyiq vasitəsi kimi istifadə edir. Avropa İttifaqı və ABŞ isə Ermənistan kartını Azərbaycana qarşı siyasi təsir aləti kimi işə salır.

Ermənistanın daxilində isə siyasi böhran dərinləşir. Sülh tərəfdarları marjinal qruplara çevrilir, küçələrdə narazılıq artır, iqtisadi zəiflik daha da dərinləşir. Azərbaycanda isə bu qeyri-müəyyənlik yeni təhlükəsizlik çağırışları yaradır: yüksək səviyyəli səfərbərlik zərurəti, Qarabağın yenidən qurulmasında gecikmələr, hərbi risklər səbəbindən investisiya tempinin azalması, təhlükəsizlik xərclərinin artması və artan geosiyasi təzyiqlər. Nəticədə, yeni bir müharibə labüd görünür - və bu dəfə o, 2020-ci il müharibəsindən də daha sərt və dağıdıcı ola bilər.

Tələlər, risklər və onlardan çıxış yolları aydındır.

Birinci tələ - Ermənistan revanşizmi və diasporasıdır. Sülh ideyasına qarşı müqavimət yalnız İrəvandan deyil, həm də Los-Ancelesdən, Parisdən, Marseldən və Moskvadan gəlir. Onilliklərdir miflərlə yaşayan erməni diasporası yeni reallığı qəbul etməyə hazır deyil. Bu vəziyyətdə Azərbaycan “əbədi qurban” mifini dağıtmaq üçün çoxşaxəli və ardıcıl informasiya kampaniyası aparmalıdır - beynəlxalq hüquqa söykənərək, diplomatik platformalarda, emosional və tarixi yaddaşa toxunan tərzdə, təsvirlərlə zəngin və insanlara toxunan üslubda danışaraq, xüsusilə də erməni diasporasının güclü olduğu ölkələrin ictimai rəyinə təsir etməlidir.

İkinci risk - üçüncü ölkələrin təzyiqləridir. Sazişin imzalanmasından narahat olanlar, əsasən, bu bölgədə təsir imkanlarını itirməkdə olanlardır - Rusiya, İran elitasının bəzi dairələri, Fransa. Bu təzyiqlərə qarşı yalnız çoxsəviyyəli və çevik diplomatiya vasitəsilə cavab vermək mümkündür. Yeni formatlar - məsələn, “3+3” platforması - yaradılmalı, Türkiyə ilə strateji ittifaq möhkəmləndirilməli, Çin və Fars körfəzi ölkələri ilə dialoq genişləndirilməlidir.

Üçüncü təhlükə - Ermənistandakı daxili qeyri-sabitlikdir. Paşinyan nə qədər populist ritorikaya əl atsın da, imza atmaqdan çəkinir - çünki bu, ölkədə genişmiqyaslı etiraz dalğasına səbəb ola bilər. Azərbaycan isə səbirli və ardıcıl davranmalı, göstərməlidir ki, sülh Ermənistan üçün kapitulyasiya deyil - real və yeganə çıxış yoludur. Ermənistanın vətəndaş cəmiyyəti ilə işləmək, yerli media ilə dialoqa girmək, müharibədən və qeyri-müəyyənlikdən yorulmuş erməni cəmiyyəti ilə ünsiyyət qurmaq zəruridir.

Və nəhayət, sülh paradoksu: Azərbaycan nə qədər güclüdürsə, bölgədə sülh bir o qədər dayanıqlı olur. Çünki sülh zəifliklə deyil, güclə əldə olunur. Zəiflik yalnız münaqişəni dondurur, onu aradan qaldırmır. Azərbaycan bu paradoksu dərindən anlayır və bu fərq onu regional aktordan strateji oyunçuyadək yüksəldir. Yalnız güclü ordu, prinsipial siyasi iradə, davamlı iqtisadi sistem və beynəlxalq hüquqi subyektlik vasitəsilə sülhü təkcə özün üçün yox, qarşı tərəf üçün də prioritetə çevirmək mümkündür.

2020-ci ildən bəri Bakı ardıcıl və ağıllı strategiya həyata keçirir. Laçın və Ağdamı döyüşsüz geri alır, Xankəndidəki separatçı rejimi genişmiqyaslı hərbi əməliyyatlar olmadan ləğv edir, Tovuz rayonundakı Qazax kəndlərini bir güllə belə atmadan azad edir. Bu - gücün yeni modelidir: sadəcə hərbi güc yox, diplomatik, mənəvi və sivilizasiya gücünün sintezi. Bu yanaşma Qərb üçün də gözlənilməz oldu. Avropada hələ də “erməni - qurban” narrativində düşünənlər az deyil. Amma getdikcə daha çox analitik - istər International Crisis Group, istərsə də Carnegie Europe - etiraf edir: Azərbaycan qaydaları pozmur, əksinə onları təklif edir. Həm də beynəlxalq hüquq çərçivəsində - imperiya ambisiyaları deyil, real və legitim hüquqi nizam üzərində qurulmuş qaydaları.

Ermənistanın qarşısında tarixdə nadir rast gəlinən bir fürsət dayanır. Bəli, paradoksaldır: Azərbaycanla sülh imzalamaqla İrəvan formal olaraq Qarabağ arzularına nöqtə qoyur, lakin əvəzində normallaşmaya, suverenliyə və inkişaf yoluna qapı açır. Bu gün Ermənistan öz diasporasının, köhnə miflərin və geopolitik illüziyaların girovuna çevrilib. Moskva ona ümidsizlik, Paris ümid, Tehran isə ehtiyatla yanaşır. Amma yalnız Bakı bu ölkəyə keçmişin əsiri olmaqdan xilas olmaq imkanı verə bilər.

Azərbaycanla bağlanacaq sülh İrəvana imkan yaradacaq ki:

Blokadadan çıxsın - kommunikasiya xətlərini açsın, şərq bazarlarına çıxsın və Rusiyadan asılılıqdan xilas olsun.
Suverenliyini möhkəmləndirsin - Rusiya qoşunlarının və KTMT-nin ölkəni tərk etməsi ilə, diplomatik fəaliyyətin müstəqil şəkildə genişlənməsi ilə.

Münaqişəni institut kimi gündəlikdən çıxarsın - çünki bu gün Qarabağ məsələsi Ermənistan daxilində manipulyasiya, siyasi alver və ictimai səfərbərlik vasitəsidir.

Ən vacibi isə budur: sülh sevgi tələb etmir. O, ayıqlıq tələb edir. Ayıqlıq isə kapitulyasiya deyil - yetkinlikdir.

Təsəvvür edin: 2035-ci ildir. Cənubi Qafqaz vahid logistik şəbəkə ilə birləşib. Zəngəzur üzərindən Xəzərdən Avropaya qatarlar işləyir. Azərbaycan enerji və tranzit mərkəzidir, Ermənistan xidmət platforması və turizm incisinə çevrilib, Gürcüstan isə maliyyə qovşağıdır. Hərbi gərginlik sıfıra endirilib. Sülhməramlılar muzeylərdədir. Sərhədçilər arxivlərə köçürülüb. Diaspora isə plakatlarla küçələrdə yox, universitet auditoriyalarındadır. Qarabağ dağıntıların yox, yenidənqurmanın mərkəzidir.

Bunlar fantastikadır? Ola bilər. Amma reallıq düşündüyümüzdən daha yaxındadır. Bunun üçün yalnız bir addım kifayətdir. Bir sənəd. Bir imza.

... Tarix bəzən insana bir fürsət verir - nəfəs qədər qısa və dəyərli. Bu gün o, belə deyir: “Sülhü imzalayın. İndi. Əks halda sabah yenidən silahlar danışacaq”.

Azərbaycan üzərinə düşəni artıq edib - gücü ilə, ağılı ilə, strategiyası ilə. İndi qalır qələbəni sülhə çevirmək. Bu, Ermənistan üçün deyil - öz övladlarımız, regionun gələcəyi, bir də heç bir Qarabağlı uşağın “siper” sözünü eşitməməsi üçün lazımdır.

Siyasətçilər gəlir və gedir. Amma sülh sazişi altındakı imza qalıcıdır. Bu, sadəcə hüquqi akt deyil. Bu, yeni bir dövrün başlanğıcı olacaq.

Biz qlobal təlatümlərin içində yaşayırıq - Avropada müharibə, Yaxın Şərqdə eskalasiya, kibermünaqişələr, iqlim fəlakətləri... Bu fonda Cənubi Qafqaz fərqlənə bilər. Növbəti “gərginlik nöqtəsi” yox, uğur tarixçəsinə çevrilə bilər. Azərbaycan bu imkanı gerçəkləşdirmək üçün əlindən gələni edib: torpağını qoruyub, sülh təklif edib, diplomatiyanın nəbzini daima yoxlayır.

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi nə güzəşt, nə də tarixlə barışdır. Bu, gələcəyə çağırışdır: biz dağıdan deyil, quran nəsil olmağa hazırıqmı?

Cavab verməyin vaxtıdır.

Sülh imzalamağın vaxtıdır.

Elçin Alıoğlu - Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Bu gün, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Bu gün, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Bu gün, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Bu gün, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Bu gün, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Bu gün, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bu gün, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Bu gün, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru