İsrailin Baş Qərargah rəisi ABŞ-yə səfər etdi .....                     Akif Nağı Səidə Bəkirqızını SÖYDÜ .....                     Müharibə nə bizim, nə də onların maraqlarına uyğundur .....                     “Kaş Allah mənə başqa xəstəlik verərdi, amma gözlərimi kor etməzdi, yaşamaq istəmirəm” .....                     2 eralıq keçmişə ÖGEY MÜNASİBƏT... .....                     “Baku Electronics”in Bakıda daha 3 mağazası BAĞLANDI .....                     ABŞ-ın İrana qarşı istənilən təcavüzü regional münaqişəyə çevriləcək .....                     Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb .....                     Regional idarəetmə ləğv olunmazsa... .....                     "Evləndim, övladı olmadı, mənə xəstəlik keçdi..." .....                     Sabunçuda küçələr su altında .....                     İrəvanda taksidə qalmaqal: azərbaycanlı sandığı sürücü türkmən çıxdı .....                     "Azəriqaz"ın "gücləndirilmiş iş rejimi"ndən NARAZILIQ .....                     Gəncədə “Borçalı Nadir”in oğlu hoqqabazlıq edir... .....                     Daha bir ÖZBAŞINA HƏKİM camaatı kəsib-doğrayır... .....                     Dövlət büdcəsinə qənim kəsilən daha bir TENDERBAZ .....                     "Məni Ağdamda çox sevirlər..." .....                     "Son otuz beş ildə AYB adımı birinci dəfə siyahıya saldı, o da tutdurmaq üçün..." .....                     Paşinyan “özümüz edəcəyik” dedi, Zaxarova CAVAB verdi .....                     İlham Əliyev Pezeşkiana niyə zəng etdi? .....                     Rusiya Ukraynada NATO qoşunlarının yerləşdirilməsinə qarşıdır .....                     Başçıdan sonra 3 şöbə müdiri də işini itirdi .....                     Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır .....                     Azərbaycanlı avtoritetlərin lideri ilə bağlı .....                     Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir .....                     İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ .....                     Türkiyədə “servis haqqı” ləğv edildi, .....                     Köçəryan bu dəfə Ermənistanı Rusiyaya birdəfəlik satmaq istəyir .....                     Vahid Naxış Mirşahinin ANS-lə bağlı açıqlamasına .....                     İran hadisələrin istənilən inkişaf variantına hazırdır .....                     Ukrayna, Rusiya və dünya: 2026-cı il üçün koordinat sistemi .....                     Rusiyadan növbəti SƏRT ADDIM .....                     ABŞ-nin hərbi təyyarəsi və PUA-sı İran ətrafında uçuş həyata keçirir .....                     Lavrov Azərbaycanla bağlı nə dedi... .....                     Rusiya hiddətlənib, Azərbaycanla yeni müharibə istəyir .....                     "Azərpambıq" son bir ildə ixracdan 17,2 milyon dollar itirib .....                     Vensin səfəri ilə bağlı yeni iddia .....                     Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş .....                     Ermənistanda seçkiöncəsi GƏRGİNLİK .....                     İşdən çıxarılan icra başçısını kim əvəz edir? .....                 

"Kənd uşaqları təcrübə dövşanıdır?” - Etirazlara ekspertin özündən CAVAB
Tarix: 26-03-2025, 06:43 | Çap et
"Kənd uşaqları təcrübə dövşanıdır?”
Son illər ölkədə təşkil olunan sertifikasiya imtahanında bir sıra müəllimlər tələb olunan balı toplaya bilmədiyi işinə xitam verilib.

Onların arasında uzun illərdir ki, müəllim kimi çalışanlar da var. Bugünlərdə isə təhsil eksperti Kamran Əsədov bu sahədə yeni bir fikirlə çıxış edərək həm onların işsiz qalmaması, həm də regionlarda müəllim çatışmazlığı olan məktəblərdə mövcud problemin aradan qaldırılması üçün təkliflə çıxış edib. Ekspert qeyd edib ki, sertifikasiyada az bal toplayanlar müəllim çatışmazlığı olan məktəblərə göndərilsə daha yaxşı olar. Lakin ekspertin bu təklifi heç də birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə belə bir ifadə ilə də çıxış ediblər ki, kənd uşaqları “sınaq dovşanı” deyil.

Məsələyə elə ekspertin özünün aydınlıq gətirməsini istədik.

Təhsil üzrə ekspert Kamran Əsədov "Cebheinfo.az"-a bildirib ki, hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmazlığı ciddi problemdir:

"Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə isə ümumiyyətlə, müəllim tapılmır.

Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər – Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə, müəllim problemi yaşanır.

Bu, təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir. Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir, lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Uzun illər pedaqoji təcrübəyə malik olan, şagirdlərlə düzgün ünsiyyət quran, valideyn və kollektivlə sağlam əməkdaşlıq qura bilən müəllimlər yalnız test nəticələrinə əsaslanaraq dəyərləndirilə bilməz. Onların praktiki təcrübəsi, sinif idarəetməsi bacarıqları, şagirdlər üzərindəki təsiri və digər insani-pedaqoji keyfiyyətləri də nəzərə alınmalıdır.

Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər.

Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır. Beləliklə, iki əsas məqsədə çatmaq olar: həm regionlarda müəllim çatışmazlığının qarşısı alınar, həm də aşağı nəticə göstərən müəllimlər üçün öz üzərində işləmək imkanı yaradılar. Bu proses paralel olaraq təlim, metodik dəstək, mentorluq və qiymətləndirmə ilə müşayiət edilməlidir. Müəllimlər bu mərhələdə həm metodiki, həm də psixoloji baxımdan dəstəklənməlidir. Onlara yalnız çatışmazlıqlarını göstərmək deyil, bu çatışmazlıqları necə aradan qaldırmağın yolları da öyrədilməlidir".

Ekspert deyir ki, sosial şəbəkələrdə səsləndirilən “Kənd uşaqları sınaq dovşanıdırmı?” sualı emosional reaksiya olmaqla yanaşı, mövzunun mahiyyətini təhrif edir:

"Əslində, kənd uşaqları bu gün heç bir müəllimlə qarşılaşmadan böyümək təhlükəsi ilə üz-üzədir. Boş sinifdə dərs keçilməməsi, ixtisası olmayan şəxslərin bu fənlərə cəlb olunması daha ciddi problemdir. Əgər bir müəllim riyaziyyatdan 38 bal toplayıbsa, bu, o demək deyil ki, onun riyaziyyatdan, ümumiyyətlə, məlumatı yoxdur.

Onun pedaqoji təcrübəsi və baza bilikləri ilə ən azı boş dərsi doldura biləcək potensialı var. Əlavə olaraq bu müəllimə təlim də verilsə, o zaman həm kənd uşağı təhsilsiz qalmaz, həm də müəllim yenidən sistemi tərk etmədən inkişaf yolu tapar. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu hüququ təmin etmək üçün dövlət şəbəkəsindəki bütün məktəblərin fəaliyyətinə nəzarət etməli və müəllimlə təminat məsələsini prioritet tutmalıdır. Əmək Məcəlləsinə əsasən də işəgötürənin vəzifələrindən biri işçinin ixtisasının artırılması və onun bilik və bacarıqlarının yüksəldilməsidir. Sertifikasiya imtahanında zəif nəticə göstərmiş müəllimi təkmilləşdirərək sistemdə saxlamaq və onu vakant yerə yönləndirmək bu hüquqi çərçivəyə tam uyğundur. Dövlət müəllimi sistemdən uzaqlaşdırmaq əvəzinə ona şans verməklə sosial sabitliyi də qoruyur".

Ekspert qeyd edib ki, dünya təcrübəsinə əsasən bir çox inkişaf etmiş ölkələrdə bu cür hallarda müəllimlərin sistemdən uzaqlaşdırılması əvəzinə, onların dəstəklənməsi siyasəti həyata keçirilir:

"Məsələn, Sinqapur, Estoniya, Latviya və Cənubi Koreyada zəif nəticə göstərmiş müəllimlər daha çox ehtiyac olan məktəblərə göndərilir. Onlara əlavə təlimlər, mentor dəstəyi və fəaliyyət planı təqdim olunur. Bu sistem çərçivəsində müəllim 6 ay və ya 1 il ərzində dəstəklənir, sonra yenidən qiymətləndirilir və davam edib-etməyəcəyi barədə qərar verilir. Bu yanaşma həm təhsil sisteminin keyfiyyətini qoruyur, həm də müəllimlərin potensialından maksimum istifadəyə imkan verir.

Məsələ təkcə bir imtahanın nəticəsinə əsaslanaraq qərar vermək deyil. Təhsil siyasətində məqsəd cəza deyil, inkişaf olmalıdır. Müəllim sistemin əsas aparıcı qüvvəsidir. Onun zəif tərəflərini inkişafla gücləndirmək, təhsilin dayanıqlı və ədalətli inkişafı üçün yeganə yoldur. Həmçinin bu yanaşma insan kapitalının qorunması və səmərəli istifadəsi baxımından da strateji əhəmiyyət daşıyır. Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir. Bu fürsəti düzgün və məsuliyyətlə təşkil etsək, nə kənd uşaqları, nə də təhsil sistemi itirər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin Baş Qərargah rəisi ABŞ-yə səfər etdi
Dünən, 17:00
Akif Nağı Səidə Bəkirqızını SÖYDÜ - “Səidə adında bir erməni...”
Dünən, 16:58
Müharibə nə bizim, nə də onların maraqlarına uyğundur - Pezeşkian
Dünən, 14:06
“Kaş Allah mənə başqa xəstəlik verərdi, amma gözlərimi kor etməzdi, yaşamaq istəmirəm” - xalq artistindən üzücü XƏBƏR
Dünən, 13:58
2 eralıq keçmişə ÖGEY MÜNASİBƏT... - NARAZILIQ VAR...
Dünən, 13:55
“Baku Electronics”in Bakıda daha 3 mağazası BAĞLANDI - Qərar veriblər ki...
Dünən, 13:51
ABŞ-ın İrana qarşı istənilən təcavüzü regional münaqişəyə çevriləcək - Xamenei
Dünən, 13:37
Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb
Dünən, 12:59
Regional idarəetmə ləğv olunmazsa... - MÜRACİƏT
Dünən, 12:58
"Evləndim, övladı olmadı, mənə xəstəlik keçdi..."
Dünən, 12:43
Sabunçuda küçələr su altında - İnsanlar boruların üstü ilə gedir
Dünən, 12:40
İrəvanda taksidə qalmaqal: azərbaycanlı sandığı sürücü türkmən çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:36
"Azəriqaz"ın "gücləndirilmiş iş rejimi"ndən NARAZILIQ - Qobu qəsəbəsi 16 saatdır qazsız qalıb
Dünən, 11:32
Gəncədə “Borçalı Nadir”in oğlu hoqqabazlıq edir... - AXI NİYƏ?..
Dünən, 11:08
Daha bir ÖZBAŞINA HƏKİM camaatı kəsib-doğrayır... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 11:01
Dövlət büdcəsinə qənim kəsilən daha bir TENDERBAZ - ARAŞDIRMA
Dünən, 10:56
"Məni Ağdamda çox sevirlər..."
Dünən, 10:49
"Son otuz beş ildə AYB adımı birinci dəfə siyahıya saldı, o da tutdurmaq üçün..." - Aqşin Yenisey
Dünən, 10:47
Paşinyan “özümüz edəcəyik” dedi, Zaxarova CAVAB verdi – Rusiya nəyi gözləyir?
Dünən, 10:43
İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi
Dünən, 10:39
Rusiya Ukraynada NATO qoşunlarının yerləşdirilməsinə qarşıdır - KİV
Dünən, 10:37
Başçıdan sonra 3 şöbə müdiri də işini itirdi - GƏLİŞMƏ
31-01-2026, 16:43
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır - MƏQALƏ
31-01-2026, 14:15
Azərbaycanlı avtoritetlərin lideri ilə bağlı YENİ QƏRAR
31-01-2026, 12:53
Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?
31-01-2026, 12:52
İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar
31-01-2026, 12:36
Türkiyədə “servis haqqı” ləğv edildi, Azərbaycanda müştəri hələ də “əl açır”
31-01-2026, 12:06
Köçəryan bu dəfə Ermənistanı Rusiyaya birdəfəlik satmaq istəyir - Koncoryan
31-01-2026, 12:01
Vahid Naxış Mirşahinin ANS-lə bağlı açıqlamasına belə REAKSİYA verdi
31-01-2026, 11:56
İran hadisələrin istənilən inkişaf variantına hazırdır - Əli Şamxani
31-01-2026, 11:54
Ukrayna, Rusiya və dünya: 2026-cı il üçün koordinat sistemi - AKTUAL
31-01-2026, 11:53
Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı
31-01-2026, 11:49
ABŞ-nin hərbi təyyarəsi və PUA-sı İran ətrafında uçuş həyata keçirir - TASS
31-01-2026, 11:42
Lavrov Azərbaycanla bağlı nə dedi...
31-01-2026, 11:40
Rusiya hiddətlənib, Azərbaycanla yeni müharibə istəyir - Stepanyan
31-01-2026, 11:32
"Azərpambıq" son bir ildə ixracdan 17,2 milyon dollar itirib
31-01-2026, 11:21
Vensin səfəri ilə bağlı yeni iddia - İrəvanda 1 milyard dollar...
31-01-2026, 11:05
Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...
31-01-2026, 10:53
Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?
31-01-2026, 10:50
İşdən çıxarılan icra başçısını kim əvəz edir?
31-01-2026, 10:39
1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur? - HƏQİQƏTƏN DƏ...
31-01-2026, 10:34
İrəvandan Zəngəzur açıqlaması: Gizli plan var, müharibəyə səbəb ola bilər - NƏ BAŞ VERİR?
31-01-2026, 10:27
Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING
31-01-2026, 10:23
Bakıda Xalq artistinin oğlunu döydülər: Saxlanılan var - TƏFƏRRÜAT
31-01-2026, 10:21
General Elbrus Orucovun qardaşı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman Orucov vəfat edib
31-01-2026, 10:12
KONTAKT HOME: Yenə də öz amluasında... - AXI NİYƏ?
31-01-2026, 10:11
Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
31-01-2026, 09:59
Azərbaycanda şirkətin rəhbərliyi ləğv edilir - YENİ BAŞ DİREKTOR SEÇİLƏCƏK
31-01-2026, 09:52
Çin ordusunda çevrilişə bərabər həbs – “Qırmızı knyazlar”ın nüfuzlu generalı niyə kənarlaşdırıldı?
31-01-2026, 09:45
ABŞ İsrailə 6,5 milyardlıq hərbi texnikanın satışını təsdiqlədi
31-01-2026, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru