Ermənistanın hakim dairələrində ABŞ-ın vitse-prezidenti Cey Di Vensin yaxın vaxtlarda İrəvana edəcəyi səfər fəal şəkildə müzakirə olunur. Mövcud məlumatlara görə, danışıqların gündəliyi yalnız “Tramp Marşrutu”nu (TRIPP) deyil, həm də Ermənistanda Amerika kiçik modul atom elektrik stansiyasının (KM AES) tikintisini əhatə edəcək.
Musavat.com xəbər verir ki, bu barədə ermıni teleqram səhvələrində məlumat yayılıb.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Vensin fevral ayında Ermənistan və Azərbaycana səfərini “sülh təşəbbüslərinin möhkəmləndirilməsi” və TRIPP layihəsinin Ermənistanın cənubu vasitəsilə təşviqi məqsədilə anons edib. Gözləntilərə görə, İrəvanda tərəflər birgə müəssisənin yaradılması haqqında saziş imzalayacaqlar. Bu müəssisədə səhmlərin 74 faizi Amerika tərəfinə, cəmi 26 faizi isə Ermənistan tərəfinə məxsus olacaq.
Lakin çoxsaylı mənbələr təsdiqləyir ki, Vensin səfəri çərçivəsində əsas müzakirə mövzularından biri ABŞ-ın nüvə layihəsinin Ermənistanda təşviqi olacaq. Bu layihə hazırda “Rosatom” tərəfindən istismar edilən Ermənistan AES-in alternativi kimi təqdim olunur.
Ermənistanda kiçik modul AES-in tikintisi mövzusu uzun müddətdir müzakirə olunur. Texniki və texnoloji baxımdan bu layihə “Rosatom” tərəfindən dizayn edilə və inşa edilə bilərdi. Lakin ABŞ Cənubi Qafqazdan Rusiyanı sıxışdırmağa çalışdığı üçün İrəvana öz xidmətlərini diktə edir.
Daha əvvəl də məlumat yayılmışdı ki, Ermənistan hakimiyyəti yeni AES-in tikintisi məsələsində “Rosatom”la son dərəcə qeyri-konstruktiv dialoq aparır və açıq şəkildə uzaqlaşmaq üçün bəhanə axtarır.
2024-cü ildə Ermənistan ABŞ-la “123-cü saziş”ə qoşulub. Bu saziş Amerika mülki nüvə texnologiyalarına çıxış imkanı verir. Problem ondadır ki, ABŞ faktiki olaraq işlək kiçik modul reaktor texnologiyalarına malik deyil: bu sahədəki layihələrin əksəriyyəti planlaşdırma mərhələsində uğursuzluğa düçar olub.
“Buna baxmayaraq, Vaşinqtonda və İrəvanda bu hal ciddi problem kimi qiymətləndirilmir. Çünki paralel şəkildə Ermənistanın Türkiyə və Azərbaycan enerji sistemləri ilə birləşdirilməsi prosesi gedir. Öz ucuz enerji mənbələrinin potensial itkisi “yeni tərəfdaşlar” hesabına kompensasiya edilməli hesab olunur” deyə, “Kavkazar” teleqram kanalı yazır.
Qeyd olunur ki, nüvə energetikası kimi strateji əhəmiyyətli sahəni bu işdə açıq şəkildə geridə qalmış ABŞ-a həvalə edilməsi Ermənistan üçün ciddi problemlər vəd edir.
Musavat.com yada salır ki, ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında nüvə enerjisi sahəsində əməkdaşlıq da var. Müxalifət iddia edir ki, Paşinyan hakimiyyət amerikalılı sevindirmək üçün Ermənistanda elektrik enerjisinin 40%-ni istehsal edən səmərəli işləyən AES-i alternativ enerji ilə, hələ öyrənilməmiş modul tipli atom elektrik stansiyaları, günəş panelləri və elektrik enerjisi ilə əvəz etmək istəyir.
Ekspertlərə görə, ABŞ-da kiçik modul reaktorların iki əsas növü üzərində iş aparılır: Natrium (Bill Qeyts tərəfindən startap) və Holtec-in SMR-160 (160 meqavat) təzyiqli su reaktoru. Sırf texniki səbəblərdən Natrium nə Ermənistana, nə də Orta Asiyaya çatdırıla bilər. Çünki bu sürətli reaktorda yüksək zənginləşdirilmiş urandan istifadə edir. Təzyiqli su reaktoruna(SMR-160) gəlincə, bunu İrəvanda tətbiqi mümkündür. Reaktorun özəlliyi ondan ibarətdir ki, o, “özünü tormozlayır” və təbii dövriyyədədir. Yüksək təhlükəsizlik reaktorda qəza istisna edilir və ətraf mühiti çirkləndirmir. AES-in təxmin edilən sahə tutumu isə cəmi 2-3 hektardır. Təhlükəsizliyin təmin edilməsi tikintinin mürəkkəbliyi hesabına baş verir. Reaktorun yerin altında demək olar ki, beş mərtəbəli bina hündürülyündə yerləşdirilməsi planlaşdırılır. Aydındır ki, bunun üçün külli miqdarda bahalı yeraltı tikinti işləri tələb olunacaq. Reaktorun dəyəri isə bir milyard dollar kimi qiymətləndirir.









