“9 nəfər qapımıza elçi gəlib, hələ qoymurdum. Amma anamdan-atamdan istəyə biləcəklərini düşünürdülər”.
Globalinfo.az xəbər verir ki, bunu müğənni Mənzurə Musayeva “Kanal S”ə müsahibəsində deyib.
“Seçim adamı yandırır. Həyatı başa düşmürsən, bilmirsən kiminlə ailə qurmaq lazımdır. Valideynim deyirdi, amma onların sözünə kim baxırdı? Pula pul deməyən, bərk gedən vaxtım idi. İnsan bir az ağlından istifadə etməlidir, amma o ağıl məndə olmadı. Yəni ailə seçimində”.
Müğənni qeyd edib ki, ailə seçimi düzgün olsaydı, övladsız qalmazdı:
“Mənim dərnəyim var idi, həm özüm öyrənirdim, həm də gələn uşaqlara öyrədirdim. Klubda işləyəndə bir oğlanla rastlaşdım, məndən əl çəkmədi, arxamca gəldi-getdi. Onla danışmağa başladım. Hətta məni sevən başqa bir oğlanla da dalaşmışdı. Bu adam məndən 10 yaş böyük idi. Amma çox böyük səhv etdim, həyatım onunla alt-üst oldu. Çünki evləndim, övladı olmadı, mənə xəstəlik keçdi, problemlər yaşadım. O adam məndən ayrılmaq istəmirdi, özüm ayrıldım. Həyatın dadı-duzu yox idi. Uşaq olmadığına görə qaynanam, baldızım, qaynım arvadları sorğu-sual edirdilər. Hər fürsətdə uşaq yada salırdılar, bundan bezdim, boşanmaq üçün ərizəmi yazdım. 7 il evli qaldım”.








