2025-ci ildə "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC xaricə 38,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"DİA-AZ" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, illik müqayisədə 17,2 milyon ABŞ dolları və ya 30,7% azalma deməkdir.
2024-cü ildə şirkətin ixracatı 56,1 milyon ABŞ dolları olmuşdu.









