"Nə qədər ki, Azəriqaz İstehsalat Birliyində regional idarətmə hökm sürür narazılıqlar davam edəcək..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində sözügedən qurumun işçisi Emil Tahirov qeyd edib.
O daha sonra bildirir: "Qaz idarələri yerli icra hakimiyyətlərinə tabe olmalı, idarəetmə sistemi tam dəyişməlidir. İdarələri regionlaşdıraraq korrupsiya oylağına çeviriblər.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dəfələrlə müraciət etmişəm: əlimdə tutarlı faktlar var... Araşdırılmasına ehtiyac var, deməkdən yorulmuşam.Təəssüf edirəm ki, hüquqi dövlətdə yaşamağımıza baxmayaraq hüquqlarımız pozulur və buna bütün Ali qurumlar səssiz qalır... bu qədər vicdansızlığa hayasızlığa bu yaşıma qədər rast gəlməmişdim.
Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Ilham Əliyevə 24.12.2025 ci ildə müraciət etdim bu və digər məsələlərlə bağlı üstündən bir ay keçməsinə baxmayaraq hələ də mövzu ilə maraqlanan yoxdu. Bu işlərin görünən müsbət tərəfi odur ki, düşünürəm Ali qurumların ərizə və şikayətlər üzrə vəzifəli şəxs yaxşı pul müqabilində bütün Ali rəhbərlərə məktubların və məlumatların çatmaması üçün əllərindən gələni edirlər. Əgər düşündüyüm kimidirsə, onda desinlər... biz də pulumuzu verək, bizim məlumatları cənab Prezidentimizə çatdırsınlar..."








