Başçıdan sonra 3 şöbə müdiri də işini itirdi .....                     Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır .....                     Azərbaycanlı avtoritetlərin lideri ilə bağlı .....                     Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir .....                     İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ .....                     Türkiyədə “servis haqqı” ləğv edildi, .....                     Köçəryan bu dəfə Ermənistanı Rusiyaya birdəfəlik satmaq istəyir .....                     Vahid Naxış Mirşahinin ANS-lə bağlı açıqlamasına .....                     İran hadisələrin istənilən inkişaf variantına hazırdır .....                     Ukrayna, Rusiya və dünya: 2026-cı il üçün koordinat sistemi .....                     Rusiyadan növbəti SƏRT ADDIM .....                     ABŞ-nin hərbi təyyarəsi və PUA-sı İran ətrafında uçuş həyata keçirir .....                     Lavrov Azərbaycanla bağlı nə dedi... .....                     Rusiya hiddətlənib, Azərbaycanla yeni müharibə istəyir .....                     "Azərpambıq" son bir ildə ixracdan 17,2 milyon dollar itirib .....                     Vensin səfəri ilə bağlı yeni iddia .....                     Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş .....                     Ermənistanda seçkiöncəsi GƏRGİNLİK .....                     İşdən çıxarılan icra başçısını kim əvəz edir? .....                     1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur? .....                     İrəvandan Zəngəzur açıqlaması: Gizli plan var, müharibəyə səbəb ola bilər .....                     Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir .....                     Bakıda Xalq artistinin oğlunu döydülər: Saxlanılan var .....                     General Elbrus Orucovun qardaşı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman Orucov vəfat edib .....                     KONTAKT HOME: Yenə də öz amluasında... .....                     Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur .....                     Azərbaycanda şirkətin rəhbərliyi ləğv edilir .....                     Çin ordusunda çevrilişə bərabər həbs .....                     ABŞ İsrailə 6,5 milyardlıq hərbi texnikanın satışını təsdiqlədi .....                     Əraqçi Ərdoğanla görüşü barədə: .....                     "Siz müştəri itirəndə anlayacaqsınız ki..." .....                     Pxenyan Rusiyaya silah tədarükünü dayandırıb? .....                     Müştəriləri bu bankı TƏRK EDİR... .....                     Tramp niyə dolları ucuzlaşdırır? .....                     Qərb kəşfiyyatları İranın nüvə silahı hazırlamadığını bildirir .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli .....                     Daha bir hesabatda dövlətimiz BİABIR OLDU .....                     ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək .....                     İcra Hakimiyyətinə bağlı qurumdan şübhə doğuran milyonluq tender .....                     Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub .....                 

Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?
Tarix: Dünən, 12:52 | Çap et

2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 456,58 ton saqqız (şəkərli və ya şəkərsiz) idxal edilib. İdxalın ümumi dəyəri iki milyon 257,95 min ABŞ dolları olub. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından azalma, dəyər baxımından isə artım deməkdir. Xatırladaq ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 511,66 ton saqqız idxal olunub, idxalın dəyəri iki milyon 156,22 min ABŞ dolları təşkil edib. 2025-ci ildə saqqız idxalının əsas hissəsi Türkiyə (307,73 ton), Rusiya (52,47 ton) və Türkmənistan (35,62 ton) hesabına formalaşıb. Bəs, görəsən, saqqız idxalında miqdarın azalması, dəyərin artması nə ilə izah olunur?

“Ucuz və kütləvi məhsullar azalır”

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, saqqız idxalının miqdar baxımından azalması, lakin dəyər baxımından artması bir neçə amilin eyni vaxtda təsiri ilə izah oluna bilər: “İlk baxışdan bu mənzərə saqqız istehlakının azalması kimi qiymətləndirilə bilər. Lakin statistik göstəricilərin daha detallı təhlili göstərir ki, söhbət birbaşa olaraq saqqız istifadə edənlərin sayının kəskin azalmasından getmir. Əksinə, mövcud rəqəmlər bazarda istehlak vərdişlərinin, məhsul strukturunun və tədarük mexanizmlərinin dəyişdiyini ortaya qoyur. Bu mənada saqqız bazarında baş verən prosesləri bazarın daralması deyil, transformasiyası kimi qiymətləndirmək daha doğru olar”.

A.Nəsirli idxalın azalma səbəblərindən birini qiymət artımları ilə əlaqələndirir: “Əvvəla, 2025-ci ildə idxal olunan saqqızın orta qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, 2024-cü ilin ilk 10 ayında bir ton saqqızın orta idxal dəyəri təxminən 4 214 dollar olduğu halda, 2025-ci ildə bu göstərici artıq 4 945 dollara yüksəlib. Orta qiymətdəki bu artım idxal həcminin azalmasına baxmayaraq, ümumi idxal dəyərinin artmasına səbəb olub. Başqa sözlə, ucuz və kütləvi məhsulların payı azalır, onların yerini isə daha baha məhsullar tutur”.

“Dünyada baş verən proseslər saqqıza da təsir edib”

İqtisadçının fikrincə, bu dəyişiklik ilk növbədə idxal olunan məhsulların keyfiyyət və kateqoriya baxımından fərqlənməsi ilə bağlıdır: “Son illərdə şəkərsiz, vitaminli və xüsusi tərkibli saqqızlara maraq artmaqdadır. Bu kateqoriyaya daxil olan məhsullar adi saqqızlarla müqayisədə daha baha qiymətə idxal olunur. Premium brendlərə məxsus, qablaşdırması və marka dəyəri yüksək olan saqqızların idxalda payının artması da orta qiymətin yüksəlməsində mühüm rol oynayır. Nəticədə idxal strukturu aşağı qiymətli, kütləvi məhsullardan daha seçilmiş və bahalı məhsullara doğru dəyişir”.

A.Nəsirli məhsulun qiymətinin artmasındakı digər əsas faktoru bahalaşmada görür: “İkinci mühüm amil qlobal iqtisadi proseslərlə əlaqədardır. Son illərdə beynəlxalq inflyasiya, logistika xərclərinin artması, xammal və enerji qiymətlərinin yüksəlməsi qida sənayesinin bütün seqmentlərinə təsir edib. Saqqız da gündəlik istehlak məhsulu olduğu üçün bu proseslərdən kənarda qalmayıb”.

Müsahibimizin sözlərinə görə, üçüncü səbəb idxal coğrafiyasında müşahidə olunan dəyişikliklərlə bağlıdır: “Türkiyə hələ də Azərbaycanın əsas saqqız tədarükçüsü olaraq qalır. Lakin statistika göstərir ki, bu ölkədən idxal olunan saqqızın miqdarı əvvəlki dövrlə müqayisədə azalıb. Ölkələr üzrə idxal balansı dəyişdikcə, qiymət strukturu da dəyişir və bu, ümumi göstəricilərə birbaşa təsir edir”.

“Saqqız istehsalında dünyadan asılıyıq”

Ekspert onu da bildirdi ki, yerli istehsal amili də ümumi mənzərədə nəzərə alınmalıdır. Azərbaycanda saqqız istehsalı hazırda çox məhdud səviyyədədir: “Daxili bazarda satılan saqqızın əsas hissəsi xarici ölkələrdən idxal edilir. Bəzi qənnadı fabriklərində saqqız istehsalı həyata keçirilsə də, bu, epizodik xarakter daşıyır və hələlik sənaye miqyasında təşkil olunmayıb. Nəticədə daxili bazarın tələbatı əsasən idxal hesabına ödənilir. Bu məqam xüsusilə diqqət çəkir, çünki saqqız mürəkkəb və yüksək texnologiya tələb edən məhsul hesab olunmur”.

A.Nəsirlinin fikrincə, saqqız istehsalı üçün kifayət qədər potensialımız mövcuddur: “Daxili istehsal bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə valyutanın ölkə daxilində saxlanılmasına şərait yarada bilər. Eyni zamanda, bu sahədə istehsalın qurulması qənnadı sənayesində məhsul çeşidinin genişlənməsinə, mövcud istehsal infrastrukturunun diversifikasiyasına və əlavə məşğulluq imkanlarının formalaşmasına töhfə verə bilər”.

Saqqızın faydası da var, ziyanı da...

Saqqız istehlakına münasibətin dəyişməsində sağlamlıq amilləri də mühüm rol oynayır. Son illər istehlakçılar saqqızı yalnız vərdiş kimi deyil, fayda və riskləri nəzərə alınan vasitə kimi dəyərləndirməyə başlayıblar. Araşdırmalar göstərir ki, xüsusilə şəkərsiz saqqızlar müəyyən hallarda faydalı hesab olunur. Yeməkdən sonra qısa müddət ərzində saqqızdan istifadə ağızda selik ifrazını artırır. Bu isə qida qalıqlarının təmizlənməsinə və ağız boşluğunda turşuluğun azalmasına kömək edə bilər. Bu baxımdan saqqız dişlərin qorunması üçün əsas vasitə olmasa da, köməkçi rol oynaya bilər. Məhz bu xüsusiyyətlərə görə diş sağlamlığı üçün nəzərdə tutulan funksional və şəkərsiz saqqızlara marağın artdığı müşahidə olunur.

Saqqız istehlakının mümkün mənfi tərəfləri də mövcuddur. Uzun müddət və tez-tez saqqız çeynəmək çənə oynaqlarında gərginlik yarada, bəzi hallarda isə baş və üz nahiyəsində narahatlığa səbəb ola bilər. ("Kaspi" qəzeti)











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçıdan sonra 3 şöbə müdiri də işini itirdi - GƏLİŞMƏ
Dünən, 16:43
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır - MƏQALƏ
Dünən, 14:15
Azərbaycanlı avtoritetlərin lideri ilə bağlı YENİ QƏRAR
Dünən, 12:53
Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?
Dünən, 12:52
İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar
Dünən, 12:36
Türkiyədə “servis haqqı” ləğv edildi, Azərbaycanda müştəri hələ də “əl açır”
Dünən, 12:06
Köçəryan bu dəfə Ermənistanı Rusiyaya birdəfəlik satmaq istəyir - Koncoryan
Dünən, 12:01
Vahid Naxış Mirşahinin ANS-lə bağlı açıqlamasına belə REAKSİYA verdi
Dünən, 11:56
İran hadisələrin istənilən inkişaf variantına hazırdır - Əli Şamxani
Dünən, 11:54
Ukrayna, Rusiya və dünya: 2026-cı il üçün koordinat sistemi - AKTUAL
Dünən, 11:53
Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı
Dünən, 11:49
ABŞ-nin hərbi təyyarəsi və PUA-sı İran ətrafında uçuş həyata keçirir - TASS
Dünən, 11:42
Lavrov Azərbaycanla bağlı nə dedi...
Dünən, 11:40
Rusiya hiddətlənib, Azərbaycanla yeni müharibə istəyir - Stepanyan
Dünən, 11:32
"Azərpambıq" son bir ildə ixracdan 17,2 milyon dollar itirib
Dünən, 11:21
Vensin səfəri ilə bağlı yeni iddia - İrəvanda 1 milyard dollar...
Dünən, 11:05
Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...
Dünən, 10:53
Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?
Dünən, 10:50
İşdən çıxarılan icra başçısını kim əvəz edir?
Dünən, 10:39
1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:34
İrəvandan Zəngəzur açıqlaması: Gizli plan var, müharibəyə səbəb ola bilər - NƏ BAŞ VERİR?
Dünən, 10:27
Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING
Dünən, 10:23
Bakıda Xalq artistinin oğlunu döydülər: Saxlanılan var - TƏFƏRRÜAT
Dünən, 10:21
General Elbrus Orucovun qardaşı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman Orucov vəfat edib
Dünən, 10:12
KONTAKT HOME: Yenə də öz amluasında... - AXI NİYƏ?
Dünən, 10:11
Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
Dünən, 09:59
Azərbaycanda şirkətin rəhbərliyi ləğv edilir - YENİ BAŞ DİREKTOR SEÇİLƏCƏK
Dünən, 09:52
Çin ordusunda çevrilişə bərabər həbs – “Qırmızı knyazlar”ın nüfuzlu generalı niyə kənarlaşdırıldı?
Dünən, 09:45
ABŞ İsrailə 6,5 milyardlıq hərbi texnikanın satışını təsdiqlədi
Dünən, 09:40
Əraqçi Ərdoğanla görüşü barədə: - İran sülhün bərqərar olması ilə bağlı səylərinə görə Türkiyəyə minnətdardır
Dünən, 09:36
"Siz müştəri itirəndə anlayacaqsınız ki..." - GİLEY
Dünən, 08:44
Pxenyan Rusiyaya silah tədarükünü dayandırıb?
Dünən, 08:33
Müştəriləri bu bankı TƏRK EDİR... - ETİRAZ VAR!
Dünən, 08:32
Tramp niyə dolları ucuzlaşdırır? - AKTUAL
Dünən, 08:08
Qərb kəşfiyyatları İranın nüvə silahı hazırlamadığını bildirir - KİV
Dünən, 08:06
Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?
Dünən, 07:48
Daha bir hesabatda dövlətimiz BİABIR OLDU - SƏBƏBİ İSƏ...
Dünən, 07:42
ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək - Al Səud
Dünən, 07:39
İcra Hakimiyyətinə bağlı qurumdan şübhə doğuran milyonluq tender - TƏFƏRRÜAT
Dünən, 07:32
Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR
Dünən, 07:29
Azərbaycana düşmən kəsilən İlqar Hacıyevin villasına o müştəri çıxdı: TƏSADÜFDÜRMÜ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:24
Nizami rayonunda dayanacaq dönərxanaya çevrilib - BU NƏDİ BELƏ?
Dünən, 07:21
Müharibələrə alternativ: Azərbaycanın qalib paradiqması - AKTUAL
Dünən, 07:15
Kahin Vanqa nələrdən danışıb - Sabiq prezident kahinlə görüşündəki sirlərdən nə deyir?
Dünən, 07:13
Sülhə arxalanan Paşinyan “müharibə olmayacaq” deyir – Haqlıdırmı?
Dünən, 07:10
Növbəti devalvasiya GÖZLƏNİLİR - ÇÜNKİ...
Dünən, 07:08
"Polisin hər hansı neqativ hərəkətini görəndə, onu tənqid etməməliyəm?" - QALMAQAL
Dünən, 07:06
Regionda nəhəng gedişat: nüvə ölkəsi Bakını seçdi – Siyahıda başqaları da var
Dünən, 07:02
"Türkiyədən belimdəki problemlə bağlı mütəxəssis dəvət edəcəklər..." - Xalq artisti
Dünən, 06:59
ABŞ Yaxın Şərqdən Cənubi Qafqaza qədər cəbhə qurur - GƏLİŞMƏ
Dünən, 06:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru