Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
 Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, yanvarın 1-i ilə müqayisədə 5,8 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4,6 % artıb. Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət dekabrın sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,9 % olub.
Qeyd edək ki, bu gün əhalinin bir çoxu kreditdən yararlanır və vətəndaşların bir qismi banklara kreditləri vaxtında qaytara bilmir.
Ümumiyyətlə, neçə müddət ödəməyəndə problemli kreditə çevrilir və burada hər bank öz qaydasınımı tətbiq edir? Təhlükəli hədd nə qədərdir və bu rəqəm artdıqca, kredit verilməsi daha da cətinləşə, faiz dərəcəsi daha da arta bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, bütövlükdə ölkədə 1 ildə 4,6 faiz artım ciddi rəqəmdir:
“Ancaq bu, 2015-2017-ci illərdə baş verənlərlə müqayisədə o qədər də ciddi deyil. Bunun da səbəbi bəllidir, ölkədəki iqtisadi vəziyyət getdikcə pisləşir. Həm vətəndaşların, həm sahibkarların maddi vəziyyəti yaxşılaşmır.
Buna görə götürdükləri kreditləri vaxtında ödəyə bilmirlər. Bu, həm vətəndaşlar, həm sahibkarlar, həm də bankların özü üçün təhlükədir. Çünki ölkədə son 10 ildə bir çox bank bağlandı və məhz ona görə ki, problemli kreditləri çoxaldı.
Kredit portfelinə baxanda, 4,6 faiz elə kritik deyil. Ancaq bu tendensiyanın davam etmə ehtimalı böyükdür. Ola bilər ki, Mərkəzi Bank bankların kredit fəaliyyətinə nəzarəti daha da artıracaq”.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, kredit bir gün də gecikibsə, bu, artıq problemli kredit sayılır:
“Bu baxımdan, Mərkəzi Bank ehtiyatları tənzimləyir. Banklar problemli kreditlər üzrə ehtiyat yaratmalıdırlar. Ehtiyat artıq kreditin ötmə müddətindən, növündən asılıdır.
Yəni 30, 60, 90 gün keçdisə, müəyyən qədər faiz ehtiyatı saxlayırlar və həmin ehtiyatlar da bankın kapitalından çıxılır. Buna görə də Mərkəzi Bank banklar üzərində ciddi nəzarət edir.
Ən pisi də odur ki, problemli kreditlər artdıqca, faiz dərəcələri də arta bilər. Çünki banklar qorxmağa başlayacaqlar. Çünki problemli kreditin qaytarılması üçün banklar əlavə xərc çəkirlər. O da faizi artıra bilər, belə bir ehtimal var”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06 |
|
|
|
• "Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02 |
|
|
|
• Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32 |
|
|
|
• Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31 |
|
|
|
• Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27 |
|
|
|
• Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16 |
|
|
|
• Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13 |
|
|
|
• İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01 |
|
|
|
• Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55 |
|
|
|
• İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49 |
|
|
|
• Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47 |
|
|
|
• "Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40 |
|
|
|
• Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33 |
|
|
|
• Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16 |
|
|
|
• Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01 |
|
|
|
• Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00 |
|
|
|
• Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51 |
|
|
|
• Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43 |
|
|
|
• Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37 |
|
|
|
• Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36 |
|
|
|
• Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30 |
|
|
|
• Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15 |
|
|
|
• Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13 |
|
|
|
• Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12 |
|
|
|
• İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10 |
|
|
|
• Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59 |
|
|
|
• İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02 |
|
|
|
• Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58 |
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07 |
|
|
|
|