Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                 

“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Tarix: Dünən, 10:13 | Çap et
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı”
Bakıda kirayənişinin qaldığı evi sahibinin xəbəri olmadan satması ilə bağlı daha öncə xəbər vermişdik. Saytımıza hələ ötən il müraciət edən Turan Nəbili 2023-cü ilin avqustunda kirayəyə verdiyi evin satıldığını bildirəndən sonra məsələyə Daxili İşlər Nazirliyi (DİN) reaksiya verərək dələduzluq edənlərdən birinin saxlanıldığını bildirmişdi.

İndi şikayətçi T.Nəbili sözügedən dələduzluq faktının məhkəmə prosesi ilə bağlı yenidən “Qafqazinfo”ya üz tutub.

Bu dəfə vətəndaş bildirir ki, dələduzluq əməli təsdiqlənsə də, məhkəmə nəticəsi heç də istədikləri kimi olmayıb. Belə ki, T.Nəbili ilk prosesin onların lehinə olduğunu bildirsə də, sonrakı məhkəmələrdə evini ala bilmədiyini qeyd edib: “Hər kəs gözləyirdi ki, məhkəmə olacaq və bu prosesdə evimiz geri qayıdacaq, lakin belə olmadı. Birinci keçirilən Xətai Rayon Məhkəməsini qazandıq. Yəni bizim evimizin cinayət yolu ilə satıldığı təsdiqləndi. Mən və ailəmin heç vaxt xaricdə yaşamamağımız, evin satılmasına dair etibarnamənin bizə aid olmaması kimi dəlillərlə məhkəmədə qalib gəldik. Bununla da qərar verildi ki, ev əsl sahibinə qaytarılmalıdır. Bundan 2 ay sonra qarşı tərəf- evi sonuncu alan Azər Həsənov bizi Apellyasiyya Məhkəməsinə verdi, 3 məhkəmə keçirildi. Dələduzluq edərək evimizi satan və hazırda həbsdə olan Rauf Kazımov məhkəməyə gətirildi və onu sorğu-sual etdilər”.

Vətəndaşın sözlərinə görə, məhkəmə zamanı ittiham edilən şəxs evin əslində satılmadığını deyib: “Evi Anar adlı şəxsin adına keçirdiyini dedi. Anar isə evi sələmçilərə verir, pul götürür və qarşılığında müqavilə ilə evi adına keçirir. Sonuncu məhkəmə 3 saat davam etdi. Qarşı tərəflə bağlı nə qədər səhv, tutuşmayan faktlar ortaya çıxdı. Zənn elədik ki, qalib gələcəyik. Lakin qərar bu oldu ki, ev sonuncu alan şəxsdə qalacaq. Qarşı tərəf özünü müdafiə etdi. O bildirdi ki, ev vicdansızlıqla da satılsa, mən evi normal şəkildə almışam, məndə də qalmalıdır”.

Evin sahibi T. Nəbili həmçinin qeyd edib ki, onunla birgə R.Kazımovun dələduzluğuna məruz qalan Rəhim adlı şəxs Apellyasiyya Məhkəməsinin qərarından sonra vəfat edib: “Rəhim bəy bu proseslər zamanı çox stress çəkdi. Nəticədə adamın ürəyi dayandı. İndi onun qardaşı şikayətçidir”.
Şikayətçi evi sonuncu alan Azər Həsənovun da tutulan şəxslə əlbir olduğunu iddia edib: “Düşünürəm ki, Həsənov da onlarla əlbirdir. Çünki o, evi alan kimi satışa qoymuşdu. Biz bunun qarşısını almışdıq. Bu baxımdan ondan da şübhələnirik. Məhkəmədə “niyə evi alan kimi satışa qoymusan?” sualına cavab verə bilmədi. Bu şəxsin son 4-5 ildə adına 170 əməliyyat var. 35 ev alıb- satıb.

Hazırda evsiz qalan vətəndaş deyir ki, Əli Mahmudlu və Mursəl Mahmudov adlı şəxslərin də mənzilləri Rauf Kazımov və daha sonra başqa adamlar tərəfindən satılıb: “Bu adamların da evini ilk Rauf satıb, ancaq fərqli adamlara. Zərəçəkən şəxslər ilk məhkəmədə uduzsalar da, işlərini Apellyasiyaya verərək qərarı lehinə döndərə bildilər. Ancaq bizdə bu cür olmadı. Bizim tək ümidimiz Ali Məhkəmədir. Müraciət edəcəyik, istəyirik ki, ev problemimiz üçün ədalətli qərar verilsin. Əgər Ali Məhkəmədə də qərar əleyhimizə olsa, bu zaman çox pis vəziyyətə düşəcəyik. Çünki bu, çox ciddi bir məsələdir. Nə qədər bu məsələyə ədalətli qərar verilməsə, Rauf kimi insanların dələduzluğu da davam edəcək”.

Məsələni aydınlaşdırmaq və insanların bu kimi hallarda nə etməli olduqlarını aydınlaşdırmaq üçün mülki vəkil Pərviz Məmmədovla əlaqə saxladıq. Hüquqşünasın sözlərinə görə, evi son dəfə alan şəxsin bu haldan xəbərinin olmaması normaldır: “Bu kimi hallarda ev onda qala bilər. Evi alan şəxs özündən əvvəlki prosedurların istintaqını aparmayacaq. Reyesterin dövlət tərəfindən aparılmasında məqsəd də odur ki, onun etibarlılığı var. Əgər şəxs bilmirsə, evi geri qaytarmır. Ancaq evi satan və alan şəxslər əlbir olublarsa, bu, birbaşa cinayət yolu ilə əldə olunmuş əmlakdır, geri qaytarılmalıdır. Lakin bununla bağlı məhkəməyə sübutlar, dəlillər təqdim edilməlidir. Ola bilsin ki, şəxslər məhkəmədə sübutları düzgün təqdim etməyib. Əgər sübut varsa, buna hüquqi qiymət verilir. Zərərçəkən şəxs evini ilk dəfə cinayət yolu ilə satan adama evin dəyəri həcmində zərər tələbi də qaldıra bilər. Yəni, evin əsl sahibinin ona dəymiş zərəri tələb edərək haqqını geri qaytarmağı mümkündür”.

Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə sorğu ünvanladıq. Məhkəmədən sorğumuza cavab olaraq bildirildi ki, iş materiallarında olan sübutlara əsasən, Əmrahov Dəyanət Samiq oğlu və Həsənov Azər Mütəllim oğlunun əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının həmin şəxslərə məlum olması müəyyən edilmir: “Məhkəmə əqdlərin etibarsızlığı qənaətinə gəlsə də, həmin şəxslər tərəfindən əmlakla bağlı üçüncü şəxslərin iddiasını mövcudluğundan hansı formada məlumatlı ola bilməsinin mümkünlüyünü əsaslandırmayıb.

Apellyasiya instansiyasında məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılaraq cavabdeh, həmçinin, cinayət işi üzrə təqsirləndirilən şəxs olan Kazımov Rauf Cəfəroviç məhkəmə iclasına gətirələrək dindirilib, həmin şəxs isə izahatında Əmrahov Dəyanət Samiq oğlu və Həsənov Azər Mütəllim oğlunu, ümumiyyətlə, tanımadığını, bu şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirib.

Dəyanət Əmrahov əmlakı əldə edərək üzərində mülkiyyət hüququnu qeydə aldırdıqdan sonra əmlak 4 ay 16 gün onun mülkiyyətində olub, bundan sonra mənzili Həsənov Azər Mütəllim oğluna satıb. Eyni zamanda qeyd edirik ki, qərardan narazı qalan şəxslər kassasiya şikayəti verə bilərlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru