
İran və Rusiya Cənubi Qafqaz regionunda möhkəm və sabit sülhün bərqərar olmasına töhfə verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
“Cənubi Qafqazdakı vəziyyətə gəlincə, biz (Tehran və Moskva) Azərbaycan və Ermənistan arasında sülhün tərəfdarıyıq və bu məsələdə tərəflərə kömək etməyə hazırıq”, - nazir deyib.