
Təəssüf ki, Ermənistanın Tramp administrasiyasında heç bir təsir imkanı yoxdur.
Ölkə.Az xəbər verir ki, bunu siyasi ekspert Artur Xaçikyan Trampın Ukrayna məsələsini həll etdikdən sonra Cənubi Qafqazla məşğul olacağı barədə sualı cavablandırarkən deyib.
“Bölgədə bizim məsələlər bizsiz Moskva, Vaşinqton, Ankara və Bakı arasında həll olunacaq. Zəngəzurun gələcəyi ilə bağlı razılığa gələcəklər və nəyi qəbul etməliyik deyəcəklər. Biz Türkiyə və ya Rusiyanın nəzarətini və ya bu ölkələrin birgə nəzarətini qəbul etməli ola bilərik”, - Xaçikyan qeyd edib.
O əlavə edib ki, ola bilsin ABŞ-nin simvolik iştirakı müzakirə olunur: "Hər halda bizim heç bir diplomatik təsirimiz və xarici siyasətimiz yoxdur. Biz uğursuzluğa məhkumuq. Tariximizdə həmişə olduğu kimi indi biz bunun nəticələri ilə üzləşməli olacağıq".