
Ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 7 min 245 şəxs müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onların 36,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edir:
“Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 99,0 faizi (7 172 nəfər) cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
2024-cü il ərzində ölkədə qeydə alınmış 33 min 379 cinayət hadisəsinin 8 min 863-ü və ya 26,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu, 2023-cü ilin göstəricisindən 11,9 faiz azdır”.