Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Tarix: 21-01-2025, 13:12 | Çap et
 2024-cü ildə dünya bazarında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat) olub. Qoyun əti 9.6 dollar (16.3 manat), quş əti isə 3.9 dollara (6.63 manat) təklif olunub.
“AzPolitika” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində bildirilib. Məlumat ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.
İndi Azərbaycanda ətin mövcud qiymətinə baxaq və bu rəqəmləri orta dünya qiymətləri ilə müqayisə edək:
Mal əti -16-17 manat (9.4, 10 dollar)
Qoyun əti - 21- 22 manat (12.3, 13 dollar)
Quş əti - 6.8-8 manat (4, 4.7 dollar).
Beləliklə:
Mal əti dünya qiymətlərindən 3-3.4 dollar;
Qoyun əti 2.8-3,4 dollar;
Quş əti isə 0,8 dollar bahadır.
Azərbaycanda minimum əməkhaqqı 400 manat (235 dollar), orta aylıq maaş 996 manatdır (585 dollar).
Qeyd edək ki, Azərbaycan ətə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına təmin edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxal edilib. Ət idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdar ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 78 milyon 555 min dollar dəyərində 38 min 287 ton ət idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən ətin 1 kiloqramının orta dəyəri 3 manat 72 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 49 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya 6,59% artım deməkdir. Ötən il ümumi idxalın 0,62%-i ətin payına düşüb.
Gömrük Komitəsinin məlumatından daha bir paradoksal məlumat üzə çıxır. Qeyd olunur ki, ölkəyə gətirilən ətin orta dəyəri 3 manat 72 qəpik olub. Bu, 2023-cü ilin idxal qiymətindən 23 qəpik azdır, yəni ucuzlaşma baş verib. O zaman Azərbaycanda ətin qiyməti hansı səbəbdən göstərilən rəqəmlərdən 5-6 dəfə yüksəkdir? Xaricdən idxal edilən ət ucuzlaşıbsa, nəyə görə, Azərbaycanda bir il ərzində mal və qoyun ətinin qiymətində 3-4 manat artım olub?
Təəssüf ki, Kənd Təsərrfatı Nazirliyi dünyada ərzaq qiymətlərinin müqayisəli təhlilini aparıb ictimaiyyətə təqdim etsə də, Azərbaycan bazarındakı qiymət bahalığının səbəblərinə toxunmayıb.
İqtisadçı ekspert Vahid Məhərrəmli Statistika Komitəsinin məlumatındakı fərqliliklərə diqqət çəkib.
“Bu məlumatlara əsasən ötən ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə ət istehsalı diri çəkidə 4 min 900 ton, ət idxalı isə təmiz çəkidə 5 min tondan çox artıb. Belə olan halda sual yaranır: necə olur ki, təklif bu qədər artdığı halda, ölkədə ət və ət məhsulları son bir il ərzində davamlı olaraq bahalaşır? Əhalinin alıcılıq qabiliyyəti aşağı olan bir ölkədə bu necə baş verə bilər”, - iqtisadçı sual edir.
Ət sitehsalının azalmasının səbəblərinə gəlincə, Vahid Məhərrəmov düşünür ki, örüş sahələrinin əkinə verilməsi, istiləşmə nəticəsində bir sıra örüşlərin ot örtüyündən məhrum olması və ölkədə ot istehsalının azalması heyvandarlığa mənfi təsir göstərib: "Məhsuldarlıq, heyvanların baş sayı azaldı. Nəticədə ət istehsalı azalır, idxal artır".
Ekspertin sözlərinə görə, artıq ölkədə heyvandarlıq sıradan çıxmaq üzrədir.
"Onsuz da Azərbaycan özünün ətə tələbatının 38-40 faizini daxil istehsal hesabına ödəyirdi, indi bu rəqəm ondan da az olacaq", - o, bildirib.
V.Məhərrəmovun fikrincə, əkinə verilən örüş ərazilərini indi bərpa etmək mümkün deyil: "Heç olmasa, həmin ərazilərdə indi kütləvi yem istehsalı ilə məşğul olmaq lazımdır ki, ölkədə daha çox yem istehsal olunsun. Ölkədə hələ 2008-ci ildə nəzərdə tutulmuşdu ki, 2 milyon 500 min ton qüvvəli yem istehsal olunsun, amma hələ də bu hədəfin 10 faizinə belə çata bilinməyib".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda sığınacaqda kondisioner DAVASI - bu sözə görə burnunu sındırdı
Bu gün, 17:13 |
|
|
|
| • “Hürriyyət”in kollekti Prezidentə müraciət etdi - MƏTN
Bu gün, 17:08 |
|
|
|
| • Pakistan Ermənistanda səfirlik açır - KİV
Bu gün, 17:05 |
|
|
|
| • “Məhşər günü”nün 48 “qəhrəmanı”: Ramiz Mehdiyevin gizli “silahdaşları” kimlərdir? - AKTUAL
Bu gün, 17:01 |
|
|
|
| • İnsanlar sevinirlər ki, nəhayət, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq... - YENİ TƏYİNATA REAKSİYA
Bu gün, 16:57 |
|
|
|
| • Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı” - “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…
Bu gün, 16:52 |
|
|
|
| • Yerli ət bazarında SON VƏZİYYƏT - ''Bu qıtlıq aradan qalxmayana qədər...''
Bu gün, 16:46 |
|
|
|
| • "Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir" - Cəlaloğlu
Bu gün, 16:44 |
|
|
|
| • Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb
Bu gün, 16:37 |
|
|
|
| • Ermənistanda hakimiyyət uğrunda SAVAŞ...
Bu gün, 16:29 |
|
|
|
| • “Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
Bu gün, 16:27 |
|
|
|
| • Bu il 32 min turist avtobuslardan, 12 min turist isə metrodan narazı qalıb
Bu gün, 16:25 |
|
|
|
| • Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək - TENDER NƏTİCƏSİ
Bu gün, 16:23 |
|
|
|
| • Vəkil Əli Kərimlidən xəbər gətirdi - Bununla bağlı şikayəti yoxdur
Bu gün, 16:19 |
|
|
|
| • Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 16:12 |
|
|
|
| • İbrahimbəyovu qeyzləndirib oyuna gətirdilər
Bu gün, 16:09 |
|
|
|
| • “Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür” - deputat
Bu gün, 16:07 |
|
|
|
| • “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir - VİDEO
Bu gün, 16:04 |
|
|
|
| • Məktəbləri bu şirkət təmir edəcək - 4,3 milyonluq tender
Bu gün, 15:48 |
|
|
|
| • “KBT” Zəngilanda drenaj tikməyi və nasos quraşdırmağı unutmayacaq ki?
Bu gün, 15:43 |
|
|
|
| • Yeni il ərəfəsində hotellərdə qiymətlər bahalaşdı - ARAŞDIRMA
Bu gün, 15:39 |
|
|
|
| • AZCON-da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 15:36 |
|
|
|
| • “FEDE Company” MMC-nin nizamnamə kapitalı - KƏSKİN AZALDILDI
Bu gün, 15:34 |
|
|
|
| • Gültəkin Hacıbəyli hardadır?
Bu gün, 15:33 |
|
|
|
| • MİDA-nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? – Foto
Bu gün, 15:32 |
|
|
|
| • Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad... - GƏLİŞMƏ
Bu gün, 15:19 |
|
|
|
| • "Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldılıb - TƏFƏRRÜAT
Bu gün, 15:18 |
|
|
|
| • Zəngilanın su sistemi yenilənəcək – 6,3 MİLYONLQU TENDERİN QALİBİ MƏLUM OLDU
Bu gün, 14:23 |
|
|
|
| • "Bir-iki dəfə onu “Yeni Azərbaycan” qəzetindən çıxarıb atıblar.... - İndi də təzədən nəsə qaynatmaq istəyir"
Bu gün, 14:19 |
|
|
|
| • "Bitki yağı adı ilə palma yağı satırlar" - Yağ alarkən nələrə diqqət edək?
Bu gün, 14:16 |
|
|
|
| • Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
Bu gün, 14:10 |
|
|
|
| • Paşinyan keçmiş prezidentlərlə debata ehtiyac görmür - Qarabağ danışıqları üzrə bütün əsas sənədlər açıqlanıb
Bu gün, 14:07 |
|
|
|
| • "Jurnalistlər binası"nda "BakıKart" aparatı yoxa çıxdı - Səbəbi 3 gündür AÇIQLANMIR
Bu gün, 13:04 |
|
|
|
| • Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər - Bloomberg
Bu gün, 13:00 |
|
|
|
| • "Hökümət gərək özünü aldatmasın..." - İqtisadçıdan ÇAĞIRIŞ
Bu gün, 12:51 |
|
|
|
| • "Ramiz Mehdiyevin vəzifə üçün AXC rəhbərliyinə müraciət etməsi barədə heç bir məlumatım yoxdur...” - PƏNAH HÜSEYN
Bu gün, 12:46 |
|
|
|
| • Bəxtiyar Sadıqov Alqış Musayevə cavab verdi: -Məhkəməyə versinlər!
Bu gün, 12:44 |
|
|
|
| • ETN-dən bir gündə iki tender: 14 milyon manatın aqibəti necə olacaq? - ARAŞDIRMA
Bu gün, 12:33 |
|
|
|
| • Ramiz Mehdiyevin belə bir adamla “iş birliyinə” getməsinin adı yoxdur - Ziyafət Əsgərov
Bu gün, 12:22 |
|
|
|
| • Yanğına səbəb olan obyekt sahibinin külli miqdarda borcu varmış - 39 ay bir qəpik də ödəməyib...
Bu gün, 12:17 |
|
|
|
| • Televiziyada yalnız “axmaq kadrları” axtarmalı deyilik, sosial mediada isə... - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
| • Azərbaycan icmasının rəhbəri 16 milyonluq mənimsəmədə ittiham olunur - Rusların BAŞI QAÇIB?
Bu gün, 12:12 |
|
|
|
| • Hava bəzi yerlərdə çiskinli olacaq - belə deyirlər...
Bu gün, 12:10 |
|
|
|
| • Maşının nömrəsini dəsmalla gizlədən saxta qazi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
| • Mehdiyevin əzabı bundan sonra başlayacaq - Hüquq müdafiəçisi
Bu gün, 12:04 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında sülh gündəmi - Proseslər hara aparır?
Bu gün, 12:03 |
|
|
|
| • Ev almaq istəyənlər MİDA-nın satışlarında problem yarandığını deyirlər - GİLEY
Bu gün, 12:01 |
|
|
|
| • Norveç Ukraynaya silah almaq üçün yarım milyard dollar ayırır
Bu gün, 11:59 |
|
|
|
| • SİYƏZƏNNEFT: Kimlərsə bu döyünən ENERJİ ÜRƏİYİNİ DURDURMAĞI QƏSD EDİB... - SOCAR şefinə MÜRACİƏT...
Bu gün, 11:44 |
|
|
|
| • "Kanallar bizə qonorar ödəməlidir" - ETİRAZ
Bu gün, 11:28 |
|
|
|
|