“Paşinyan bunu Türkiyənin tələbi ilə edir” – Papazyan
Tarix: 14-12-2024, 17:00 |
Çap et
Ermənistan hökuməti bilərəkdən diasporanı zəiflətməyə çalışır.
Globalinfo.az xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.
“Türkiyə hiss edir ki, fikir ayrılığı var, ona görə də deyir ki, Ermənistan hökumətinin konstruktiv yanaşması var. Bu isə diasporada həyacan yaradır. Ermənistanın dənizi yox, amma diasporu var. Ermənistan hökuməti bilərəkdən diasporanı zəiflətməyə çalışır çünki Türkiyə tələb edir” – deyə bildirib.
Qeyd edək ki, Papazyanın Fransanın hakim dairələri ilə münasibətləri yaxşı olsa da şəxsən Paşinyanla münasibətləri həddən artıq pis səviyyədədir. O, açıq-aşkar Paşinyan hökumətinə müxalifəti, özəlliklə Daşnaksütyun Partiyasını dəstəkləyir.