Beyləqan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizovmüvafiq əmr imzalayıb.
Əmrə əsasən, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni baş məsləhətçi təyin olunub. Bu vəzifəyə Sərdar Mirzəyev təyinat alıb.
Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 19 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır.








