Biz büdcəyə nəzarətdən danışırıq, son dövrlərdə Hesablama Palatasının, digər müvafiq orqanların bu sahədə gördüyü işlər təqdir olunmalıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Lakin bir də görürsən, bir nazir, nazir müavini, icra başçısı saxlanılır, onun milyonlarla vəsaiti, villası, obyektləri ortalığa çıxır. Bunlar hardandır? Haradan oğurlayıb? Bu rüşvət deyil, bir sıra hallarda maliyyə sənədləri saxtalaşdırılır, layihələr, tenderlər “başdangetdi” həll edilir. Büdcəyə qəsd dövlətə, xalqa qəsddir. Hər birimiz bu sahədə öz mübarizəmizi aparmalıyıq”, - deyə komitə sədri qeyd edib.








