Deputatlar sülh sazişinin mətnini tələb edir - Nazir məhkəməyə verildi
Tarix: 2-12-2024, 12:44 |
Çap et
Parlamentin “Ermənistan” fraksiyasının üzvləri Kristine Vardanyan, Anna Qriqoryan, Qeqam Manukyan və Artur Xaçatryan hökuməti və Xarici İşlər Nazirliyini məhkəməyə verib.
“Biz tələb etdik ki, Ermənistan Xarici İşlər Nazirinin 2024-cü il martın 14-də Azərbaycanla müzakirə olunan saziş layihələri ilə tanış olmağımıza qadağa qoyan qərarı qanunsuz elan edilsin”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Ermənistan” fraksiyasının açıqlamasında belə deyilir. Hakim Robert Makeyanın sədrliyi ilə keçirilən məhkəmə iddianı qəbul edib. İlkin məhkəmə baxışı tarixi də 2025-ci il yanvarın 14-nə təyin edilib. “Biz bu ixtiyari qərarın ləğvində və ictimaiyyət üçün bu son dərəcə vacib sənədlə tanış olmaq hüququmuzu bərpa etməkdə ardıcıl olacağıq”,-deyə məlumatda bildirilir.
“Cebheinfo.az”