Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Deputatlar sülh sazişinin mətnini tələb edir
Deputatlar sülh sazişinin mətnini tələb edir2-12-2024, 12:44 |
Parlamentin “Ermənistan” fraksiyasının üzvləri Kristine Vardanyan, Anna Qriqoryan, Qeqam Manukyan və Artur Xaçatryan hökuməti və Xarici İşlər Nazirliyini məhkəməyə verib. “Biz tələb etdik ki, Ermənistan Xarici İşlər Nazirinin 2024-cü il martın 14-də Azərbaycanla müzakirə olunan saziş layihələri ilə tanış olmağımıza qadağa qoyan qərarı qanunsuz elan edilsin”. “Cebheinfo.az”-ın məlumatına görə, “Ermənistan” fraksiyasının açıqlamasında belə deyilir. Hakim Robert Makeyanın sədrliyi ilə keçirilən məhkəmə iddianı qəbul edib. İlkin məhkəmə baxışı tarixi də 2025-ci il yanvarın 14-nə təyin edilib. “Biz bu ixtiyari qərarın ləğvində və ictimaiyyət üçün bu son dərəcə vacib sənədlə tanış olmaq hüququmuzu bərpa etməkdə ardıcıl olacağıq”,-deyə məlumatda bildirilir. “Cebheinfo.az” Geri qayıt |