FHN ŞEFİNDƏN DAHA BİR COMƏRDLİK
Tarix: 2-11-2011, 12:03 |
Çap et
KƏMALƏDDİN HEYDƏROV ZƏLZƏLƏ ZƏRƏRDİDDƏLƏRƏİNƏ QURBAN PAYI YOLLAYIR
DİA.AZ: - Qardaş Türkiyədə baş verən zəlzələ səbəbindən Vana yardımlarını əsirgəməyən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir comərdliyi barədə redaksiyamıza məlumat daxil olub. Bildirək ki, bu günlərdə FHN şefinin Türkiyəyə öz şəxsi büdcəsindən 10 milyon ABŞ dolları həcmində yardım etməsi haqda məlumatlar da bu arada yayılmışdı.
«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) ötürülən informasiyada qeyd olunur ki, müsəlman aləminin müqəddəs mərasimlərindən olan Qurban Bayramı ərfəsində də Kəmaləddin Heydərov Türkiyədəki qardaşlarımızı unutmayıb:
«Birbaşa olaraq Kəmaləddin Heydərovun göstərişi ilə Qurban Bayramı münasibətilə Van zəlzələsi nəticəsində evləri dağılmış insanlara qurban əti payı hazırlanır».
Təxminən 10 tona yaxın mal ətininin tədarükünün görüldüyünü bildirən mötəbər mənbəmiz onu da bildirdi ki, FHN şefinin sovqatı iki gün ərzində Türkiyəyə yola salınacaq.