TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                 

“QƏZETDƏ OXUDUM Kİ, GUYA MƏN HƏYAT YOLDAŞIMLA..."
Tarix: 11-09-2012, 12:18 | Çap et
“QƏZETDƏ OXUDUM Kİ, GUYA MƏN HƏYAT YOLDAŞIMLA..."

"O SEVGİ NAKAM SEVGİDİR"

Müğənni Lalə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Lalə xanım, dünəndən bu günə nə dəyişib?

- Çox şeylər dəyişib. Əvvəllər səhv etməyə yaşım çatırdısa, indi artıq səhv etmək hüququm azalıb. Çünki ailəm, övladım var. Mən hər bir ailə üzvümə görə məsuliyyət daşıyıram. Eyni zamanda da illər ərzində sənətimdə topladıqlarımı bir səhvim ucbatından məhv edə bilmərəm.

- İngilis dili fakültəsini bitirmisiniz. İngilis dili yadınızdan çıxmayıb hələ?

- Nə yaddan çıxmaq? Mən ingilis dilində dərs deyirəm. Həmçinin pedaqoji fakültəni bitirmişəm.

- Onda ingiliscə necə deyərdiniz: "Bu şou-biznes ki var, çox qəliz məsələdir"?

- (gülür) ...This show business is very difficult matter.

- Şou-biznesdə baş çıxara bilirsiniz?

- Nəyə görə şou-biznes deyəndə pis şeyləri nəzərdə tuturlar? Mən əgər bu gün yaradıcılığımla pul qazanıramsa, deməli, mən şou-biznesdəyəm və təəssüf ki, qazanc yerimiz yalnız toylardır. Arzu edərdim ki, sivil ölkələrdəki kimi, bizim də qazanc mənbəyimiz verdiyimiz konsertlər, buraxdığımız albomlar, televiziyadakı çıxışlarımız olsun.

- Atalar deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz. Şou-biznesi bir qazana bənzətsək, görün orada neçə qoçun başı bir yerdə qaynayır?

- Çoxdur... (gülür) Mən deyərdim, şou-biznesdə qoçlar çoxdur, amma onların başları bir qazanda qaynadığı üçün də bişən yeməyin dadı tamaşaçını qane etmir.

- Od olmayan yerdən, doğrudan, tüstü çıxmır?

- Düz fikirdir. Heç vaxt elə-belə tüstü çıxmaz. Səbəbsiz heç nə olmur.

- Özünüz haqda bu günədək hansı xoşagəlməz şayiəni eşitmisiniz?

- Təzə ailə qurmuşdum. Bir gün qəzetdə oxudum ki, guya mən həyat yoldaşımla dalaşmışam və qayınanam məni qəbul eləmir. Bu xəbəri oxuyanda ailəlikcə çox güldük. Mən çox gözəl anlayıram ki, çoxları inana bilmirlər ki, müğənninin həyatında hər şey yolunda gedə bilər.

- Əvvəl məşhurlaşmaq asan idi, yoxsa indi?

- Məşhurlaşmaq əvvəllər daha çətin idi. Əgər kifayət qədər istedadın, normal repertuarın yox idisə, səni efirə və radioya buraxmazdılar. Amma bu gün televiziya və radiolarda kommersiya saatları var ki, həmin vaxtlarda pulun varsa, keyfiyyətsiz mahnın və ifanla efirdə səslənə və görünə bilərsən. Ona görə də əgər pulun varsa, məşhur ola bilərsən.

- Bəs gənc müğənnilər tanınmaq üçün hansı üsullardan istifadə etməlidirlər?

- Gənc müğənni, əgər istedadı varsa, hər zaman öz üzərində çalışmalı, intellektini artırmalıdır. Yox, əgər istedadı yetərincə deyilsə, o zaman peşəsini dəyişməlidir.

- Qadın həmkarlarınızla bir araya gələndə kim özünü daha çox dartır, kim isə hər zamankı kimi sadədir?

- Mən özünü dartan, göylə aparan heç bir həmkarımı görmürəm. Yaşından, başından asılı olmayaraq kimsə mənim yanımda özünü göylə aparanda mən o insanın kompleksli olduğunu düşünürəm.

- Müğənnilərdə sevmədiyiniz xüsusiyyət nədir?

- Bilirsiniz, nəyi bəyənmirəm? Efirdə bir cür danışıb, kimlərəsə "həyat fəlsəfəsi" dərsini keçən, özünü nümunəvi göstərən, adi həyatda isə dediklərinə tam zidd həyat tərzi sürən sənətçiləri sevmirəm. Bir də, yaşından, sənətindən asılı olmayaraq hansısa sənətçi hansısa verilişdə və ya saytda çıxıb geyiminin brendindən danışanda çox qıcıqlanıram, ürəyim sıxılır. Mənə elə gəlir ki, o insan bu brendi heç vaxt görməyib və indi görüb, insanlara nümayiş etdirir ki, mən brend geyinirəm.

- Lalə Məmmədova bu gün konsert versə, zalı tam doldura bilər?

- Mən hər zaman deyirdim ki, mən özüm heç vaxt konsert verməyəcəm, yalnız təklif gəlsə, edərəm. Elə alındı ki, Rəşid Behbudov adına Mahnı Teatrının solisti seçildim və onlar mənə konsert keçirməyi təklif etdilər. İnşallah, bu ilin axırınadək iki günlük konsertim nəzərdə tutulub. Amma tarixi hələ dəqiqləşməyib. O ki qaldı zalın dolmasına, mən çox rahatam. "Leyli və Məcnun" tamaşasını oynayanda üç gün ərzində bütün biletlər satıldı. Hər kəs məndən bilet istəyirdi. Elə bilirdilər, biletləri mən paylayıram. Utandığımdan telefon nömrəmi də dəyişmişdim. Onda əmin oldum ki, məni sevənlər çoxdur və mən bilet satışından zərrə qədər də narahat deyiləm.

- Açıq etiraf edə bilərsiniz, kimlə rəqabət aparırsınız?

- Mən hamını özümə rəqib bilirəm. İstəyir, yeni müğənni olsun, istəyir, illərdir sənətdə olsun. Amma yaxşı mənada. Bu, düşmənçilik deyil, sağlam rəqabətdir. Kim deyirsə ki, mənim rəqibim yoxdur, düz deyil.

- Ailə qurmaq sizin hansı planlarınızı ürəyinizdə qoyub?

- Heç bir planımı ürəyimdə qoymayıb. Mən 8 ildir ki, ailəliyəm və bu günədək sənətimdə bir dəqiqə belə fasilə verməmişəm. Mənim ən böyük dəstəkçim elə yoldaşımdır. Yoldaşım kimi məni bu qədər tanıyan ikinci bir prodüser olmayıb, olmayacaq da.

- Qızınız bacısız, qardaşsızmı böyüyəcək?

- Qızım çox istəyir (gülür). Elə mən də yenidən ana olmaq istəyirəm. İstəmirəm, qızım tək böyüsün. İnşallah, Allah nə vaxt qismət etsə, o vaxt da olar.

- Şou-biznesdə ən gözəl qadın həmkarınız kimdir?

- Mən əgər plastik gözəlliyə üstünlük versəydim, sizin gördüyünüz Lalədən qat-qat gözəl olardım. Amma mən təbiiliyi sevirəm. Əlbəttə ki, yaş özünü göstərəndə nələrəsə əl atmaq olar, amma çərçivədən çıxmamaq şərtilə. Bu günədək istəsəydim, burnumu, bədənimi düzəltdirərdim, amma Allah verənlə kifayətlənirəm. O gün disk almaq üçün mağazaya girmişdim, rəflərə baxıb gördüm ki, disklərin üstündəki müğənnilər hamısı bir-birinə oxşayır. Qabarıq dodaqlar, kəsilmiş burunlar, hədəqədən çıxmış qaşlar. Haradasa ürəyim ağrıdı onlara. O vaxtın gözəl aktrisaları vardı ki, heç bir plastik əməliyyat keçirmədən gözəl qala biliblər. Məsələn, Leyla Bədirbəyli, Nəcibə Məlikova...

- Tamaşada Leylini mükəmməl oynadınız, həyatda da Lalə Leyli kimi sevir?

- Mən sevməsəydim, heç vaxt ailə qurmazdım. Qaldı ki Leylinin sevgisi, elə sevmək hələ heç kimə nəsib olmayıb. O sevgi nakam sevgidir, fəlsəfi və ilahi sevgidir. Mən sevirəm, amma boynuma alım ki, Leyli kimi yox.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru