"Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                 

“Asmet LTD” şirkətinin rəhbəri nədən istefa vermək zorunda qalıb? - "Rüşvəti çatdıra bilmədiyim üçün istefa vermək qərarına gəldim"
Tarix: 29-09-2014, 09:17 | Çap et
“Asmet LTD” şirkətinin rəhbəri nədən istefa vermək zorunda qalıb?
Bir müddət əvvəl əcnəbi vətəndaşın başına gələnlərlə bağlı redaksiyamıza məlumat daxil olmuşdu. Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Bakıda avtomobil təmiri ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Taqavi Seyidrzanı Biləsuvar rayonu ərazisində zorla deportasiya edərkən əcnəbi vətəndaşı o qədər incidiblər ki, o, avtomobildən atılaraq özünü öldürmək istəmişdi. Və ciddi xəsarətlər almışdı. DMX-nin əməkdaşları bir gün sonra nəinki qanuna, ümumiyyətlə, insanlığa yaraşmayan addım ataraq ağır vəziyyətdə olan əcnəbini yenidən deportasiya etmək üçün Biləsuvara aparıblar. Və bu “əməliyyat”a DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəis müavini Rövşən Səfərov başçılıq etmişdi. Bu gün isə DMX-nin qanunsuz əməlləri, məmur özbaşınalığı ilə bağlı başqa bir əcnəbi vətəndaş — Türkiyə Respublikasının vətəndaşı Mehmet Uğursevərlər Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib. Yəni DMX-də baş verən qanunsuzluqlar artıq sistemli xarakter alır. Ona görə də problemə daha dərindən toxunmaq istəyirik. Azərbaycan Respublikası Prezdentinin təsdiq elədiyi “Dövlət Miqrasiya Proqramı”nda ölkəmizin miqrasiya siyasətinin əsasları mükəmməl şəkildə öz əksini tapıb. Ancaq buna baxmayaraq əcnəbi şəxslərlə, miqrantlarla bağlı problemlər azalmaq əvəzinə artmaqda davam edir. Əcnəbi iş adamlarının ölkəmizə gəlməsi, təkcə xarici kapitalın iqtisadiyyatımıza yatırılması, yeni iş yerlərinin açılması deyil. Bu həm də stabilliyin göstəricisidir və dövlətimizin müsbət imicinin formalaşmasında ciddi rol oynayır. Ancaq çox təəssüf ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) işini düzgün qura bilməməsi ciddi problemlər yaradır. Bu isə əcnəbi iş adamlarının narazılığına səbəb olur. Sözün düzü, DMX-nin rəhbərliyi dəyişəndə və Firudin Nəbiyev rəis təyin olunanda çoxu düşünürdü ki, vəziyyət müsbətə doğru dəyişəcək. Ancaq bu gözləntilər özünü doğrultmadı. Əksinə yeni rəhbərlik peşəkar kadrları işdən uzaqlaşdırmağa, öz savadsız “əlaltıları”nı iş başına gətirmyə başladı. Firudin Nəbiyevin “etimad” göstərdiyi şəxslərdən bir də onun “sağ əli” olan DMX -nin Miqrasiya Nəzarəti Baş İdarəsnin rəis müavini Rövşən Səfərovdur. Bütün əcnəbi iş adamları, miqrantlar Rövşən Səfərovun əlindən beziblər. Baş idarənin rəis müavini əcnəbi iş adamları ilə Xidmətin ofisindən kənarda, qeyri-rəsmi yerlərdə “konfidensial” görüşlər keçirir, onlarla sövdələşmələr aparır. Hər dəfə də xüsusi olaraq vurğulayır ki, mən Firudin müəllimin adından danışıram haa… İndi isə konkret olaraq Türkiyə vətəndaşının müraciətinə nəzər salaq. Türkiyə vətəndaşının dediyinə görə, Azərbaycan Dövlət Miqrasiya Xidməti onu ölkədən deportasiya eləmək istəyir. “Asmet LTD” şirkətinin keçmiş direktoru Mehmet Uğursevərlər qafqaznews.org-a bildirib ki, mən Dövlət Miqrasiya Xidmətindəki məmurların cinayətini ifşa elədiyim üçün mənə qarşı belə bir tədbir görürlər. Şikayətçi DMX-nin Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərovun qəbul etdiyi qərarı da bizə təqdim elədi.

Həmin qərarda göstərilir ki, “Asmet LTD” şirkətinin inzibati hüquqpozmaları ilə bağlı məsələyə 3 oktyabr 2014-cü il tarixdə baxılacaq. “Sizin “Asmet LTD”-yə nə aidiyyətiniz var” sualına şikayətçi belə cavab verdi: “ Beş il müddətində mən bu şirkətin direktoru olmuşam. Ancaq bu il Miqrasiya Xidmətinə rüşvəti çatdıra bilmədiyim üçün vəzifəmdən istefa vermək qərarına gəldim”. Mehmet Uğursevərlərin sözünə görə, şirkət hər il dövlət büdcəsinə müəyyən məbləğdə pul ödəyir: “ Bu məbləğ mənim Azərbaycanda yaşamağım və işləməyim üçün ödənilir. Ancaq bu qanuni məbləğdən başqa mən hər il Miqrasiya Xidmətinin əməkdaşı Əfrasim Aşurbəyova 1200 manat rüşvət verirdim.

“Asmet LTD” şirkətinin rəhbəri nədən istefa vermək zorunda qalıb?

DMX rəisi ona göstərilən etimadı doğrultmadı Ancaq bu il mən Aşurbəyovun tələb elədiyi pulu verə bilmədim. Ona görə də Miqrasiya Xidmətinin rəhbərliyi məni Azərbaycanda yaşamaq və işləmək hüququndan məhrum elədi. Ancaq məsələ bununla bitmədi. Miqrasiya Xidməti şirkətin özünü də cəzalandırmaq qərarına gəldi. Şikayətçinin sözünə görə, “Asmet LTD”-ni şəxsən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev cəzalandırıb. “Cəza nə ilə bağlı idi” sualına şirkətin keçmiş direktoru belə cavab verdi: “ Bir həftə əvvəl Xidmətin işçiləri birdən-birə “Asmet LTD”-nin Gəncə şəhərindəki ofisində yoxlamaya başladılar. Bu vaxt mən şirkətin ofisində idim. Mən şəkər xəstəsi olduğum üçün hər gün vaksinasiya elətdirirəm. Vaksinasiyanı şirkətdə işləyən həyat yoldaşım edir. Mən şirkətin ofisində olarkən Miqrasiya Xidmətinin əməkdaşları heç bir əsas olmadan məni saxladılar. Onlar məni şirkətin ofisində olmağımla bağlı rəsmi izahat yazmağa məcbur elədilər. Mən onların tələblərini yerinə yetirməyə məcbur oldum, ancaq yazdıqlarımı imzalamadım. Ona görə ki, mən yazdığım izahata Xidmətin əməkdaşları öz əlavələrini etmişdilər”.turrk DMX rəisi ona göstərilən etimadı doğrultmadı Türkiyə vətəndaşının sözlərinə görə, Dövlət Xidmətinin ona qoyduğu qadağaya baxmayaraq guya “Asmet LTD” şirkəti onun xidmətindən istifadə edir, ona görə də şirkət cəzalandırılır. Mehmet bəyin fikrincə, 3 oktyabr 2014-cü il tarixdə Miqrasiya Xidməti şirkəti cərimə edəcək. Türkiyə vətəndaşı qafqaznews.org saytı vasitəsilə öz ölkəsinin Azərbaycandakı səfiri cənab İsmail Alper Coşquna müraciət edərək onun hüquqlarını qorumağı xahiş edir. Biz deyilənlərə aydınlıq gətirmək üçün Əfrasim Aşurbəyovla əlaqə saxlamaq istəsək də, Xidmətdən bildirdilər ki, o, hazırda ölkə xaricindədir. Biz Türkiyə vətəndaşının şikayəti ilə bağlı Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə zəng elədik. Şöbənin əməkdaşı Fizuli (familiyasını deməkdən imtina etdi ) bizdən xahiş etdi ki, şikayəti Xidmətin ünvanına göndərək. O, bildirdi ki, biz araşdırma aparıb nəticə ilə bağlı sizə məlumat verəcəyik. “Biz nə vaxt cavab ala bilərik” sualına Xidmətin əməkdaşı belə cavab verdi: “ Mən deyə bilmərəm. Bu, araşdırmanın müddətindən asılı olacaq”. Redaksiyadan: Hər iki əcnəbinin başına gələnlər bir daha onu göstərir ki, söhbət hansısa əməkdaşın, yaxud idarə rəisinin qanunsuz hərəkətindən deyil, məhz DMX rəisi Firudin Nəbiyevin yerində olmamasından gedir. Həm də bütün əməkdaşlar açıq şəkildə bildirir ki, biz Firudin müəllimin adından danışırıq. Digər tərəfdən Türkiyə vətəndaşına göstərilən münasibət, Ulu Öndərin “Bir millət iki dövlət” şüarına nə dərəcədə uyğundur? Bəlkə, bu suala Firudin müəllim özü cavab versin?!
\\ qafqaznews.org \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru