Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                     Dostları Aysuna .....                     Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? .....                     İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır .....                     Hansı partiya neçə mandat qazandı? .....                     231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI .....                     ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” .....                     Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” .....                     ADNSU-dan "AZI" məsələsinə reaksiya: .....                     Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək .....                     Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... .....                     "Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." .....                     Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: .....                     Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin .....                     Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya .....                     Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib .....                     Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? .....                     "Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir .....                     İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... .....                     Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... .....                     Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi .....                     Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı .....                     Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı .....                     “Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...” .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi .....                     Paşinyan təkbaşına hökumət qura biləcək? .....                 

ETN-də monopoliya: Kimin "adamı" varsa, o da dərslik yazır - NAZİRLİK SUSUR
Tarix: 9-09-2023, 10:14 | Çap et
ETN-də monopoliya: Kimin "adamı" varsa, o da dərslik yazır
“Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərdəki nöqsanlardan xəbəri yoxdur. Bu nöqsanları ona çatdırmağa isə Nazirliyin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu mane olur. Vəfa Yaqublu bizimlə Elm və Təhsil Nazirliyi arasında divardır. O imkan vermir ki, dərslikdəki çatışmazlıqlardan, nöqsanlardan nazirin xəbəri olsun”.
DİA.AZ bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında ötən həftə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxıda keçirilən “Azərbaycan Dili Və Ədəbiyyatı” forumunda dərslikdəki problemlər barədə nazir Emin Əmrullayevə iradlar bildirən Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə söyləyib.
Şair dərslikdəki qüsurları nazirin üzünə dedi
Qeyd edək ki, Q. Nəcəfzadə forumda iştirak edən Elm və təhsil naziri Emin Əmrullayevə dərsliklərlə bağlı iradlarını bildirərək salınan şeirlərin biyabırçı vəziyyətdə olduğunu söyləyib. Onun bu fikri tədbirdə müəyyən narazılığa səbəb olub. Bəzi deputat və məmurlar onun çıxışına müdaxilə edərək nöqsanları Emin Əmrullayevin iştirak etdiyi tədbirdə açıq şəkildə səsləndirməsinə mane olmağa cəhd edib.

Dərsliklərə salınan şeirləri kim quraşdırır?
Q.Nəcəfzadə müsahibəsində bildirib ki, dərsliklərdə ədəbi mətn və şeirlər gülməli vəziyyətdədir. Mətnlər şagirdlərə heç bir bilik vermir, şeirlərdə qafiyə yoxdur. Bir sözlə, dərsliklərdə çox ciddi nöqsanlar var:
“Mən bu iradları söyləyəndə, dərslikləri çapa qəbul edənlərin, nəşriyyat rəhbərlərinin xoşuna gəlmir. Onlar tapşırıqlara uyğun şeirlər verildiyini, mətnlər salındığını söyləyirlər. Düzdür, dərsliyə salınan şeirlər tapşırıqlara uyğun olmalıdır. Amma bu o demək deyil ki, dərsliklərə məzmunsuz şeirlər və mətnlər salınmalıdır. Tapşırığa uyğun şeir yüz şeirin içərisindən seçilməlidir. Amma dərslik çap edənlər özlərindən cavaba uyğun şeir quraşdırırlar".
Q.Nəcəfzadənin sözlərinə görə, “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılovun nəşriyyatının hazırladığı 1-ci sinifdən 9-cu sinfədək dərsliklərdə belə qondarma imzalarla şeirlər verilir. Halbuki, Azərbaycanın şifahi xalq ədəbiyyatı zəngindir. Oradan yüz şeir tapmaq olar. Dərslik yazanlar isə bu zəhməti çəkmək istəmirlər. Əziyyət çəkib uyğun şeir axtarmaqdansa, özlərindən cavablara uyğun şeir quraşdırırlar. Nəticədə belə bərbad dərsliklər ortaya çıxır.
"Mənim bu nöqsanlarımı nazirə deməyim çoxunun xoşuna gəlmir”- Q.Nəcəfzadə söyləyib.

Nazirliyin nümayəndəsi susur
Həmsöhbətimiz bildirib ki, V.Yaqublu dərsliklərdəki bu cür qüsurlara göz yumur:
“Yaxşı ki, belə tədbirlər var, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən forumda mən bu problemləri nazirə çatdırdım. Deputat Nizami Cəfərov isə bu problemləri səsləndirməyimə narazılıq etdi, nazirdə heç bir günah olmadığını söylədi. Amma Nazirliyin o dərsliklərdə möhürü var. Elm və Təhsil Nazirliyi bu dərsliklərin hazırlanması üçün pul ayırır. Bilmir ki, aldığı məhsulun keyfiyyəti necədir?”.
Sputnik Azərbaycan şairin səsləndirdiyi ittihamlara cavab vermək üçün V.Yaqubluya müraciət etsə də, o, susmağı üstün tutub.

"Onun iddiası əsassızdır"
“Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov isə iddialarla razılaşmır. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərə salınan şeirlər uşaqların yaş qrupuna uyğun seçilir:
"Bizim klassik uşaq ədəbiyyatında uşaqlara uyğun şeirlər yoxdur. Çoxsaylı arxaik sözlər olduğundan, uşağa həmin şeirləri təqdim etmək olmur. Biz isə onları dəyişə bilmərik. Ona görə də məcburuq elə şeirlər seçək ki, müəllif az tanınmış şəxs olsa da, uşağın başa düşəcəyi şeir və mətn nümunəsi olsun. Qəşəm Nəcəfzadə istəyir ki, dərsliyə onun şeirləri salınsın. Mən bir dəfə Hüseyn Cavidin “Ana” şerində türk dilində olan sözləri dəyişdiyim üçün tənqidlərə məruz qalmışdım. Hamı üstümə gəldi ki, Cavidi redaktə edir, onun yazdığı şeiri dəyişirsən. Amma o formada uşağa vermək mümkün deyildi".
R.İsmayılın dediyinə görə, dərsliklər Elm və Təhsil Nazirliyində çoxsaylı “süzgəclərdən” keçirilir:
"Orada elə yüksək səviyyəli ekspertlər iştirak edir ki, onlar Qəşəm Nəcəfzadəni təhsil məsələsində “suya aparıb, susuz gətirər”. Görünür, bu tənqidlərdə şəxsi qərəz var".
R.İsmayılov bildirib ki, dərsliklər hazırlanaraq əvvəlcə sınağa təqdim olunur, ondan sonra ikinci sınağa verilir. İki ildən sonra ümumtəhsil müəssisələri üçün dərslik formasında kütləvi çap olunaraq məktəblərə paylanılır.

Ədəbiyyat dərsliklərindəki biabırçılıq
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) dosenti, dərsliklərlə bağlı ekspert Fəxrəddin Yusifov isə Sputnik Azərbaycan-a açıqlamasında Q.Nəcəfzadənin dərsliklərlə bağlı səsləndirdiyi iradların haqlı olduğunu söyləyib. O, bildirib ki, 5-9 sinif ədəbiyyat dərsliklərinə salınan bütün mətnlərin hamısı ixtisarla təqdim olunub.
"İstər şeir parçaları, istərsə də bədii nəsr və dramaturgiya əsərləri ixtisarla verilir. Bunu bəhanə edirlər ki, dərsliyin həcmi 202 səhifə ilə məhdudlaşır deyə bədii mətnlər ixtisarla verilir. Bədii mətnləri ixtisarla verdikdə onun ideyasına çox ciddi zərbələr vurur. Müəllim üçün vəsaitə daxil olan metodiki göstərişlər dərsliyə daxil edilir. Ədəbiyyat dərsliyində yarım səhifə şeirə dörd səhifə metodik göstəriş verilir. Bəs onda müəllim üçün vəsait nəyə lazımdır?" - deyə F.Yusifov söyləyib.
Onun sözlərinə görə, qələm təcrübəsi olmayan şəxslərin əsərlərini dərsliyə daxil edirlər. Həmsöhbətimiz deyir ki, ali məktəbdə keçirilən ədiblərin əsərləri orta məktəb dərsliyinə salınmalıdır:
"İndi orta məktəbdə keçməyə böyük əsər tapılmır. Mətnlərin sadədən mürəkkəbə doğru getməsində sistem tamamilə pozulub. Müəlliflərin ixtiyarına buraxılan dərsliklər belə biabırçı vəziyyətə gəlib çatıb. Dərsliklərin hazırlanmasında koordinasiya olmalıdır. Hansı əsərlərin, nə həcmdə dərsliyə salınmasına geniş müzakirə olunduqdan sonra qərar verilməlidir. Ədəbiyyat dərsliyi belə tərtib olunmamalıdır. Mətnlərdə eyni fikirlər təkrar olunur, qruplara eyni tapşırıqlar verilir. Bu, dərsliklərdə də, müəllim üçün vəsaitlərdə də təkrarlanır".
Mütəxəssis söyləyir ki, müəllim üçün metodiki vəsiatlərdə irəli sürülən bütün təkliflər yanlış və qüsurludur. Həmçinin metodiki vəsaitlərdə tədqiqat suallarının qoyulması qətiyyən məzmunla uyğun deyil.

Mətn seçimini müəlliflərin ixtiyarına buraxmaq olmaz!
"Əsərin təhlili ilə bağlı motivasiya sualları məzmun dərslərinə qoyulub. Əsərin məzmununu bilməyən şagird təhlil sualına cavab verə bilərmi? Şagirdlərin təfəkkürünü məhdudlaşdırmaq üçün dərsliklərin içərisində müəyyən çərçivədən çıxmamaq üçün tələb qoyulur. Bu sərbəst düşüncəni məhdudlaşdırmaqdır. Bu zaman uşaqlar əsərləri necə təhlil etsinlər? Dərslik siyasəti dəyişməlidir. Bədii mətnlərin seçilib dərsliklərə salınmasına xüsusi işçi qrupu baxmalıdır. Bunu müəlliflərin ixtiyarına buraxmaq olmaz! Bədii mətnləri qətiyyən ixtisarla vermək olmaz. Uşaq beş mətn öyrənsin, amma tam öyrənsin, nəinki ixtisarla. İxtisarla təqdim olunan mətnlərin mövzusu və ideyası təhrif olunur" - F.Yusifov deyib.
O vurğulayıb ki, isbat etmək çətin olsa da, dərsliklərə şeirlərin, mətnlərin “tapşırıqla” salınması halları mövcuddur.

Kimin adamı var, o dərslik yazır?
F.Yusifovun sözlərinə görə, dərsliyə salınan şeirlərin bədii sənətkarlıq baxımından zəif olması bunun sübutudur. Məsələn, milli mənəvi dəyərlər başlığı altında verilən təmsillərin milli mənəvi dəyərlərlə qəti bağlılığı yoxdur.
Həmsöhbətimiz iddia edir ki, dərsliklərin ictimai müzakirəsi formal aparılır:
"Mən universitetdə rəy hazırlamaq istəyəndə çoxsaylı hücumlara məruz qaldım. İndi dərsliklərlə bağlı sizə dediyim nöqsanların çoxunu rəylərimdə yazıb göndərmişdim. Nazirlik tapşırıq əsasında bəzi müəlliflərin üzünə qapılar açır, onlara şərait yaradır. Bunu isbat etmək çətin olsa da, reallıqdır. Nə qədər ki, dərslik çapında tanışlıq, tapşırıq rol oynayacaq, dərsliklər belə biabırçı vəziyyətdə də çap olunacaq".
Xatırladaq ki, Təhsil İnstitutunun bazaВ­sında Dərsliklərin Müstəqil MoniВ­torinq Mərkəzi yaradılıb, çapdan əvvəl dərsliklər ictimai müzakirəyə çıxarılır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Bu gün, 11:59
Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... - İLGİNC İDDİA
Bu gün, 11:58
"Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 11:51
Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: - 50 min manatlıq cərimə GƏLİR
Bu gün, 11:43
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin apellyasiya şikayətinə baxılacaq
Bu gün, 11:41
Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya - “Hraparak”
Bu gün, 11:24
Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib
Bu gün, 11:21
Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama
Bu gün, 11:20
"Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT
Bu gün, 11:19
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 11:13
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir - Paşinyan
Bu gün, 10:58
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
Bu gün, 10:55
Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... - ÇÜNKİ...
Bu gün, 10:49
Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:31
Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:29
Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:27
“Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”
Bu gün, 10:25
Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi
Bu gün, 10:20
Paşinyan təkbaşına hökumət qura biləcək? - ŞƏRTLƏR
Bu gün, 10:15
Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək - GƏLİŞMƏ
Bu gün, 10:11
Tokayev və Kobaxidze Paşinyanı təbrik edib
Bu gün, 10:08
Ermənistanda səslərin hamısı hesablandı, Paşinyanın partiyası qalib gəldi - 49,81% səslə...
Bu gün, 10:04
Süni intellekt Yer kürəsində ən böyük resurs istehlakçılarından birinə çevrilir -Fəlakətin miqyası tükürpədicidir
Bu gün, 09:59
Ermənistan Rusiyasız mövcud ola bilməz - Ayvazyan
Bu gün, 09:56
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO
Bu gün, 09:52
İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: - Bu obyektlər VURULDU
Bu gün, 09:50
Ermənistanda seçkilər: - son məlumatlar
Bu gün, 09:48
"Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... - "Bundan sonra harda iş tapaq?"
Bu gün, 09:45
Bakıdan Bakıya... BU QƏDƏRMİ ÇƏTİNDİR? - "...cavab ala bilmirəm"
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru