MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                     Şəmkirdə körpə qızdırmadan ölüb .....                     Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır .....                     Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi .....                     Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib .....                     Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... .....                     Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı .....                     Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... .....                     “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq .....                     Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                     Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                 

Yardımlı təhsilində belə işlər də olur... - TƏFƏRRÜAT
Tarix: 30-12-2021, 09:31 | Çap et
Yardımlı təhsilində belə işlər də olur...
Təqribən bir ay öncə "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Yardımlı rayon Separadi kənd M.A.Ağayev adına tam orta məktəbinin müəllimləri barəsində məlumat daxil olmuşdur.

Məlumatda bildirilir ki, adıçəkilən orta məktəbin müəllimləri Əliyev Bəxtiyar Xanış oğlu və Hüseynov Neman Mirhüseyn oğlu 08.10.2019-cu il tarixində "Kərbəla" ziyarətinə getmək üçün ölkədən çıxıb, 25.10. 2019-cu il tarixində ölkəyə qayıdıblar. Lakin, maraqlıdır ki, 08.10.2019-cu il tarixindən etibarən hər iki təhsil işçisinin adına Yardımlı rayon Mərkəzi Xəstəxanasında bülleten açılıb. Güya, hər iki müəllim bu müddət ərzində xəstə olduqları üçün işə çıxmayıblar.

Artıq, adıçəkilən iki müəllimdən biri - Əliyev Bəxtiyar Xanış oğlu 2020--ci ildən təqaüd yaşı çatdığına görə işindən uzaqlaşdırılıb. Digər, müəllim - ingilis dili müəllimi, Hüseynov Neman Mirhüseyn oğlu isə hazırda işini davam etdirir. Hətta, rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin "etibarlı adam"ı olaraq, artıq bir neçə müddətdir direktorsuz qalan Separadi kənd orta məktəbinin idarəçiliyi də müvəqqəti, qeyri-rəsmi olaraq Neman Hüseynova və həmin məktəbdə riyaziyyat müəlliməsi olan həyat yoldaşına həvalə edilib.

Özü də bizim Neman müəllimin yaşının az olmasına baxmayaraq, maşallah "10 barmağında 10 mərifət var imiş".

Belə ki, Astara Pedaqoji Kollecini bitirmiş, yəni orta ixtisas təhsilli, məlumatda bildirildiyinə görə diaqnostik qiymətləndirmədə cəmi 16 bal toplayan fərasətli ingilis dili müəllimi Neman Hüseynov milli adət-ənənələrimiz olan mərasimlərdə də aktiv iştirak edir.
Yaslarda molla, toylarda tamada olan Neman müəllim, yay aylarında yaşadığı Masallı rayon ərazisində yerləşən bəzi istirahət mərkəzlərində də "önəmli vəzifə" icraçısıdır. (Bu barədə ətraflı növbəti yayımlarımızda)

Bundan əlavə, redaksiyamıza daxil olan digər məlumatda deyilir ki, Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə Yardımlı rayonunda, tabeçiliyində olan bütün orta məktəblərin direktorlarına dərs bölgüsünü qadağan edib. Yəni, bütün dərs bölgülərini Manaf müəllim birbaşa özü müəyyən edir ki, buna onu "daxili ədalət"i deyil, müəyyən şəxsi maraqları vadar edir.

P.S: Məlumat daxil olan kimi biz hər zaman olduğu kimi məsələyə obyektiv yanaşaraq, İlk növbədə Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxladıq. Manaf müəllim özü haqqında deyilənləri təkzib etdi. Separadi kənd orta məktəbinin müəllimləri barəsində deyilənlərdən isə məlumatsız olduğunu, ən qısa müddətdə araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Bundan sonra biz Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq. Rasim Əkbərov da məsələdən məlumatsız olduğunu və araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Aradan bir neçə saat keçdikdən sonra Təhsil şöbəsinin müdirini və baş həkimi aradığımız telefon nömrəsinə zəng gəldi. Zəng edən bəhs etdiyimiz iki müəllimdən biri, Hüseynov Neman Mirhüseyn oğlu idi.

- "Salam, qardaş. Mənim barəmdə müdirə zəng etmisiniz. Nə qulluq, müəllim?"

Biz ona haqqında redaksiyamıza məlumat daxil olduğunu bildirdik.
Neman müəllim başladı cavab vermək əvəzinə bizi sorğu sual etməyə ki, -"sizə məlumatı kim verib?, İnternetlə, yoxsa əlyazma ilə yazıb?" və sair.

Neman Hüseynov:
- "Müəllim, bu şəxsi münasibətlər zəminində olmuş şeydi. Sən orda yazginən ki, biz araşdırdıq gördük yalandır. Özün də cənub tərəfə gələndə, qardaşuva xəbər elə, oturaq çay içək, söhbət edək".

Biz Neman Hüseynovun diqqətinə çatdırdıq ki, biz sadəcə məlumatın araşdırılması üçün aidiyyatı tərəflərlə əlaqə saxladıq. Kütləvi informasiya vasitələri haqqında qanunda deyilir ki, bizim yazılı, yaxud şifahi məlumat almaq ixtiyarımız var.

Bundan sonra Neman Hüseynov başladı aqressiv danışmağa.

- "Müəllim, çox elə xoddara getmə. Gah xəstəxanaya zəng edirsən, gah təhsil şöbəsinə zəng edirsən. Mən sizin haqqınızda hüquq mühafizə orqanlarına müraciət edəcəm. Özüm ikinci qrup əliləm. (uşaqlıq illərində aldığı xəsarətin nəticəsi olaraq, qolunda problemi var) Məni əsəbləşdirməyin. Gedin araşdırın. Mən də sizin haqqınızda lazımi yerlərə məlumat verəcəm. Mən YAP-ın üzvüyəm."

Deyəsən, Neman Hüseynov YAP-ın üzvü olmağın mahiyyətini yanlış anlayıb. YAP-ın üzvü olmaq istədiyin yerdə, istədiyin qanunsuzluqları törədə biləcəyin anlamına gəlmir, hörmətli Neman müəllim. YAP-ın üzvlük vəsiqəsi qeyri-qanuni əməllər üçün "yaşıl işıq" sayılmır.


Neman Hüseynov deyir:
- "Haqqımda deyilənlər hamısı yalandır. Sadəcə Təhsilin müdiri ilə baş həkim narahat olub, mən də ona görə narahatam."

Maraqlıdır, biz sadəcə məsələnin obyektiv araşdırılması üçün aidiyyatı tərəf olaraq, məlumat almaq istədik. Onları bu qədər narahat edən səbəb nədir, görəsən?

Baş həkim Rasim Əkbərov və Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefonla danışdığımızdan 1 gün keçdikdən sonra, hələ də cavab gəlmədiyini görüncə, təkrar aramağı düşündük.

İlk olaraq, Manaf Səmədzadəyə zəng etdik. Manaf müəllim dəstəyi qaldırmadı.

Bundan sonra baş həkim Rasim Əkbərovu aradıq.

Rasim Əkbərov məlumatın doğruluğunu təsdiq etdi və bildirdi ki, "Bəli, həmin müddətdə bizim xəstəxanada həmin şəxslərin adına bülleten açılıb. Maarifə demişik surətini göndərsin araşdıraq. Artıq, Dövlət Sərhəd Xidmətindən də dəqiqləşdirmək üçün tərəfimizdən sorğu hazırlanır. Onların qeyd edilən müddətdə ölkədən çıxış-girişi barəsində."

Deyəsən rayonda bir çox sahələrdə "mükəmməl" olan Neman Hüseynovun, "6-cı hiss"i də digər istedadlarından geri qalmır. Biz Manaf müəllim və Rasim doktorla danışıb bitirən kimi, dərhal o da bizə zəng edir.

Bu dəfə də belə oldu.
Neman Hüseynov yenidən bizə zəng etdi.

Deyəsən bu dəfə əsəbləri sakitləşmişdi.

- Salam əleyküm, qardaş. Neman Hüseynovdur Yardımlıdan.
Nətərsiz?
Mənə baş həkim zəng etdi ki, "sən o vaxt ölkədən çıxmısan, çıxmamısan."
Nə məsələdir, qardaş?

Biz:
- Bizdən niyə soruşursunuz? Biz dünən sizinlə danışdıq, bitdi. Biz işimizi icra edirik.

Neman Hüseynov:
- Sən məni balaca oğlan bilməye...

Biz:
- Yox, qətiyyən biz sizi "balaca oğlan" bilmirik. Sizin barənizdə elə məlumatlar almışıq ki, yay aylarında istirahət mərkəzlərində nə kimi rolunuzun olduğunu, bəzi məmurlarla aranızda hansı bağların olduğunu, kimlərlə necə bağlantılarınızın olduğunu və kimlərə nə kimi xidmətlər göstərdiyinizi bilirik. (Bu barədə ətraflı növbəti yayımlarımızda) Təbii, ona görə də bu cür danışıq tonu sizdən gözləniləndir. Amma, o cür şərtlər altında tanıdığınız məmurlara arxalanmaq düzgün deyil.

Neman Hüseynov:
- Müəllim, xahiş edirəm, qardaşuva qulaq as. Mənə iki gün vaxt verin, iki gün bu məsələyə görə heç kimə zəng etməyin. Mən iki gün sonra Bakıya müalicəyə gələcəm. Sizin qurum harda yerləşir? Mən gəlim orda özüm danışacam. Siz kiməsə zəng etməyin.

Sözügedən məsələ ilə əlaqədar olaraq, biz Təhsil Nazirliyinin də elektron ünvanına, həmçinin "hansı hallarda bülleten açılmalıdır?", deyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) də elektron ünvanına rəsmi sorğu göndərdik. Aradan 2 həftə müddət keçdikdən sonra cavab gəlmədiyini görüncə, biz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə telefon əlaqəsi saxlayıb, iki həftə əvvəl sorğu göndərdiyimizi, lakin, hələ də cavabsız qaldığını bildirdik. Cəsarət müəllim isə sorğudan xəbərsiz olduğunu bildirdi və hansı email ünvanına göndərdiyimizi soruşdu. Ünvanı dediyimizdə, Cəsarət müəllim, "ona mən baxmıram, siz bu ünvana göndərin" dedi və bizə başqa bir email ünvan verdi. Yenidən, Cəsarət müəllimin verdiyi email ünvanına da sorğu göndərdik. Artıq, 3-cü həftədir ki, Cəsarət müəllimin "baxdığı" ünvana göndərdiyimiz sorğunun cavabını gözləyirik.

Biz TƏBİB-in mətbuat katibi Elnarə xanıma da zəng edib, sorğumuzu hələ də cavablandırmadıqlarını xatırlatdıq. Zəngimizdən sonra Elnarə xanım bülleten açılmasına dair qanunun "pdf" farmatını kopyalayıb bizə göndərdi.
Bu da oldu TƏBİB- in cavabı.

Biz deyilən tarixlərdə sözügedən şəxslərin ölkədən çıxmasını və ölkəyə daxil olmasını dəqiqləşdirmək üçün çox çətinliklə Dövlət Sərhəd Xidmətinin (DSX)elektron ünvanını tapıb, ora da sorğu göndərdik. Lakin, təəssüflər olsun ki, DSX də yarım aydan çox müddət keçməsinə baxmayaraq, hələ də sorğunu cavabsız qoyub.

Yəni anlayacağınız, məlumatları dərc etmədən öncə, KİV haqqında qanunun tələblərini yerinə yetirdik. Cavab verməmək isə sözügedən tərəflərin qanunları ciddi qəbul etmədiklərinin göstəricisidir - deyə düşünürük.

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru