Ağdaşda oğlunun toyunda dava düşən məmuru nazir cəzalandırdı - İşdən çıxardı...
Tarix: 26-11-2018, 08:38 |
Çap et
DİA.AZ: - 10 gün əvvəl xəbərini verdiyimiz bir hadisəyə nazirlik tərəfindən reaksiya verilib. Belə ki, DİA.AZ-ın elektron poçtuna göndərilən xəbərdə qeyd olunurdu ki, bu günlərdə, daha dəqiqi 10 noyabr tarixində Ağdaşda yerli məmurlardan birinin övladının toyunda qanqaraçılıq düşüb.
Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər BaxışovMəlumatı verən mənbə iddia edirdi ki, hadisə Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışovun oğlunun toyunda baş verib və içkinin təsirindən gələn qonaqlar arasında qanlı dava düşüb.
Mənbənin dia-az.life-a bildirdikləri: "Həmin toyda iştirak edən Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisinin Aydın adlı müavini ilə qonaqlardan olan Rahim adlı şəxs arasında bıçaqlanma olub".
DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, artıq olaya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən reaksiya verilib. Rayondakı qaynağın iddialarlna görə, artıq keçən həftə nazir İnam Kərimovun müvafiq əmri ilə Ağdaş rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışov vəzifəsindən azad edilib.