Samir Şərifovun ayağında olan milyardlar... - Hesabatını belə vermir...
Tarix: 6-11-2018, 08:36 | Çap et
 Azərbaycanda hesabatlılıq sahəsində ciddi çatışmazlıqları olan qurumlardan biri də Maliyyə Nazirliyidir. Bu qurum idarəetməsində olan vəsaitlərlə bağlı ictimaiyyətə demək olar ki, heç bir məlumat açıqlamır.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda Dövlət Neft Fondu, Mərkəzi Bankdan sonra irihəcmli dövlət vəsaitlərinin toplandığı 3-cü mənbə Maliyyə Nazirliyidir: “Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var. Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 milyard dollara yaxın valyuta aktivlərini nəzərdə tuturam. Amma üçüncü mənbə də var - Maliyyə Nazirliyinin sərəncamında olan və məbləği 1.2 milyard dollara yaxınlaşan ehtiyatlardan söhbət gedir”.
Ekspert bildirir ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür: “Əgər büdcə kəsirini qapatmaq və ya normativ çərçivəsində müdafiə olunan xərc maddələrinin maliyyələşməsinə sərf edilmirsə, həmin vəsaitlərin tamamı vahid xəzinə hesabında ehtiyat kimi qalır. Bu ehtiyatların saxlanmasına və idarəetməsinə isə Maliyyə Nazirliyi səlahiyyətlidir. Təəssüf ki, Neft Fondunun ehtiyatlarından fərqli olaraq dövlət büdcəsinin xəzinə qalıqları hesabına formalaşan ehtiyatların idarəçiliyi ilə bağlı hesabatlılıq çox məhduddur, Maliyyə Nazirlyinin saytında bu barədə, ümumiyyətlə, məlumat yoxdur.
Amma indi Hesablama Palatası ilk dəfə xeyli informasiya açıqlayıb. Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 milyard manatdır. Onun 981 milyon manatı qanunvericiliyə uyğun olaraq saxlanmaq üçün Neft Fonduna, 19.8 milyon manatı isə Beynəlxalq Banka verilib, daha 163 milyon manatı KapitalBankda yerləşdirilib. 147,6 milyon manatı isə digər kateqoriyalara aid edilməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “Azərbaycan Dəmir Yolları” QSC-yə il ərzində qaytarmaq şərti ilə büdcə ssudası kimi verilib. Təsəvvür edirsiniz, dövlətin maliyyə resurslarının istifadəsinin qanunauyğunluğuna birbaşa səlahiyyətli olan Maliyyə Nazirliyi qanunda nəzərdə tutulmadığı halda, dövlət resurslarını dövlət şirkətlərinə borc verir".
R.Ağayevin fikrincə, ümumiyyətlə, hökumətin sərbəst maliyyə resurslarının banklarda yerləşdirilməsində ədalətli mexanizmlər olmalıdır: “Burada söhbət təkcə xəzinə qalığından getmir. Yaxınlarda Rusiyada hökumətin sərbəst vəsaitlərinin kredit təşkilatlarında müsabiqə yolu ilə yerləşdirilməsi ilə bağlı qaydalar qəbul edildi. Bu tip qaydanın tətbiqinə bizdə də ehtiyac var. Yeri gəlmişkən, son illər həcmi 1.5-2 milyard manatdan az olmayan xəzinə ehtiyatının istifadəyə verilməsindən dövlət büdcəsi ən yaxşı halda 3-4 milyon manat gəlir əldə edib. Yəni gəlirlilik 0.2-0.3 faiz olub. Uzun illər Britaniya hökumətində məsləhətçi kimi çalışmış Malqan ”Dövlət strategiya sənəti" adlı əsərində yazır ki, Maliyyə Nazirliyi zəifdirsə və bu qurumun strateji yanaşması yoxdursa, bütövlükdə hökumətin strateji vizionunun olması çətindir. Yəni açar qurumdur Maliyyə Nazirliyi".
Onu da qeyd edək ki, 2019-cu ildə vahid xəzinə hesabının qalığının (sərbəst qalıq vəsaitlərinin) idarəetməyə verilməsindən cəmi 1 milyon manat gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Bu isə 2017-ci ilin müvafiq icra göstəricisindən 6153,9 min manat və ya 7,2 dəfə, 2018-ci ilin proqnoz göstəricisindən isə 5300,0 min manat və ya 6,3 dəfə azdır.
Hesablama Palatası bildirir ki, 2018-ci ilin dövlət büdcəsində büdcə ssudası ilə bağlı vəsait nəzərdə tutulmayıb: “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”na əsasən də vahid xəzinə hesabının qalığından büdcə ssudalarının verilməsinə istifadə olunması müəyyən edilməyib".
Palatanın rəyinə görə, vahid xəzinə qalığından Dövlət Neft Fondunun idarəetməsində olan vəsaitlərə görə cari ilin 6 ayının yekunları üzrə 6,2 milyon ABŞ dolları məbləğində faiz gəlirləri hesablansa da, qeyd olunan mənbə üzrə vəsait daxil olmayıb: “Qeyd olunan mənbə üzrə büdcədə nəzərdə tutulmuş məbləğ yalnız ”Kapital Bank" ASC-də yerləşdirilmiş vəsaitlər üzrə nəzərə alınıb. Cari ilin 8 ayında vahid xəzinə hesabının sərbəst qalıq vəsaitlərinin idarəetməyə verilməsindən dövlət büdcəsinə 2454,0 min manat vəsait daxil olub ki, bu da 2018-ci il üçün nəzərdə tutulmuş məbləğin (6300,0 min manat) 39,0 faizini təşkil edir". “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
|