"Atlas" MMC şəhid ailələri və Qarabağ döyüşçülərinə QARŞI... - GİLEY
Tarix: 23-10-2018, 08:42 | Çap et
 Bir qrup Qarabağ qazisi və müharibə iştirakçısı "Atlas” MMC tərəfindən torpaq sahələrinin zəbt edildiyini deyirlər. Bu barədə onlar Azerbaycanrealligi.com-a məlumat veriblər. 20 nəfərdən artıq Qarabağ döyüşçüsü ölkə başçısı İlham Əliyevdən kömək istəyib. Qarabağ əlili İltifat Aslanov bildirib ki, onların torpaqlarını saxta sənədlər vasitəsilə mənimsəyiblər: "Mən də digər yoldaşlar kimi, 2005-ci ildən tam qaydalar çərçivəsində torpaq almışam. Amma məmurlar saxta sənəd hazırlayaraq, bizim mülükümüzü əlimizdən alıblar. Üst-üstə cənab prezidentə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Biz bilirik ki, bizim müraciətlər ölkə başçısın çatmır və bəzi məmurlar bunu bilərəkdən edir ki, insanlar dövlətdən narazı qalsın. Bu qədər haqsızlıq eləmək olmaz Qarabağ döyüşçülərinə qarşı. Bizim sağlamlığımız onsuz da imkan vermir gedib hardasa işləyib pul qazanaq. Bu torpağı aldıq ki, özümüzə bir ev tikib yaşayaq, amma buna imkan vermir "Atlas” MMC rəhbərliyi. Deyir ki, get kimə istəyirsən de, mən heç kimdən qorxmuram. Biz də qalmışıq ortalıqda, bilmirik nə edək, kimə müraciət edək”. Vasif Mikayılov isə deyir ki, o, Qarabağ qazisinin nümayəndəsi kimi bura gəlib: "Qarabağ döyüşçüsü adından gəlmişəm bura, çünki o, xəstədi deyə gələ bilmədi. İstəyirəm buradan ölkə başçısına öz sözümü çatdırım ki, bizim problemi həll etməyə göstəriş versin. Burdakı insanların hamısı vətən, ölkəni sevən insanlardır, amma bəzi məmurlar və işbazlar imkan vermir ki, yaşayaq. Bu qədər haqsızlıq olmaz, daha bilmirik ki, dərdimizi kimə danışaq". Qarabağ veteranı Tələt Fərhadov isə qanunsuzluq və haqsızlıqla üzləşdiklərini bildirib: "Mən bu vətən üçün, torpaq üçün könüllü döyüşmüşəm, çünki bu ölkə bizim namusumuz, qeyrətimizdir. Biz bu ölkə üçün hər zaman ölməyə belə hazırırq. Amma indi bəzi insanlar bilərəkdən elə addım atır ki, bizi ölkə başçısından, vətəndən soyutmaq istəyir. Axı bu qədər haqsızlıq olmaz. "Atlas” MMC rəhbərliyi bizi bu ölkə ilə baş-başa qoyur. Bizi qəbul da etmir, saxta sənədlərlə bizim halal mülkümüzü alıblar. Bilmirik kimə deyək dərdimizi. Gedirik danışaq "Atlas” MMC rəhbəri ilə, o isə polis çağırır”. Daha sonra digər Qarabağ döyüşüləri fikirlərini belə ifadə ediblər: "Bu torpaqları biz 2005-ci ildən almışıq, amma "Atlas” MMC özbaşına bu torpaqları zəbt edərək, bizim daş hasarları da söküb öz işlərini aparmağa başlayıblar. Bununla bağlı dəfələrlə icra başçısına, məhkəmələrə müraciət etmişik, amma bizi sayan yoxdur. Biz ona görə Qarabağda döyüşdük ki, vətənimizi, torpağımızı, qeyrətimizi qoruyaq, amma bu gün bizə verilən qiymət budur. "Atlas” MMC-nin rəhbərinin qəbuluna dəfələrlə getmişik, amma bizi qəbul etmir, polis çağırır. Bizi dövlətlə üz-üzə qoyur "Atlas” MMC rəhbəri. Bəzi məmurlar və bu "Atlas” MMC-nin rəhbəri bizi dövlətlə, ölkə başçısı ilə üz-üzə qoymaq istəyir. Belə haqsızlıq olmaz. Sonra deyirlər ki, Qarabağ qazisi özünü yandırdı. Biz müharibədə zərbə alan adamlarıq, bəzən əsəbi olanda nə etdiyimizi belə bilmirik, elə edərlər biz də sonda özümüzü yandırarıq hansısa dövlət orqanı qabağında. Nə edək, hara, kimə müraciət edək? Tək çıxış yolumuz ölkəni tərk edib, başqa yerdə sığınacaq istəməkdi çarəmiz. Baxın, biz bu vətənin hər qarışı uğrunda döyüşdük, vuruşduq, amma indi hansı vəziyyət yaranıb ki, qaçmaq istəyirik bu ölkədən bəzi insanarın əlindən. Axı belə münasibət bəsləmək olmaz insanlara. Bizim öz halal pulumuzla aldığımız torpaqlar əlimizdən alınıb, tikdiyimiz hasarlar dağıdılıb". "Cənab pezidentdən xahiş edirik, səsimizə səs versin. Məmurlar vətəndaşlara, şəhid ailələrinə, qazilərə qarşı həssas olmalıdırlar, amma baxın vəziyyət nə yerə çatıb ki, bezmişik. Bilsək ki, bu torpaqlar Azərbaycana lazımdır, hamımız könüllü bağışlayarıq torpağı, amma hansısa tikinti şirkətin zəbt etməyini həzm edə bilmirik”, - deyə Qarabağ döyüşçüləri bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
|