Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                 

“AtaSığorta”da skandal - sığorta fırıldağı
Tarix: 6-12-2017, 08:46 | Çap et
“AtaSığorta”da skandal
“Yeni Müsavat” qəzetinin redaksiyasına “AtaSığorta” şirkəti ilə bağlı şikayət daxil olub. Şikayətin məğzi budur ki, müştərinin icbari sığorta üçün ödədiyi pulu mənimsənilib, əvəzində isə avtomobil sığorta edilməyib. Bununla bağlı qəzetimizə müraciət edən Emin Quliyev adlı şəxs deyir ki, noyabr ayının 8-də “Hyundai Santa Fe” markalı avtomobilini icbari sığorta etdirmək üçün “AtaSığorta” şirkətinə müraciət edib.

Şirkətin əməkdaşı təyin olunan yerdə Emin Quliyevlə görüşərək, ondan nağd qaydada 90 manat ödəniş alıb və sığorta nişanını və nömrəsini təqdim edib. Şirkət əməkdaşı bildirib ki, noyabr ayının 18-də avtomobilin icbari sığortasının müddəti bitən kimi, sığorta müqaviləsi sistemə yerləşdiriləcək.

Şikayətçinin sözlərinə görə, bundan sonra ona avtomobilin icbari sığorta edildiyini bildirən SMS gəlməyib. Lakin vətəndaş heç nədən şübhələnməyərək, avtomobilinin sığorta edildiyindən əmin olub. Noyabrın 20-də isə Emin Quliyevə DYP-dən avtomobili icbari sığortasız idarə etdiyinə görə, cərimə protokolu gəlib və 50 manat cərimə edildiyi bildirilib. Yalnız bundan sonra məsələnin üstü açılıb.

Müştərinin şikayətindən sonra “AtaSığorta” şirkətinin baş ofisi məsələyə müdaxilə edib, cəriməni ödəməyə və avtomobili sığorta etdirməyə söz verib. Eləcə də, Emin Quliyevdən nağd şəkildə ödəniş edən əməkdaş işdən kənarlaşdırılıb.

Buna baxmayaraq, şikayətçi digər vətəndaşların da belə bir halla üzləşməməsi üçün məsələni ictimailəşdirmək qərarına gəlib.

Sözügedən skandala aydınlıq gətirmək üçün “AtaSığorta” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin özünü təqdim etməkdən imtina edən əməkdaşı sualımızı eşitdikdən sonra cavab verdi ki, bu müştəri ilə bizim aramızda olan məsələdir və həll etməyə çalışırıq. Ardından “Bunu mətbuatda işıqlandırılmasına nə ehtiyac var ki? ” - deyə telefonu söndürdü. Şirkətin baş ofisi ilə əlaqə saxlamaq cəhdlərimiz də nəticə vermədi.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sığorta ilə bağlı müştəridən nağd ödənişi qəbul edən “AtaSığorta” əməkdaşı, sadəcə olaraq, dələduzluq edib: “Əgər sığorta şirkətinin əməkdaşı həmin nağd pulu hesaba köçürtsəydi, müqavilə bağlanardı. Sığorta qaydalarında belədir ki, sığorta şirkətləri müqaviləni ödəniş olmadan bağlanmış saymırlar. Bağlanmış sayılmadığına görə də DYP-nin sistemində avtomobilin icbari sığorta edildiyi görünmür. Ona görə də ona elektron cərimə protokolu göndərilib. Problem şirkət əməkdaşının yol verdiyi dələduzluğun üzərindədir”.

Ərşad Hüseynov sürücülərə məsləhət gördü ki, icbari sığorta ilə bağlı sifarişləri daha çox elektron qaydada həyata keçirməyə üstünlük versinlər: “Hazırda icbari sığorta bürosunun özünün yaratdığı elektron portal var. Orada elektron qaydada istənilən sığorta şirkətinə müqaviləni sifariş vermək olur. Ödəniş də mütləq nağdsız qaydada olmalıdır, ödəniş terminallarında, bank vasitəsilə və ya kart vasitəsilə. İndi heç bir sığorta şirkəti müqavilə haqqını nağd formada qəbul etmir. Terminal vasitəsilə və ya kart vasitəsilə nağdsız formada ödəniş qəbul olunur. Sürücülərin də diqqətinə çatdırmaq lazımdır ki, sığorta şirkəti əməkdaşlarına nağd pul verməyin ki, ciblərinə qoysunlar. Bəzi şirkətlərdə belə bir hal var ki, elektron müqavilə bağlanılır, daha sonra kağıza çap olunur, sürücüyə verilir ki, nə vaxtsa yol polisi ilə mübahisə yaranarsa, müqaviləni təqdim etsinlər. Bu məsələlərdə diqqətli olmaq lazımdır ki, tora düşməyəsiniz. Siz hətta sığorta şirkəti əməkdaşına nağd pul versəniz belə o pulu aparıb kassaya daxil edə bilməz, hansısa terminalda sizin adınızdan həmin pulu ödəməlidir”.

Ekspert sürücülərin diqqətinə çatdırdı ki, icbari sığorta müqaviləsi bağlanarkən, müştərinin mobil nömrəsinə gələn SMS də önəmlidir: “Əgər siz onlayn müqavilə sifariş vermisinizsə, pul ödəməmiş sizin mobil nömrəsinizə elektron SMS gəlir ki, bu kod üzrə ödəniş edin. Əgər İcbari Sığorta Bürosundan və bu büronun üzvü olan sığorta şirkətlərindən belə bir SMS gəlibsə, arxayın ola bilərsiniz ki, bu rəsmidir. Ondan sonra həmin kod üzrə ödəniş etdikdə, dərhal cavab gəlir ki, pul ödədiniz. Müqavilə bağlanmış sayılır və sizə növbəti SMS gəlir ki, artıq icbari sığorta müqaviləniz var və nömrəsi də budur. Əgər bütün bunlar olmursa, şübhələnmək lazımdır. Deməli, orada problem var. Avtomobilin sığorta olunub-olunmadığını yoxlamaq üçün İcbari Sığorta Bürosunun 97 07 nömrəsinə avtomobilin nömrəsini göndərə bilərsiniz. Oradan cavab gəlir ki, bu avtomobilin icbari sığortası var, ya yox”.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Bu gün, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru