Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin qara ticarəti - Azərbaycanlı zəvvarların başına açılan oyunlar
Tarix: 18-11-2017, 09:40 | Çap et
 Hər il olduğu kimi Məhərrəmlik ayında “Ərbəin” gününü İraqın Kərbəla şəhərində İmam Hüseynin məqbərəsində keçirmək və ya İranın Məşhəd şəhərində imamların qəbrini ziyarət məqsədilə Azərbaycandan zəvvarların səfərləri təşkil edilir.
Bu ziyarət və səfərlər müxtəlif turizm şirkətləri, yaxud fərdi şəxslər tərəfindən, əsasən də avtobuslarla qonşu İranın ərazisindən keçməklə təşkil olunur. Az sayda zəvvarlar üçün isə həmin ziyarət yerlərinə səfərlər təyyarə vasitəsilə həyata keçirilir. Lakin əksər hallarda zəvvarların seçdikləri ölkələr, marşrut və həmin dövlətlərin ərazisində mövcud olan qeyri-sabitlik, hər an onları gözləyən təhlükələr, insan üçün lazımi və elementar şəraitin olmaması sonradan böyük çətinliklər yaradır.
Son illərin təcrübəsi göstərir ki, bu gəlirli sahədə “canfəşanlıq” göstərən, səfərləri təşkil edən şirkətlərin və şəxslərin səriştəsizliyi, qrup rəhbərləri arasında mütəmadi baş verən hərc-mərclik və məsuliyyətsizlik nəticəsində səfərə qatılan kişi, qadın, gənc və qoca zəvvarlar müxtəlif çətinliklərlə üzləşir, öz ziyarət vaxtlarını həmin problemlərin həllinə sərf edirlər. Məsələn, təşkilatçıların biganəliyi ucbatından bəzi zəvvarlar nəzərdə tutulmuş marşrutdan kənara çıxır, digər ölkələrdən olan zəvvarların arasına qarışır, yaxud bir qismi azır, itkin düşür və ya yerli kriminal elementlərin “yeminə çevrilirlər”.
Bundan başqa, az məsrəflə daha çox qazanc əldə etməkdə mahir olan səfər təşkilatçıları adətən köhnə, komfortsuz və nasaz nəqliyyat vasitələrini icarə edirlər ki, bu da sonda hətta ölümlə nəticələnən ağır yol nəqliyyat hadisələrinə səbəb olur. İrana və İraqa gedən zəvvarlar arasında belə ölüm statistikasının artması da türk ürpədir.
Məsələn Ələt-Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə Azərbaycandan İranın Məşhəd şəhərinə gedən zəvvar avtobusunun aşması nəticəsində xeyli adam yaralanıb, ağır bədən xəsarətləri alıblar. Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan isə 3 nəfər dünyasını dəyişib. Ziyarətdən qayıdan zəvvarların sözlərinə görə, həmin gənc zəvvarlar Kərbəlada yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişiblər. Yaxud bu yaxınlarda İraqda azərbaycanlı zəvvar qadınlardan birinin itməsi barədə məlumatın yayılması cəmiyyətdə birmənalı qarşılanmamışdır.
Zəvvarların üzləşdikləri macəralar bununla bitmir. Belə ki, belə səfərləri təşkil edənlər tərəfindən zəvvaralara qarşı dələduzluq hallarının artması da bu sahədə baş verən hərc-mərcliyi açıq-aydın göstərir.
Məsələn, bu yaxınlarda “Nur Travel” şirkəti tərəfindən təşkil olunan zəvvar qrupuna rəhbərlik edən Təvəkkül Həsənov “Ərbəin” ziyarəti üçün zəvvarlardan alınan 8.000 ABŞ dollarını mənimsəyib. Bu səbəbdən zəvvarlar arasında kütləvi narazılıqlar başlayıb, hətta zəvvarlarla Təvəkkül Həsənov arasında münaqişə də yaranıb. Vəziyyət o dərəcəyə gəlib çıxıb ki, həmin zəvvar qrupunun səfəri üçün icarəyə götürülən avtobusun sürücüsü icarə haqqı ödənilmədiyi üçün zəvvarları daşımaqdan imtina edib. Nəticədə zəvvarlar nəzərdə tutulan marşrut üzrə hərəkət edə bilməyiblər.

Əlbəttə ki, bu cür faktlar çoxdur. Belə ağır, gözlənilməyən çətinliklər, məhrumiyyətlər və təhlükələr ilə dolu olan səfərlərə çıxmazdan əvvəl zəvvarlar bu cür ziyarətlərin mənəvi tərəfindən başqa, maddi və təhlükəsizlik baxımından nə dərəcədə məqsədəuyğun olması barədə ciddi düşünməlidirlər.

“Yeni Musavat”ın əldə etdiyi məlumata görə, Azərbaycandan olan zəvvarların İranın Məşhəd, Qum, İraqın Kərbəla, Nəcəf və sair şəhərlərində yerləşən ziyarətgahlara turist qismində aparılmasını 40-a yaxın yerli turizm şirkəti və 250-dən çox qrup rəhbəri həyata keçirir. Onların bir çoxu rəsmi qeydiyyatdan keçmədən fəaliyyət göstərir ki, bu da qeyd olunan sahənin tərəfimizdən əməliyyat nəzarətində saxlanılmasını çətinləşdirməklə yanaşı, pərakəndəlik və özbaşınalıq hallarının artmasına şərait yaratmışdır. Həmçinin, səfərlər zamanı Azərbaycandan vətəndaşlarının bəziləri olduqları ölkələrin miqrasiya, inzibati və sair (əsasən viza məsələlərində bu hal müşahidə olunur) qanunlarını pozur, bu səbəbdən hüquq-mühafizə və xüsusi xidmət orqanlarının nəzərinə düşür, müxtəlif cəlbetmə situasiyalarına salınırlar. Turizm şirkətləri və qrup rəhbərləri bu kimi vəziyyətlərdə məlumatsız olduqlarından hansı tədbirlər görəcəklərini bilmirlər, əksər hallarda isə şəxsi mənfəətləri naminə bu kimi xoşagəlməz halları gizlətməkdə maraqlıdırlar. Bu isə Azərbaycanın beynəlxalq arenada imicinə mənfi təsir göstərir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06 |
|
|
|
| • "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42 |
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
|