Daha bir MTK gərgin yöndə irəliləyir .....                     YAĞ MAFİYASI İŞ BAŞINDA... .....                     Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? .....                     Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. .....                     Paşinyan Qərbə sülh görüntüsü verir, amma... .....                     Bakıda daha bir reper həbs olundu .....                     Moskva Bakı üzərindən özünü “vurdu” .....                     Cənubi Qafqazda vəziyyəti izləyirik .....                     "Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı .....                     Suriya lideri Dəməşqi tərk edib .....                     BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                 

Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər - "...elə bilirsən unutmuşam?"
Tarix: 16-11-2017, 08:59 | Çap et
Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilməkdədir. Artıq sabiq nazir 3 dəfə istintaqçıların sualalrını cavablandırmaq zorunda qalıb. E.Mahmudov sonuncu dəfə istintaqda dindiriləndən sonra onun İstintaq İdarəsinin önündə “MTN işi” üzrə zərəçəkənlərin az bir qismi qarşılayıb. Sabiq nazirə çox ağır sözlər deyiblər.

E.Mahmudovun nazirliyi dövründə incidilən, əsassız olara həbs edilən, mal-mülkü əlindən alınanların sayı itib.

Onlardan biri də həmkarımız Pərviz Həşimlidir. Deyir ki, həbsdən azad ediləndən sonra Eldar Mahmudova telefon açıb, ona sözlərini deyib: “Bu haqda mətbuatda da yazmışdım. Amma onunla danışığımızın təfərrüatlarını açıqlamamışdım. Mən Eldar Mahmudova zəng edəndə israrla kim olduğumu soruşurdu. Deyirdim ki, səbr eləyin, deyəcəyəm. Ona sual verdim ki, niyə Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirmişdin. O hey deyirdi ki, kimdir danışan. Ona dedim ki, əməllərinizə görə akademik atanızın büstləri götürülüb. Sizin kimi övlad o ataya layiq deyil. Ürək sözlərimizi çatdırdım, sonda dedim ki, şərləyərək tutdurduğun, heç bir günahı olmadan başına qara torba keçirdib həbs etdirdiyin Pərviz Həşimlidir danışan. Ona onun üçün xoş olmayan suallar və sözlər yazıb sms-lə yolladım. Cavab vermədi. Nə cavab verə bilərdi ki? Mənə qarşı, mənim kimi yüzlərlə insana qarşı şəxsi maraqlarına görə cinayət edib”.

P.Həşimli Eldar Mahmudovla görüşmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin önünə də getdiyini deyib: “Mən ora çatanda artıq Eldar Mahmudov ifadə verib getmişdi. Orada olan zərərçəkənlərdən öyrəndim ki, üzünə tüpürüb, ona lənət oxuyublar”.

P.Həşimli deyir ki, həbsindən 1 ay öncədən MTN-in barəsində qətimkan tədbiri seçdirməyə çalışdığını bilib: “Ölkənin siyasi rəhbərliyinə də məktub yazmışdım ki, xüsusi xidmət orqanları məni qanunsuz olaraq həbs etmək istəyir. Buna görə də ölkə rəhbərliyinə yalan məlumatlar ötürür. Eldar Mahmudov siyasi rəhbərliyə yalan raportlar yazdırmaqla məni ləkələməyə çalışırdı. İndi isə həmin çirkablar ki, bizə atmağa yığmışdı öz üst-başını bulaşdırıb”.

P.Həşimli deyir ki, E.Mahmudovla üz-üzə gəlmək üçün məqam axtarır: “İstintaq İdarəsinin önündə onunla görüşməyə hazıram. Deyəcəklərim var ona. Mən işdə zərərçəkən kimi tanınmam üçün də müraciət etmişəm. Bununla yanaşı Avropa İnsan haqları Məhkəməsinin də qərarını gözləyirəm. Qərardan sonra bəraət almam üçün də addımlar atacağam”.

“MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri də iş adamı Maqsud Mahmudovdur. Deyir ki, Eldar Mahmudova deyəcək sözləri var: “Əmisi oğlu olan köməkçisi Vüqar Mahmudov məndən 170 min dollar alıb və Eldar Mahmudova verib. Eldar Mahmudovla görüşsəm ondan soruşacağam ki, gecələr rahat yata bilirsən? Bizdən hədə-qorxu ilə aldığın pullara tikdirdiyin imarət sənə dar gəlmir, sıxmır səni? Bizim pulumuzla aldığı o bahalı maşınlar, evlər ona haramdır, qanla qusacaq hamısını. Olmaz belə pul qazanmaq, görsəm deyəcəyəm ki, pulu kişi kimi qazanmaq lazımdır. Şərlə-şantajla adam tutub, böhtan atmaqla həbs etdirib pul qazanmağın sonu bu gün düşdüyü vəziyyətdir”.

M.Mahmudov İstintaq İdarəsinin qarşısına getməyəcəyini dedi: “Hansısa məclisdə, harda olsa üz-üzə gəlsəm ona bir kəlmə deyəcəyəm - adam kişi olar, pulu da kişi kimi qazanar. Şantaj yolu ilə pul qazanmaq kişiyə yaraşan hərəkət deyil. Bunu hamının yanında deyərdim”.

“Karvansaray” ticarət mərkəzinin payçılarından biri olmuş Elşən Kərəm oğlu da deyir ki, sabiq nazirə deyəcək sözləri çoxdur: “Üz-üzə gəlsəm Nizami Quliyevi niyə xəstə salıb ölümünə bais olduğunu xəbər alacağam. ”Karvansaray" ticarət mərkəzini Nizami Quliyev tikdirirdi. Biz də ətrafında olan payçılardan idik, ora pul qoyurduq. Eldar Mahmudov Akif Çovdarovu, Hilal Əsədovu üstümüzə göndərib əvvəlcə 20 dükan istədi. Sonaradn 40 dükan aldı. Sonra isə Nizami Quliyevi 8 ay MTN-ə hər gün çağırıb üstünə qışqırır, başına qalmayan oyunu açırdılar. Hər gün səhər 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Keflərinə düşəndə qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Bütün bu işgəncələrdən sonra Nizami müəllim “Karvansaray”ın təsisçiliyindən imtina etdi. Ticarət mərkəzi Eldar Mahmudovun əmisi qızı Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirildi. Nizami müəllim Eldar Mahmudovun ona yaşatdığı dəhşətlərin sonucu olaraq ağır xəstəlik tapdı. Sapsağlam adam idi. Dəfələrlə əməliyyat olundu, 2016-cı ilin iyununda dünyasını dəyişdi. Onun ölümü Eldar Mahmudovun vicdanındadır. Biz payçıları da məhv edib. Bu gün onunla üz-üzə gəlsəm hamı kimi mən də üzünə tüpürərdim. Bizim başımıza nə gəlibsə, hamısı Eldar Mahmudovun başçılığı altında olub. Biz bu gün də özümüzə gələ bilməmişik. 5 il əvvəl başımıza açdıqları müsibətləri xatırlayanda özümü çox pis hiss edirəm Bizə ən böyük pisliyi edən Eldar Mahmudov olub".

E.Kərəmoğlu deyir ki, sabiq nazirə zərərçəkənlərin İstintaq İdarəsinin qarşısında dedikləri fikirlərlə razıdır: “Məni də onun işi üzrə zərərçəkən kimi tanınmaq üçün müraciət etmişəm. Mətbuatdan zərərçəkənlərin ona dedikləri sözləri oxumuşdum. Elə həmin sözlərə şərikəm”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01
Simonyan arvadından boşandı
Dünən, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Dünən, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Dünən, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Dünən, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Dünən, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Dünən, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Dünən, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Dünən, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Dünən, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Dünən, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Dünən, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Dünən, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Dünən, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Dünən, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Dünən, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Dünən, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru