Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? .....                     Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. .....                     Paşinyan Qərbə sülh görüntüsü verir, amma... .....                     Bakıda daha bir reper həbs olundu .....                     Moskva Bakı üzərindən özünü “vurdu” .....                     Cənubi Qafqazda vəziyyəti izləyirik .....                     "Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı .....                     Suriya lideri Dəməşqi tərk edib .....                     BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                 

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir - “Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”
Tarix: 14-11-2017, 08:32 | Çap et
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
“Ramiz Yediyarov 2013-cü ildə obyektimin qarşısını kərpiclə hördürdü. Şikayət etdim, özünə də xəbər göndərdim ki, bu mənim işimə ziyan edir. Qışın günü gətirib hördürdüyü daş hasarın önünə ağaclar əkdirdi. 6 ildir ki, normal fəaliyyət göstərməyimizə mane olur. Gədəbəy dağlıq rayondur, düşmənlə üz-üzəyik. Rayonu tərk edib heç hara getmək fikrimiz olmayıb. Başımızı aşağı salıb işimizi görürük, başçı imkan vermir” - rayon sakini Fəxrəddin Fərəməz oğlu Bağırov belə deyir.

Başçıdan sahibkara qarşı “troya atı” gedişi və fiaskosu

Onun sözlərinə görə, Ramiz Yediyarov başçı təyin olunandan sonra ona da xəbər göndərib: “Gəlib köməklik istədilər, dedik ki, imkanımız çatandan etməyə hazırıq. Amma bizdən gücümüzdən 10 dəfə artıq kömək istədilər, edə bilmədik. Bundan sonra illərdir ki, bizim işimizə ən müxtəlif maneələr törədilir. Ramiz Yediyarov 2013-cü ildə gətirib obyektimin qarşısına çəkdirdiyi kərpic hasarın üstünə cənab prezidentin sözləri yazılmış plakat yapışdırdı. Bunu həmin vaxt etdi ki, mən həmin hasarın sökülməsi ilə bağlı müxtəlif qurumlara, ölkə rəhbərliyinə şikayətlər edirdim. Dedim ki, prezidentin sözləri yazılan plakatla işimə ziyan vurduğunu düşünürsə, mən bunu ziyan bilmirəm. Günlərin birində isə həmin plakatı gecə yarısı kommunal xidmət əməkdaşları oğurlatdırdı. Bunu ona görə etdirmişdi ki, sonradan desinlər ki, guya plakatı mən sökdürmüşəm və mənim həbsim üçün əsas yaransın. Plakat oğurluğunun videosu obyektin nəzarət kameralarına düşmüşdü və həmin videonu da əlavə etməklə müvafiq qurumlara şikayət etdim. Bundan sonra Ramiz Yediyarov xəbər göndərdi ki, mənimlə işi olmayacaq, barış təklif etdi. Razılaşdıq. Amma hasarı yenə də sökmədi.

“Şikayətimə cavab yazdı ki...”

2017-ci ildə mənim obyektimin qarşısına çəkilən hasarın sökülməsi ilə bağlı şikayətimə cavab yazır ki, hasarı guya özüm çəkdirmişəm. Ətrafından da dedilər ki, sökə bilər. Mən də sökdürdüm. Gədəbəydəki bütün dövlət idarələrini üstümə qaldırdı. Obyektimə basqın təşkil etdirdi. Ölkə rəhbərliyinin bu işdən xəbər tutmaması üçün məni təcrid etməyi planlaşdırırdılar və hansısa bəhanə edib müvəqqəti həbs edəcəklər. Ona görə də basqından əvvəl və basqın vaxtı obyektimə yaxınlaşmadım. Axşam düşdükdə isə rayonu tərk edib əvvəl Gəncəyə, sonra isə Bakıya gəldim".

“Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”

Sahibkar deyir ki, rayon icra hakimiyyəti tərəfindən özünə qarşı törədilmiş cinayətlərlə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Hörmətli cənab prezidentin ”Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilədək dayandırılması" haqda 3 noyabr 2017 -ci il tarixli fərmanının mürəkkəbi qurumayıb. Rayon icra hakimiyyəti başçısının mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə, açıq cinayət əməllərinə yol verməklə dayandırması rayondakı olan-qalan sahibkarları da dəhşətə gətirib. Mənə qarşı qanunsuzluqla bağlı ölkə rəhbərliyinə hər müraciətimdən sonra Ramiz Yediyarovun mənə qarşı yol verdiyi cinayətlər daha da şiddətlənib. Əgər əvvəl obyektimin qapı və pəncərələri hörülmüşdüsə, ilk müraciətdən sonra ağır texnika ilə obyektimin yan divarları uçuruldu, obyektin qarşısından ikinci bir hasar çəkildi, obyektin içərisinə hücum edilərək işçilər uzaqlaşdırıldı və faktiki olaraq obyekt qəsb edildi. Bütün bunlarla bağlı ölkə rəhbərliyinə 2-ci müraciətimdən sonra isə Ramiz Yediyarov ölkə tarixində bənzəri olmayan daha ağır cinayətə yol verdi. Belə ki, obyektimin yeganə yolunun darvazalarını sökərək yerini hasarlatdı. Nəticədə mənə aid olan bütün maşın, texnika, mallar obyektin içində qalmaqla obyektə giriş tamamilə bağlanıb. Əvvəlcədən deyim ki, obyektdə baş verə biləcək yanğın və digər hadisələrlə bağlı məsuliyyət bütünlüklə başçının üzərinə düşür".

Sahibkar deyir ki, Gədəbəydə hər kəs Ramiz Yediyarovun ona qarşı cinayətlərinin nə ilə sonuclanacağını böyük maraqla izləyir: “Mənə qarşı hikkəli addımlar faktiki olaraq bütün sahibkarları çaşqın duruma salıb. Bu gün mənim başıma açılan müsibəti Ramiz Yediyarov rayonda istənilən sahibkarın başına gətirə bilər. Çünki bu adam ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlara zidd hərəkətləri ilə az qala öyünür. Obyektim qızılçıxarma şirkətinin lap yaxınlığındadır, orada işləyən xarici vətəndaşlar bu cür açıq cinayəti görüb ölkəmiz haqda hansı təsəvvürə sahiblənirlər? Bunu Yediyarov düşünürmü? Yol verilən cinayətin rayona sərmayə yatırmaq istəyən nə qədər yerli və xarici investoru fikrindən daşındırdığını bu şəxs anlayırmı? Ölkə rəhbərliyindən xahiş edirəm ki, bir sahibkar olaraq mənə qarşı törədilən açıq-aşkar cinayətin araşdırılmasına göstəriş verilsin. Obyektimin yolu tamamilə bağlanıb, giriş yoxdur, içəridə sement, boya zavodlarına məxsus istifadə müddəti məhdud olan, nisyə alınmış on min manatlarla qiyməti olan mal qalıb. Obyektin işçiləri işlərindən olublar, özüm təhkükəsizliyimizə təminat olmadığına görə rayonu tərk etmişəm”.

“Onun kimə güvəndiyini bilmirəm”

Sahibkar deyir ki, başçının göstərişi ilə ona qarşı törədilən cinayət ölkədə Konstitusiya gününə təsadüf edib: “49 yaşım var. Biri 8 aylıq olmaqla, 2 körpə uşağım var. Mən Yediyarova görə bu yaşımda rayondan köçməliyəm? Ramiz Yediyarovun və onun adamlarının cinayət əməllərinin əks olunduğu çoxlu sayda foto və videoqeydləri də təqdim edirəm. Bu qeydlərdən sonra obyektin işığı kəsilib ki, həmin vaxt əraziyə gələrək cinayətə birbaşa rəhbərlik edən icra başçısı nəzarət videokameralarının obyektivlərinə tuş gəlməsin. Başçı ölkə rəhbərliyinin fərman və sərəncamlarına məhəl qoymur. Onun kimə güvəndiyini bilmirəm. Ümid edirəm ki, müraciətlərim ölkəmizin inkişafı üçün gecə-gündüz çalışan ölkə rəhbərliyinin diqqətindən kənar qalmayacaq”.

Sahibkar obyektinin qanuni sənədlərinin olduğunu və həmin sənədlərin qanuniliyi haqda R.Yediyarovun iddialarının doğru olmadığını da diqqətə çatdırıb. Redaksiyamıza həmin sənədləri də təqdim edib.

P.S Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti rəsmilərinin və Ramiz Yediyarovun da mövqeyini dərc etməyə hazırıq.
\\musavat.com\\

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01
Simonyan arvadından boşandı
Dünən, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Dünən, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Dünən, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Dünən, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Dünən, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Dünən, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Dünən, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Dünən, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Dünən, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Dünən, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Dünən, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Dünən, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Dünən, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Dünən, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Dünən, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Dünən, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Dünən, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Dünən, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru