“Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi” - Novruz Məmmədov
Tarix: 8-11-2017, 16:30 |
Çap et
“Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq “CNN”, “BBC”, “New York Times”, “Washington Post” və bu kimi digər nüfuzlu KİV-lər, C.Soros kimi şəxslər də geosiyasi aktorlardır”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün “Facebook" səhifəsində yazıb.
“Geosiyasi aktorlar siyahısına “Hollywood”u da əlavə etmək istəyirəm. Burada baş verən proseslər maraqlı suallar doğurur. Hüquqlarının qorunduğu demokratik ölkələrdə meqaulduzlar nə üçün bu ittihamları ötən 20-30 il ərzində səsləndirməyiblər? Nə tez bu proses belə siyasiləşdi?
Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi. Bəzi ölkələrdə bu məsələdən siyasi məqsədlərə çatmaq üçün istifadə cəhdləri müşahidə olunur” - N. Məmmədov qeyd edib.