Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb
Tarix: 20-10-2017, 12:46 |
Çap et
Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Sənəddə deyilir ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və yaxud 20%, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 mlrd. 621,2 mln. manat və yaxud 15% çoxdur.