Qubadakı "Cənnət Bağı" otelində cəhənnəmi xatırladan görüntü: - "Otağa baxıb girərdiniz, bizə nə"
Tarix: 26-08-2017, 08:58 |
Çap et
Qubada məşhur "Cənnət Bağı" otelini ziyarət edən vətəndaş ona qarşı edilən kobudluqdan yazıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə tanınmış radio aparıcısı Aygün Akif yazıb. Aparıcının sözlərinə görə, oteldə pulu öncədən alsalar da daha sonra otelin işçilərini tapmaq mümkün olmayıb. Onlar müştəriyə açarı verdikdən sonra yoxa çıxıblar.
Otaqların və xidmətin bərbad halda olduğunu yazan aparıcının sözlərinə görə, otelin hamam otağında duş da gülüşə səbəb olub. Belə ki, duşun yerinə əl-üz yuyan "krant" divara vurulub. Gördüyü mənzərə qarşısında təəccübünü gizlədə bilməyən xanım aparıcı şikayət etdikdə "Otağa baxıb, girərdiniz" cavabını alıb.
Həmin paylaşımı təqdim edirik: