Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                 

“MƏN MÜHARİBƏ TƏRƏFDARI DEYİLƏM”
Tarix: 29-10-2011, 13:45 | Çap et
“MƏN MÜHARİBƏ TƏRƏFDARI DEYİLƏM”

REY KƏRİMOĞLU İLƏ SƏMİMİ SÖHBƏT

“Aygünə ya da, başqasına verilən evə onların ehtiyacları yoxdur, amma bu ehtiyacsızların heç birinin yaxşı mənada qabiliyyəti, pis mənada qanacağı çatmır ki, o evi verməsə də, başqa bir şey Qarabağ əlilinə versin...”

Azərbaycanın istedadlı jurnalisti Rey Kərimoğlunun “Qafqazinfo”ya müsahibəsi

- On gündən çoxdur ki, Sizinlə müsahibə almaq istəyirəm, amma alınmır.
- Bu ərəfədə problemlər oldu. Mən həmin məsələlərdə kənarda dura bilməzdim. Vicdan məsələsi idi. İndi çalışmalarımız davam edir, görək necə olacaq. Bu səbəbdən müsahibəyə gəlmək alınmırdı.

- Amma mən nəsə hiss etdim ki, Siz müsahibə verməkdən qaçırsız.
- Mən müsahibə verməkdən heç vaxt qaçmamışam. Müsahibə vermək mənim üçün heç vaxt problem olmayıb.

- Ümumiyyətlə, mən sizi son vaxtlar öz qabınızda görmürəm.
- Bilirəm. Facebook-da profil şəklimə də rəy yazmışdın. Bir xatirə yadıma düşdü. Mən parlamentdə müxbir işləyəndə Həsən Həsənov foyedə jurnalistlərlə görüşürdü. Mənə gəlib çatanda soruşdu ki, üzün niyə tüklüdü? Dedim bilmirəm. Dedi ki, nəsə hadisə zad baş verib? Dedim ki, xeyr. Sadəcə hərdən öz azadlığımı özümə sübut etmək istəyirəm. Düzdür, bəziləri deyir ki, özünə öz azadlığını sübut etmək istəyənlər dəlilərdir. Onda mən yataqxanada qalırdım. Hər səhər üzümü qırxırdım, paltarımı ütüləyib, səliqəli formada çıxırdım evdən. Bəzən isə yuxudan duranda deyirdim ki, şalvarı ütüləməyəcəm, evdən üzümü qırxmamış çıxacam. Bunu özümə sübut edirdim ki, mən azad insanam, harada işləməyimdən asılı olmayaraq. Həmişə də çalışmışam ki, özüm olum. Harada özüm olmasam, kənardan bilinir ki, bu Rey deyil...

- Bizim hər birimizi jurnalistikaya gətirən imzalar var. Mənə təsir edən bir neçə imza olub. Onlardan biri də Sizin imzanızdır. Sizi oxumaq istəyirəm, amma buna imkan vermirsiniz. Niyə?
- Bunu demək yaxşı çıxamasa da, mən ikinci qrup Qarabağ əliliyəm. Mən müalicə olunurdum. Müalicə olunanda həkim mənə dedi ki, yazmaqdan, gərgin iş rejimindən uzaq durmalıyam. Müsavat qəzeti də gərgin iş rejimi ilə işləyən qəzet idi. Mən də orada reportyor idim. Bu rayondan o rayona, gedirdim, köşə yazıları yazırdım və s. Həkim mənə bu mühitdən biraz uzaqlaşmağı məsləhət gördü.

- Bir sözlə həkim dedi ki, yazma
- Demək olar ki, hə. Yəni ümumiyyətlə, yazma demədi, sadəcə gərginlikdən uzaqlaşmalı olduğumu dedi. Ona görə də mən 2007-ci ildə “Yeni müsavat”dan ayrıldım. Doğurdan səhhətimdə çox ciddi problemlər var. Düzdür, adam yazanda boşalır, bu saat mənim ürəyim doludu.

- Belə çıxır ki, Siz yazı pəhrizi saxlayırsınız.
- Təxminən hə. Amma bütün bunlara baxmayaraq, müsahibələrimdə, açıqlamalarımda hadisələrə maksimum öz münasibətimi bildirməyə çalışmışam.

- Başa düşürəm. Amma bu ölkədə kifayət qədər açıqlama verən var. Mən Sizin meydanda niyə olmadığınızı bilmək istəyirəm. Sizsə bunu səhhətinizlə bağlayırsız.
- Yazmamağım səhhətimlə əlaqədar başlayıb. Hazırda isə işimlə bağlıdır. Mən indi QHT sektorundayam, Beynəlxalq Avrasiya Mətbuatı Fondundayam. Yaradıcılığa buna görə qayıda bilmirəm, amma qayıtmaq fikrim var. Təklif edən dostlarımız çoxdur, yəqin ki, qayıdacam. Müharibə ilə bağlı xatirələri yazmağımı istəyənlər çoxdur. Təkid edirlər ki, yazım. Qeydlərim var, amma yazı kimi yazmamışam. Elə şeylər var ki, yazılmayıb, elə şeylər də var ki, mən onları yaza bilmərəm. Çünki müharibə qurtarmayıb hələ. Müharibənin elə məqamları olur ki, adam insanlıqdan çıxır. Bir epiziod deyim. Ağdərənin Qazançı istiqamətində bir döyüşümüz olub. Çox ağır döyüş idi, 7 nəfər şəhid olmuşdu. Həmin döyüş gecəsi mən gəlib yatağımda səhərə qədər şok vəziyyətində, qucağımda silah oturmuşam. Bu, müharibənin vəhşətinin nəticəsidir. Demirəm ki, mən etmişəm vəhşiliyi, ermənilərin etdiyini, müharibənin vəhşiliyini görüb şoka düşmüşdüm. Bir də səhər özümə gələ bildim. Müharibə dəhşətdi. Orada elə məqamlar var ki, onu demək olmur.

- Siz müharibə xatirələrinizi yazacaqsınız.
- Bəli, yazacam. Cəmiyyətdə baş vernlərlə bağlı da mövqeyimi bildirəcəm. Amma içimdə reportyorluq azarı da qalıb. 1995-98-ci illərdə Hacı Zaminin “Azadlıq” qəzetində çox gözəl reportajları gedirdi. Qəzetlərə baxıram, bizim yaxşı reportyorlarımız var. Səbuhi Məmmədli, Sevinc Telmanqızı. Yazırlar, düzdür, amma bizim uşaqların reportajlarından ötrü doğurdan darıxıram. Mən “Yeni Müsavat”da jurnalistə olan münasibəti heç harda görmədim. Özü də mən çox qəzetdə işləmişəm.

- Sizin qayıtmaq istəyiniz həm də, yeni reportyorların yetişməməsi ilə bağlıdır...
- Mən gənc reportyorları görürəm. Elə sən özün bir dəfə demişdin ki, yeni jurnalist yoxdur. Mən isə demişdim ki, yetişdirmək lazımdır. Yetişdirmək üçün də əziyyət çəkmək lazımdır. Hər şey gəlib bağlanır maliyyəyə və real vəziyyətə. Məsələn, mən Ruslan Bəşirlinin evindən gedib reportaj yazanda arxamızda Rauf Arifoğlu var idi, Əflatun Amaşov var idi. Məni onda tutdular, o vəziyyətdə 15-20 dəqiqə qaldım. İmkan edib Azər Ayxana, Rauf Arifoğluna zəng etdim. 20 dəqiqədən sonra bütün ölkəni ayağa qaldırdılar. İndi o situasiya yoxdur.

- Yəni, jurnalistlər arxasızdır.
- Təxminən. Həm də ki, mən ora gedirdim, mənim təminatım var idi. Mənim cibimə 5-10 şirvan qoyulmurdu. Reportaja gedəndə bunun taksisi var, ekstrimal vəziyyəti var və s. Elə olub ki, mən informasiyanı almaq üçün 50 dollar pul vermişəm. Dediyim kimi indi bunlar yoxdu. Onlar üçün situasiya yetişməlidir. Mən gəncləri görürəm. Fərahim var, Ramin DEKO var, Əfqan Muxtarlı var. Əfqan düzdü, bir az dalaşqandı, onun bir dənə problemi odur ki, siyasi mövqeyini həmişə ortaya çıxarır. O baxımdan razı deyiləm ki, heç yoxdur, var, sadəcə üzə çıxa bilmirlər. Biz mətbuat konfranslarında naziri divara dirəyirdik, ona görə də nazirlər mətbuat konfranslarına gəlmirdilər. Amma indi gəlirlər, sual verən yoxdu. Onların yalnız bir-ikisinin adını korrupsiya ilə bağlamaq olmaz. Amma istənilən nazirə tənqidi sual vermək olar. Kim verir bu sualı? Hanı Ləman Əliəşrəfqızı? Hanı Vəfa Allahverdiyeva? Hanı Qənirə Paşayeva?

- Onun yerini deyə bilərəm. Milli Məclisdədir.
- Mən onun xətrini çox istəyirəm, həmkarım olub. Fəaliyyətinə də diqqət yetirirəm və həmişə deyirəm ki, kaş 10 nəfər sənin kimi deputatımız olardı.

- Qənirə Paşayeva sübut etdi ki, jurnalist Milli Məclisdə necə aktiv ola bilər.
- Qənirənin qanında da var, canında da, ruhunda da. Çox aktiv bir insandır. Hamımız onu izləyirik.

- Siz bayaqdan Azərbaycanda çox şeyə nail olan jurnalistlərin adlarını çəkdiniz. Onların adı çəkiləndə adamda nostalgiya yaranır. Amma indi jurnalistikamız pərən-pərən olub.
- Bu saat tək jurnalistikamız pərən-pərən deyil. O zamanlar media günündə bütün jurnalistlər bir yerdəd olurdular. İldə bir dəfə də olsa bütün jurnalistlərin hamısı bir yerdə olurdu. Bir dəfə Bizim Qulu Məhərrəmli ilə qəzetlərin vəziyyətindən, mövqeyini dəyişməyindən danışırdıq. Qulu Məhərrəmli dedi ki, həm bəzi qəzetlər, həm də bəzi adamlar sualtı qayıq kimidir. Çöküblər okeanın dibinə, gözləyirlər ki, təlatüm, böyük dalğa keçsin. Dedi ki, problem deyil, bu da taktikadır, qoy gözləsinlər. Amma çox gözləmək də olmaz, dalğalar gəlib keçəcək, bir vaxt qalxıb görəcəklər ki, onlar yoxdurlar.

- Yəni, jurnalistlər okeanın dibinə çöküb.
- Mən burada konkret qəzetləri nəzərdə tutdum, bir də böyük jurnalistləri. Bir şeyi də qeyd edim, o gün Qan Turalının kitabının təqdimatı idi. Vahid Qazi də, Qabil Abbasoğlu da, Vüsalə xanım da, Aqşin də, Ceyhun Musaoğlu da orada idi. Biz söhbət etdik. Ad çəkməyəcəm, son 1-2 ildə mənim, mənim rəhbərlik etdiyim təşkilatın verdiyi müsahibələr hara, ortalığa çıxan mətn hara. Mən baxanda çox təəssüflənirəm. Artıq o həddə gəlib çıxıb ki, çox biabırçı vəziyyət yaranıb. 10 il əvvəl o cür müsahibə, o cür reportaj yazan muxbiri məsələn, “Şərq” qəzetinin, “Yüni Müsavat” qəzetinin, “Azadlıq” qəzetinin qapısından içəri buraxmazdılar. Adamın üzünə tüpürərdilər ki, bu nədi yazmısan? Amma bu yazılar indi meydana çıxıb və bu yazıları təəssüf ki, bəzi dostlar pəh-pəhlə qarşılayır. Problem ondadır ki, bu nəsillə o nəsil arasında körpü olmadı. Adil Qaçayoğlu bir müddət “Yeni Müsavat”da ədəbi redaktor kimi işləyirdi, yazılara baxırdı. O, elə məqamlar deyirdi ki, bir universitetdə 5 il oxuyardın, amma o məqamlar sənin nəzərinə çatdırılmazdı. Elə adamların yazılarını oxuyub qapqara qaralayırdı ki... Bir dəfə jurnalist başlıq yazmışdı ki, “Mitinqdə hakimiyyət yenə qan tökdü”. Adil müəllim soruşdu ki, orada ölən var? Müəllif dedi ki, yox. Dedi bəs niyə yazmısan? Axı bu öldürmək mənasını verir. Həm üslub, həm forma çox qarışıb, biabırçı həddə gəlib çıxıb. Məsələn, mən indi Məmməd Nazimoğlunu görmürəm. Uçurum əmələ gəldi, meydan boşdur. Həmişə Hikmət Sabiroğlu, Adil Qaçayoğlu, Aydın Canıyev Şakir Yaqubov danışardılar. Zamin indi köşə yazır. Amma mən Azərbaycanda ondan yaxşı reportaj yazan tanımırdım. Adını çəkdiyim adamlar da həmçinin.

- Əgər bizim dediklərimiz yoxdursa, onda hər il müsabiqələr keçirilir, yazılarına görə hər dəfə 50 nəfərə pul mükafatları verirlər. Bəs kimdir o mükafatları alanlar?
- Nə qədər pul verirsənsə ver, pulla istedad yetişmir. Bunlar hamısı cəhdlərdir, bunlar da olmalıdır. Söhbət bütövlükdə jurnalistikadan gedir. Məncə layihələrin başqa forması tapılmalıdır, o pul jurnalistlərə başqa formada verilməlidir ki, birincisi hədəfə çatsın, həm də ki, dövlət, cəmiyyət bundan fayda görsün. Layihə nəzərədə tutulduğu kimi həyata keçirilmir.

- Siz danışdıqca düşünürəm ki, bəlkə heç qayıtmaq lazım deyil. Artıq Sizin 5-10 il bundan əvvəl qoyub getdiyiniz jurnalistika deyil. Mətbuat mövqeyini çox itirib. Blkə də xatirələrdə qalsa yaxşıdır?
- Bəlkə də. Amma hər mərhələnin öz yeri var. Mən bura gələndə Rəsul Mirhəşimlini gördüm. Biz parlament muxbiri idik. Danışsın, görün biz parlamentdə nələr edirdik. Onda Tapdıq Fərhadoğlu Parlament Jurnalistlər Birliyinin sədri idi, yığışdıq Tapdığı yıxdıq, Eldənizi qoyduq onun yerinə. O, da oyun oynadı, onun adəti idi. Bizim fəaliyyətimiz Murtuz Ələsgərovu tərpədirdi yerindən. Qənirə, Eldəniz, Azər Rəşidoğlu hamısı ordaydı, bəzilərinin adları yadımdan çıxıb.

- Sonrakı mərhələdə mən də orada olmuşam. Biz də aktiv idik.
- Hər keçəni geri qaytarmaq olmur, o dövr idi, keçdi getdi, indi yeni mərhələdir. Razıyam sizinlə, ola bilər ki, mən qayıdaram, o effekt olmaz. Bir şey də deyim, biz arxamızda media aləmi ilə yanaşı, böyük məktəb olan insanlar, Məmməd Nazimoğlu, Adil Qəmbərli, Surxay Hüseynli, Zöhrab Əmirxanlı və s. var idi. Onlar pedaqoq idi, onların gəlib oturduğu redaksiyada jurnalistlərə istiqamət verməyə başqa adam lazım deyildi. Amma heç maraqlanan varmı ki, Zöhrab hardadı? Səbuhinin fransalı qadın haqqında reportajından sonra reportaj olub? Olmayıb. O, da köhnə komandadan idi. Mən çox narahatam. Vaxt gedir, son vaxtıar məni çox danlayırlar ki, o xatirələri yazım. Elə şeylər var ki, yeni gəncliyin onlardan xəbəri yoxdu.

- Maraqlıdır ki, indi Azərbaycanda Qarabağ döyüşçülərini, Qarabağ ekspertləri əvəzləyib.
- Burada zaman, reallıq amili də var. Vaxtilə mən “Yeni Müsavat” qəzetində və digər qəzetlərdə ekspert kimi çıxış edirdim. Zəng edirdilər, əlillər hansı problemlərinin olduğunu soruşurdular. Ekspert deyəndə ki, bu da ölkənin problemidir. Buna qorxu ilə yanaşmaq lazım deyil. Bu sahənin eksperti, politoloqu və s. olmalldır. Mən bunda qəbahət görmürəm. O ki, qaldı bizim ekspertə çevrilməyimizə biz səhnədən çəkilməmişik. Sadəcə yaş da öz işinu görür, qayğılar dəyişilib, bəzilərində artıb, bəzilərində azalıb. Bizim o vaxtlar ağlımıza gəlməzdi ki, Oruc kimi döyüşçünün ürəyi partlayıb ölər.

- Bir vaxtlar Qarabağ qazilərinin böyük aktivliyi var idi. Tədbirlər təşkil edirdilər.
- Əvvəllər Qarabağ Əlillər Cəmiyyəti idi. Mən o cəmiyyətin mətbuat katibi idim. 2001-ci ildə faktiki olaraq o cəmiyyət ləğv olundu. Yerində yeni təşkilat yarandı, Qazilər Birliyi. Bizim içimizdən əlilləri seçib, ayırdılar. Biz yenidən qeydiyyatdan keçdik. Birliyin sədri də Etimad Əsədov idi.

- Mən də bu birliyin vaxtı ilə aktiv olduğunu deyirəm.
- Biz problemlərimiz olanda tələblərimizi edirdik. 2001-ci ildə cəmiyyəti ləğv etdilər. İndi də yaşlanmışıq, ağıllanmışıq. Baxıb gördük ki, hər yerdə belədi ki, fərarilər döyüşçüləri üstələyib. Bizim çeçenistanlı öyüşçü dostumuz var idi. Bir qolu yox idi. O, da danışırdı ki, çox çətindir. Ona əlillik vermək üçün beş min pul istəyiblər həmin qazidən. Üstəlik pulu istəyən həmin şəxs döyüşdə onun komandiri olub. Orada bizdən daha acınacaqlı imiş, bizdə müharibə dövründə belə hal yox idi. O zaman biz 3 şey tələb edirdik. Prezidentin Qarabağ əlillərilə bağlı imzaladığı sərəncam, fərman və mövcud qanunların icrasına nəzarət edəcək dövlət komitəsi yaradılsın. Bir də ki, Qarabağ əlillərinin pensiyası artırılsın. Başqa heç nə istəmirdik. Amma, təəssüf ki, o vaxt onu başqa cür yönəltdilər. Bir onu deyim ki, biz heç kəsə tabe olmayan bir qurumuq, heç kəsdən asılı deyilik. Çünki, bu təşkilatı əlillər özləri yaratmışdılar. Elə vəziyyət gəldi ki, təşkilat dağıldı, yeni Qazilər Birliyini yarandı. Biz hər il mütəmadi olaraq əlillərin vəziyyəti ilə bağlı prezidentə müraciətlər ünvanlayırıq. İndi qarşıdan 2 dekabr əlillər günü gəlir, pensiya ilə bağlı problemlərimiz də qalır.

- Nə qədər pensiya alırsınız?
- 152 manat

- Nə edirsiniz o pula?
- Ən halal işlərimizə xərcləyirik onu. Başqa yerdə işləsəm də, nə qədrə pul alsam da o pensiyanın özəlliyi var.

- Azdır?
- Əlbəttə azdır. Cəmiyyətdə elə adamlar var ki, 40 hoqqayla məşğul olub, onlar da 150 manat pensiya alır, bir ayağını itirmiş Etimad Əsədov da. Bu yaxşı hal deyil.

- Bəzən mətbuatda belə xəbərlərə rast gəlirik ki, filan yerdə Qarabağ əlilini döydülər. Belə xəbərlər Sizə necə təsir edir?
- Pis təsir edir. Çalışırıq ki, bizə müraciət edənlərin hüquqlarını müdaifə edək. Amm o hallar ki, baş verir, bəzən sonradan məlum olur ki, Qarabağ əlili deyilmiş, yaxud da elə həqiqətən Qarabağ əlili olur, onun haqqını tapdalayıb, alçaldıblar.

- Siz döyüşlərdə olmusunuz, qarabağlısınız. Problemin həllini necə görürsüz?
- Biz ordumuzu gücləndirməliyik. Yəni, hərbiyə hazır olduğumuzu göstərməliyik. Orduya kifayət qədər vəsait ayrılır, amma o vəsait təyinatı üzrə xərclənmir. On manat ayrılır, lakin 10 manat da gedib yerinə çatmır. Bu bir. İkincisi, bizim kifayət qədər ordumuz var. Bizim ordumuz çağırışçılarla formalaşan ordudur. Yəni, 18 yaşı tamam olmuş gənclər çağrılır. Alternativ xidmət də yoxdur. Ordunun 18 yaşlı əsgəri nə rus, nə Ukrayna, nə Ermənistan, nə də Gürcüstan əsgərindən heç də geri qalmır. Yeri gələndə texniki təminat baxımından Ermənistandan da güclüyük. Amma bizdə müharibə etmək üçün lazım olan ordunu müharibə başlayan ərəfədə, 5-6 ay ərzində yaratmaq olar. Amma belə bir deyim var, vuran oğul dədəsinə güvənməz. Ermənilər hələ də inanmır ki, biz müharibə edə bilərik. Onlar biləndəki bunlar müharibə edə bilər, onda nəyəsə razılaşar. Qaçqınlara düz erməninin çənəsinin altında ev tikiblər. Sabah müharibə olsa nə olacaq? Müəyyən göstəricilər var. Buna kifayət qədər pul xərclənir, burada insan taleyi var. Mən düşünmürəım ki, biz müharibəsiz bu problemi həll edə bilərik. Mən müharibə tərəfdarı deyiləm, o müharibədən Allahın köməyi ilə, taleyin qisməti ilə sağ çıxan, ağlı başında olan heç bir insan yenidən istəməz ki, yenidən müharibə olsun, getsin orada ölsün. Psix istəyər, ağılı insan yox. Amma bizim vətənə qayıtmaq, torpağımızı qaytarmaq üçün ayrı şansımız yoxdur. Beynəlxalq gücün Ermənistanın tərəfində durduğuna da şübhəmiz yoxdur. Düzdür, BMT var, Avropa Şurası var, amma konkret məsələyə təsir edən münasibət yoxdur. Məsələn Amerika, sərt şəkildə bəyanat versin ki, sən Azərbaycanın torpağını işğal etmisən, tərk et oranı. Bu şəkildə davranış yoxdur, ona görə də vaxtı uzada-uzada gedirlər. Ermənistana da hazırkı vəziyyət sərf edir, amma bizə sərf etmir. Nəsillər dəyişir. Mənim Qarabağa qayıtmaq həvəsimlə, məndən sonra gələn nəsilin qayıtmaq həvəsi arasında çox fərq olacaq.

- Ailəlisiniz?
- Hə, 2004-cü ildə evlənmişəm.

- Uşaqlarınız var?
- Xeyr, yoxdur.

- Bilmək istəyirdim ki, uşaqlarınız nə düşünürlər. Məsələn, qardaşınızın uşaqları Qarabağla bağlı nə düşünürlər. Onlar bilirlərmi ki, əmiləri müharibə veteranıdır?
- Bilirlər. Qardaşım uşaqları da, bacım uşaqları da bilir. Mən yaralananda “Gənclik” jurnalının kollektivi gəlmişdi bizi yoxlmağa. Jurnalda yazdılar ki, evdə uşaq kim var? Dedim qardaşım oğlu Xəlil. Onda onun beş yaşı var idi, jurnalda yazdılar ki, Xəlil bəy, əmin Rey kimi qəhrəman böyü. O da oxuya bilmirdi. Həmişə deyirdi ki, ata, əmi, dayı bunu oxu, onlar da oxuyanda “Xəlil bəy” sözünü eşidib sevinirdi. Böyüdü getdi orduya, ordunun dəhşətlərini gördü, deyir ki, əmi, dəhşətdir. İndi dəllək işləyir, saç ustasıdı. Qardaşım nəvələri var, axşama qədər müharibə-müharibə oynayırlar, guya erməni öldürüb gətirirlər, mənə də deyirlər ki, Rey babanın qanını aldıq.

- Bayaqdan deyirsiz üşüyürəm.
- Mən üşüyənəm. Piyada gəzən adamam, yolda gələndə də yağış tutdu.

- Eviniz var?
- Şəxsi evim yoxdur, ailəmizin evi var.

- Niyə ev almırsız?
- Nizami rayonunda ev növbəsindəyəm. Növbəm çatanda alacam.

- İndi növbə ilə də ev almaq olur?
- Qarabağ əlilləri üçün xüsusi güzəştli növbə var. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ev tikir, oradan verirlər. Mənim ən böyük evim kəndimizdə dağılmış, xaraba qalmış evdir. Qayıdım ora, orada bir daxma düzəldim. Pensiyam kifayət edər, yaşayım orada.

- Siz əminsiz ki, qayıdarsız?
- Ona 100 faiz əminəm. Hamıya da deyirəm ki, zərrə qədər heç kimin şübhəsi olmasın, biz o torpaqlara qayıdacağıq.

- Mənim şübhəm yoxdur, amma mən Sizin kimi düşünə bilmərəm.
- O da sənin haqqındır. Çox maraqılı bir şey var. Mənim regionçuluqla əlaqəm yoxdur, harada olmuşamsa oranı sevmişəm. Zərdabda Ruslan Bəşirlinin ailəsindən reportaj yazanda iki gün olmuşdum, oranı da sevdim, İsmayıllını da, Naxçıvanı da sevmişəm. Amma hər kəsin özünün doğulub boya başa çatdığı yerə qayıtmaq arzusu var. İstənilən qayıtmaq istəyən Ağdamlıdan soruşsan. Deyir ki, Şuşa qayıdacaq? Deyirsən ki, hə, ya da ki, bilmək olmaz. Cavab verir ki, Şuşa qayıtmayacaqsa, mən Ağdama niyə gedirəm? Çox maraqlı bir şeydir. Ağdamlıdır, bəlkə də heç ömür boyu Şuşada olmayıb, amma deyir ki, Şuşa qayıtmayacaqsa, bizim Ağdama qayıtmağımızın nə mənası var? İnan ki, onu başqa regiondan olan çox az adam deyir. Ora mistik yerdir. Bir şeyi də qeyd edim, bu tarixdə 3-4-cü dəfədir ki, ermənilər Qarabağı işğal edib. Yeganə ərazidir ki, ermənilər alıb saxlaya bilməyiblər. Həmçinin ruslar. Dəmirqapı Dərbənd, Zəngəzur, İrəvan hamısını itirə-itirə gəlmişik. Amma Qarabağda bir mistika var. Necə ki, türklərdə bozqurd talismandır, onlara yol göstərir, bizim üçün də talisman Qarabağdır.

- Sonuncu dəfə silahdan nə vaxt istifadə etmisiz?
- Müharibədən sonra istifadə etməmişəm. Amma bir dəfə ov silahından istifadə etmişəm, 1998-ci ildə. Ov edəndə göyə güllə atmışam. Amma etiraf edim ki, dağlıq yerlərdə olanda, uzaqdan maşına oxşamayan bir şey gələndə gözüm axtarır... Bir ara uşaqlarla gedirdik, qayanın başından baxıb deyirdik ki, o kəndi dağıtmaq olardı, minalamaq olardı. Belə şeylər keçirdi beynimdən, amma yavaş-yavaş unutdum.

- Mənə elə gəlir ki, bunların istədiyi də bu idi, unutmaq.
- Unutmuşuq, amma bir şey var da mən minaya düşəndə olan partlayışın səsi hələ də qulağımdadı, mən onu ki, unuda bilmərəm. Bir də gecə yuxuda səksənirəm. Özümdən asılı olmayaraq bədənim tullanır. O vaxt partlayış məni atandan sonra belə oldum. O yaşadıqlarımın, nə hiss etdiklərimin hamısını yazacam. Amerika filmi var, “4 iyulda doğulmuşlar”, orada Vytenam müharibəsindən gələn Ameriaklı əsgərlərdən danışılır, onların başlarına gələnlərdən epizodlar var. Mənim bu ölkədə iki istəyim var, biri Qarabağdır, biri də o yazımdır ki, yazım başıma bir iş gəlsə, qalmasın. Bu gün Qarabağ məsləsi ilə bağlı adamları danışdırırlar, amma səhvlər var. Qəhrəmanlığı bəzən onunla ölçürlər ki, kimsə 50 erməni öldürüb, 5 tank vurub, jurnalistlərin də çoxu bilmir, onu yazır. Elə şeylər bizə xeyir verməyəcək, vaxt gələcək bizə problem yaradacaq.

- Ölkənin vəziyyəti qabaqkı kimi deyil. İndi sən ev növbəsində olsan da, prezident tez-tez evlər paylayır xalq artistlərinə, idmançılara, Avroviziya iştirakçılarına və s. Artıq ən qiymətli hədiyyə prezident bağışlayan ev hesab olunur. Aygünə, Ağadadaşa ev veriləndə ürəyin sızıldamır?
- Niyə sızıldamır? Prezidentə yazmışıq ki, o qədər evə ehtiyacı olan var ki... Qarabağda iki gözünü itirmiş oğlan var, illərdi növbədədir, ev vermirlər. Ciddi problem var. Biz prezidentə də, Mehriban xanıma da yazmışıq. Müharibədən sonra idi, bir dəfə mənə yardım vermişdilər içində şəkər tozu, çay və s. evə gətirdim, atam ağladı. O, 1941-45-ci illərin müharibə veteranı olub. Dedi ki, bala, yaralanmısan deyə bunu sənə verirlər, amma yeə də mənim üçün dəyərlidir, çünki sənin qanın üçün verilib. İnsanlara verilən ad onları sevindirir. Aygünə ya da başqasına verilən evə onların ehtiyacı yoxdur, amma onların heç birinin yaxşı mənada qabiliyyəti, pis mənada qanacağı çatmır ki, o evi verməsə də, başqa bir şey Qarabağ əlilinə versin. Çünki mətbuatda gedir, onlar görmürlərmi ki, o əlillərin buna nə qədər ehtiyacı var. Yaxud da ki, evsiz yazara, jurnalistə. Quranda da yazılıb ki, alimin mürəkkəbi ilə şəhidin qanı bərabər tutulur. Nə edə bilərik? Gücümüz çatan məsələlərə etirazımızı bildiririk. Mən özüm prezidentə iki məktub yazmışam. Bunlardan biri şəhərdə ağacların qırılması ilə bağlı idi. Məktubda yerini qeyd etdim ki, Neftçilər və Qara Qarayev tərəfdə ağacları kütləvi şəkildə qırırlar. Hər şeyi qeyd edib məktubu prezidentin poçtuna göndərdim. İki saatdan sonra bir xanım zəng elədi. Sənəddə adımı Rey Kərimoğlu Qasımov kimi yazmışdım. Dedi Rey Kərimoğlu Qasımovdur? Dedim, bəli. Dedi prezidentin İcra Aparatındandır. Sizin adınızdan daxil olan məktubdakı faktı dəqiqləşdirmək üçün zəng etmişik. Sonra bir-iki sual verdi, təsdiqlədim. Soruşdum ki, bir xeyri olacaq? Dedi ki, olar inşallah. Bir-iki gün sonra uşaqlar xəbər elədilər ki, televizora bax, gördüm ki, prezident danışır. Eynilə məktubda qeyd etdiyim faktları deyir. Düzdür, başqası da yaza bilərdi, amma ondan iki gün sonra məni Nizami Rayon İcra Hakimiyyətinə çağırdılar, zəng edib çağırmışdılar. Avtobusdaydım, tanımadığım nömrədən zəng gəldi, dedim kimdi? Dedi ki, bilmirsən sənə niyə zəng etmişik? O nədi ağzına gələni gedib ora-bura yazmısan? Məni İcra hakimiyyətinə çağırdı, dedim ki, vaxtım yoxdu. Dedim vaxtım olsa gələrəm. Bilirdim ki, mən getsəm deyəcəklər ki, çağırıdq danışdıq, həll etdik.

- Yəni, demək istəyirsiniz ki, reaksiya var.
- Var. O məsələ məni narahat edirdi, götürüb yazdım. Həm də yoxlayırdım görüm nə reaksiya verəcəklər.

- Şəxsi xahiş etmək istəmirsiz?
- Şəxsi xahiş etsəm, iki gözü kor olan Qarabağ əlili ilə bağlı edərəm. Onun evi yoxdur.

- Bu Sizin şəxsi xahişiniz olmur axı, başqasının xahişi olur.
- Bu həll olunsa mən elə bilərəm ki, mənim şəxsi işim həll olunub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru