“ROYAL BANK”IN RƏSMİ ÇÖKÜŞÜ BAŞLADI
Tarix: 2-08-2012, 12:19 |
Çap et
BANKIN MÜFLİS QƏRARI QÜVVƏYƏ MİNDİ
Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarı ilə "Royal Bank" ASC müflis elan edilib və iflas proseduru başlanıb.
Trend-in məlumatına görə, məhkəminin mövcud qərarı cümə axşamı rəsmi mətbuatda dərc edilib.
"Azerbaijan Consulting Company" MMC bankın ləğvedicisi elan edilib.
Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidiirlər: kreditorun adı və ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Debitor və kreditorlar bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etməlidirlər. Ünvan: Bakı şəhəri, H. Cavid prospekti, 5.
Telefonlar: (012) 510-78-37, 497-33-60, 510-80-49, 510-80-56 (57,58,59), 050 348-33-13, 055 668-18-13 və 070 672-72-27.
Əlaqələndirici şəxs: Akif Eminov.