İlham Əliyevdən Əkbər Hacıyevə ikinci xəbərdarlıq - İLGİNC
Tarix: 12-08-2015, 12:27 | Çap et
 Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfəri zamanı növbəti dəfə bölgələrdə qazlaşdırma işlərinin ləng getdiyini bildirib.
Virtualaz.org saytı prezidentin çıxışının stenoqramına istinadən xəbər verir ki, İlham Əliyev Cəlilabadda qazlaşdırma səviyyəsinin qanedici olmadığını bildirib.
“Çünki mənə verilən məlumata görə, Cəlilabadda qazlaşdırma orta hesabla təxminən 40 faiz səviyyəsindədir. Bu, çox aşağı səviyyədir və Dövlət Neft Şirkətinə, onun qurumu olan “Azəriqaz”a tapşırıq veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın”-prezident bildirib.
İlham Əliyev ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması vəzifəsinin qoyulduğunu xatırladıb. Bildirib ki, bu məqsədlə işlər görülür. “Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlə başlayacaq”-dövlət başçısı vurğulayıb.
Bu,prezident Əliyevin bölgələrdə qazlaşdırma işlərinin çox aşağı sürətlə aparıldığına dair ikinci ciddi iradıdır. Bundan əvvəl İlham Əliyev Nazirlər Kabinetinin iclaslarından birində bölgələrdə qazlaşdırma prosesinin çox aşağı templə getdiyini, hər ay cəmi 1-2 kəndə qaz verildiyini və bunun “dözülməz vəziyyət olduğunu” bildirib.
Belə hesab olunurdu ki, prezidentin həmin çıxışı SOCAR və onun tərkibinə daxil olan “Azəriqaz” üçün ciddi siqnal olmalıdır. Çünki ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılmasını 2013-cü ilə qədər yerinə yetirmək vəzifəsi qoyulmuşdu. Lakin “Azəriqaz” bu vəzifəni yerinə yetirə bilməyib. Bir çox bölgələrdə qazlaşdırma işləri qeyri-müəyyən səbəblərdən yarımçıq qoyulub.
Məsələn, Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılmasına dair prezidentin verdiyi tapşırıq yerinə yetirilməyib. Bölgənin 3-4 kəndinə qaz verildikdən sonra işlər yarımçıq qoyulub. Sakinlərin illərdir müxtəlif instansiyalara etdikləri müraciətlərə, qiymətli meşə fondunun talanıb dağıdılmasına baxmayaraq bu bölgə əhalisinin böyük əksəriyyəti qazsızdır.
İndi prezidentin Cəlilabad kimi paytaxta yaxın rayonda qazlaşdırma səviyyəsinin heç 40 faizə də çatmadığını bəyan etməsi “Azəriqaz” rəhbərliyi üçün ikinci ciddi siqnaldır. Çünki bu sovet dövründəki qazlaşdırma səviyyəsindən də aşağıdır. Azərbaycan qaz ixracatçısına çevrilsə də hələ də öz əhalisini qazla tam təmin edə bilməyib. Bu isə əhalinin və prezidentin haqlı narazılığına səbəb olur.
“Azəriqaz”ın fəaliyyətindəki nöqsanlar təkcə bölgələrdə qazlaşdırma işlərinin olduqca ləng getməsindən ibarət deyil. Ölkənin qaz təsərrüfatının yenidən qurulmasına milyardlarla manta vəsaitin yönəldilməsinə baxmayaraq “Azəriqaz” ildə az qala 1 milyard kubmetr qazın “itkiyə getdiyinə” dair hesabat verir. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə “Azəriqaz”da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi.
Əslində isə itkilərin miqdarının daha yüksək-ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir. Lakin itkilərin “Azəriqaz”ın rəsmən təsdiq etdiyi kimi 7-8 faiz arasında olduğu qəbul edilsə belə bu, dəhşətli dərəcədə yüksək rəqəmdir. Hansı ki, bu həcmdə qaz Ermənistan kimi kiçik və zəif inkişaf etmiş ölkənin qaza tələbatının az qala yarısını, Albaniyanın isə tələbatının hamısını təşkil edir. Bu baxımdan prezidentin Cəlilabad rayonundakı çıxışı ölkənin qaz təsərrüfatına rəhbərlik edənlərə daha bir ciddi siqnal olmalıdır və əgər vəziyyət dəyişməsə bu strukturda ciddi dəyişikliklər qaçılmaz olacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33 |
|
|
|
| • “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29 |
|
|
|
| • Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18 |
|
|
|
| • “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17 |
|
|
|
| • Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14 |
|
|
|
| • Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10 |
|
|
|
| • Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05 |
|
|
|
| • Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01 |
|
|
|
| • Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00 |
|
|
|
| • Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55 |
|
|
|
| • "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42 |
|
|
|
| • Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40 |
|
|
|
| • Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36 |
|
|
|
| • Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25 |
|
|
|
| • "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22 |
|
|
|
| • "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09 |
|
|
|
| • Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03 |
|
|
|
| • “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
| • Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34 |
|
|
|
| • Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26 |
|
|
|
| • ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24 |
|
|
|
| • Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14 |
|
|
|
| • Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09 |
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
| • “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22 |
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
| • Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51 |
|
|
|
| • "Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46 |
|
|
|
| • ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43 |
|
|
|
|